Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 17:1—13

MÜNDƏRİCAT

  • Harunun əsası tumurcuqlayır (1—13)

17  Yehova Musaya dedi:  «İsraillilərlə danış, qoy hər qəbilənin başçısı öz qəbiləsi üçün sənə bir əsa versin,+ cəmi on iki əsa olmalıdır. Hər birinin adını öz əsasının üstünə yaz.  Lavinin əsasının üstündə Harunun adını yaz, çünki əsaların hərəsi bir qəbilə başçısının adınadır.  Onları Hüzur çadırında, adətən, sənə göründüyüm yerə, Şəhadət sandığının qabağına qoy.+  Kimi seçsəm, onun əsası tumurcuqlayacaq.+ Bununla da israillilərin həm Mənə, həm də sizə qarşı deyinməyinə son qoyacağam».+  Musa israillilərlə danışdı və başçıların hərəsi gətirib ona bir əsa verdi. Hər qəbilə başçısından bir əsa olmaqla cəmi on iki əsa verdilər. Harunun da əsası onların arasında idi.  Musa əsaları Şəhadət sandığının yerləşdiyi Hüzur çadırında Yehovanın önünə qoydu.  Ertəsi gün Musa Şəhadət sandığının yerləşdiyi Hüzur çadırına girəndə gördü ki, Harunun Lavi qəbiləsini təmsil edən əsası tumurcuqlayıb. Əsanın tumurcuqları qönçələdi, əsa çiçək açdı və dəymiş badam gətirdi.  Musa əsaların hamısını Yehovanın önündən götürüb israillilərin qarşısına çıxardı. Camaat əsalara baxdı və hərə gəlib öz əsasını götürdü. 10  Yehova Musaya dedi: «Harunun əsasını+ Şəhadət sandığının qabağına qoy. Onu asi övladlar+ üçün nişan olaraq saxlayın+ ki, Mənə deyinməkdən əl çəkib ölməsinlər». 11  Musa dərhal Yehovanın əmrini yerinə yetirdi. Necə deyilmişdisə, elə də etdi. 12  Sonra israillilər Musaya dedilər: «Axırımız çatıb. Hamımız qırılıb öləcəyik! 13  Yehovanın Müqəddəs çadırına yaxınlaşan hər kəs öləcək!+ Deməli, hamımız beləcə qırılıb gedəcəyik?»+

Haşiyələr