Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 19:1—22

MÜNDƏRİCAT

  • Kürən düyə və paklanma suyu (1—22)

19  Yehova yenə Musa və Harunla danışıb dedi:  «Yehova sizə belə bir qanun verir: israillilərə deyin ki, eyibsiz-qüsursuz,+ boyunduruğa salınmamış, sağlam, kürən bir düyə götürüb  kahin Əlyazara versinlər. O, düyəni düşərgədən kənara aparsın və qoy düyəni onun qabağında kəssinlər.  Əlyazar barmağını heyvanın qanına batırıb Hüzur çadırının önünə tərəf yeddi dəfə çiləsin.+  Sonra düyəni onun gözünün qabağında yandırsınlar. Düyənin dərisi, əti və qanı nəcisi ilə bir yerdə yandırılmalıdır.+  Kahin sidr budağı, qaraqınıq+ və al-qırmızı iplik götürüb düyə yanan oda atmalıdır.  Sonra kahin paltarını yumalı və çimməlidir, bundan sonra o, düşərgəyə girə bilər. Lakin kahin axşama qədər murdar sayılacaq.  Düyəni yandıran adam da paltarlarını yumalı və çimməlidir. O da axşama qədər murdar sayılacaq.  Bir nəfər pak adam düyənin külünü+ yığıb düşərgədən kənarda pak bir yerə qoysun. İsraillilər bu külü paklanma suyu hazırlamaq üçün saxlamalıdırlar.+ Bu, günah qurbanıdır. 10  Düyənin külünü yığan adam paltarlarını yusun. O, axşama qədər murdar sayılacaq. Bu, israillilər və onların arasında yaşayan yadellilər üçün həmişəlik qanundur.+ 11  Ölüyə toxunan adam yeddi gün murdar olacaq.+ 12  O, üçüncü gün həmin bu su ilə paklanmalıdır. Yeddinci gün o pak olacaq. Lakin üçüncü gün paklanmasa, yeddinci gün pak olmayacaq. 13  Meyitə toxunan və paklanmayan adam Yehovanın Müqəddəs çadırını murdarlamış olur.+ Belə adama İsrail xalqının arasında yer yoxdur, o öldürülməlidir.+ Üstünə paklanma suyu+ çilənmədiyindən o, murdardır və murdar olaraq da qalır. 14  Kimsə çadırda ölərsə, bu qanuna riayət edilməlidir: çadıra girən və artıq çadırda olan hər kəs yeddi gün murdar olacaq. 15  Qapağı iplə bağlanmamış, ağzı açıq qab murdardır.+ 16  Bundan başqa, kimsə bayırda qılıncla öldürülən adama, cəsədə, insan sümüyünə, yaxud qəbrə toxunarsa, yeddi gün murdar olacaq.+ 17  Murdar adam üçün bunu edin: yandırılan günah qurbanının külündən bir qədər qabın içinə qoyun, sonra da axar sudan götürüb onun üstünə tökün. 18  Bir nəfər pak adam+ qaraqınıq+ götürüb suya batırsın və ölü ölən çadırın, eləcə də həmin vaxt çadırda olan qabların və adamların üstünə, həmçinin sümüyə, öldürülmüş adama, cəsədə və ya qəbrə toxunan kəsin üstünə çiləsin. 19  Suyu murdar adamın üstünə üçüncü gün və yeddinci gün çiləsin. Beləcə, yeddinci gün onu günahdan paklayacaq.+ Paklanan adam paltarlarını yumalı və çimməlidir. Axşam o pak olacaq. 20  Lakin murdar adam paklanmasa, o, xalqın arasından yox edilməlidir*,+ çünki Yehovanın müqəddəs məkanını murdarlayıb. Üstünə paklanma suyu çilənmədiyindən o, murdardır. 21  Bu, həmişəlik qanundur: paklanma suyunu çiləyən adam paltarlarını yumalıdır.+ Paklanma suyuna toxunan adam axşama qədər murdar olacaq. 22  Murdar adamın toxunduğu hər şey murdar olacaq və həmin şeyə toxunan adam da axşama qədər murdar olacaq».+

Haşiyələr

Yaxud öldürülməlidir.