Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 15:1—41

MÜNDƏRİCAT

  • Qurbanlarla bağlı qanunlar (1—21)

    • İsrailli və yadelli üçün qanun birdir (15, 16)

  • Bilmədən edilən günahlar üçün qurbanlar (22—29)

  • Qəsdən edilən günahın cəzası (30, 31)

  • Şənbədə odun yığan adam öldürülür (32—36)

  • Ətəyi saçaqlı paltar (37—41)

15  Yehova Musa ilə danışıb ona dedi:  «İsraillilərə belə söylə: “Sizə yaşamaq üçün verəcəyim torpağa gəlib çıxanda+  xüsusi bir əhdi yerinə yetirmək, könüllü qurban təqdim etmək+ və ya bayram vaxtı+ qurban kəsmək məqsədilə qaramaldan, yaxud qoyun-keçidən ətri Yehovaya xoş olan,+ Yehova üçün odda yandırılan qurban kimi,+ istər yandırma qurbanı, istərsə də başqa qurban təqdim edəndə  qurbanı gətirən adam Yehovaya efanın* onda biri qədər narın una hinin*+ dörddə biri qədər yağ qatılaraq yoğrulmuş taxıl təqdiməsi də gətirməlidir.  Bundan başqa, yandırma qurbanının+ və ya başqa qurban olaraq kəsilən erkək quzunun yanında şərab təqdiməsi kimi hinin üçdə biri qədər şərab da gətirilməlidir.  Qoç təqdim edəndə isə efanın onda ikisi qədər narın una hinin üçdə biri qədər yağ qatılaraq yoğrulmuş taxıl təqdiməsi də gətirilməlidir.  Üstəlik, şərab təqdiməsi olaraq hinin üçdə biri qədər şərab gətirilməlidir. Bu, ətri Yehovaya xoş olan təqdimədir.  Xüsusi bir əhdi+ yerinə yetirmək və ya ünsiyyət qurbanı+ təqdim etmək üçün Yehovaya yandırma qurbanı+ və ya başqa qurban olaraq buğa təqdim edəndə  buğa ilə birlikdə efanın onda üçü qədər narın una yarım hin yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi+ də gətirilməlidir. 10  Bundan başqa, şərab təqdiməsi+ kimi, odda yandırılan təqdimə kimi yarım hin şərab təqdim olunmalıdır. Bu, ətri Yehovaya xoş olan təqdimədir. 11  Hər buğanı, qoçu, erkək quzunu və keçini bu cür qurban gətirməlisiniz. 12  Neçə heyvan gətirirsiniz-gətirin, hər birini bu cür təqdim etməlisiniz. 13  Hər bir israilli ətri Yehovaya xoş olan, odda yandırılan təqdiməni bu cür təqdim etməlidir. 14  Təzəlikcə aranızda məskunlaşan, yaxud artıq bir neçə nəsildir ki aranızda yaşayan yadelli də odda yandırılan, ətri Yehovaya xoş olan təqdimə gətirəndə onu sizin kimi gətirməlidir.+ 15  İcmanın üzvü olan sizlər üçün də, aranızda yaşayan yadelli üçün də qanun bir olmalıdır. Bu, bütün nəsilləriniz üçün həmişəlik qanundur. Yehovanın sizdən də, yadellidən də tələbi eynidir.+ 16  Sizin üçün də, yadelli üçün də qanun və hökmlər bir olmalıdır”». 17  Yehova sözünə davam edib Musaya dedi: 18  «İsraillilərə belə söylə: “Sizi apardığım ölkəyə gəlib çıxanda 19  və o torpağın çörəyini yeyəndə+ Yehovaya bəxşiş verməlisiniz. 20  Taxılın ilk yarmasından+ halqavarı çörəklər təqdim etməlisiniz. Onu xırmanınızdan olan bəxşiş kimi təqdim etməlisiniz. 21  Bütün nəsilləriniz Yehovaya ilk yarmadan bəxşiş gətirməlidir. 22  Əgər xəta edib Yehovanın Musaya söylədiyi bu əmrlərdən birinə əməl etməmiş olsanız, 23  bəli, Yehovanın Musa vasitəsilə verdiyi, Yehovanın ağzından çıxan gündən etibarən qüvvəyə minib gələcək nəsillərinizədək qüvvədə olacaq əmrlərə riayət etməsəniz 24  və icmanın bu xətaya yol verdiyindən xəbəri olmasa, onda bütün icma Yehovaya xoş ətir olsun deyə, yandırma qurbanı olaraq bir cavan buğa təqdim etməlidir. Yanında da bütün qayda-qanunu ilə onun taxıl təqdiməsini və şərab təqdiməsini,+ eləcə də günah qurbanı kimi bir cavan keçi gətirməlidir.+ 25  Kahin bütün İsrail icması üçün kəffarə verəcək və onların günahı bağışlanacaq.+ Çünki bu, bir xəta idi, həm də onlar Yehova üçün odda yandırılan təqdimə gətiriblər və xətalarına görə Yehovaya günah qurbanı təqdim ediblər. 26  Beləliklə, bütün İsrail icmasının və onların arasında yaşayan yadellilərin günahı bağışlanacaq, çünki bütün xalq bu xətaya bilmədən yol vermişdi. 27  Əgər kimsə səhvən günaha yol verərsə, onda bir biryaşar dişi keçi təqdim etməlidir.+ 28  Kahin Yehovanın önündə bilmədən günah işləyərək xətaya yol verən adam üçün kəffarə verməlidir. Xətanın kəffarəsini verəndən sonra o bağışlanacaq.+ 29  Bilmədən edilən günahlarla bağlı yerli sakinlər olan israillilər üçün də, onların arasında yaşayan yadellilər üçün də qanun bir olmalıdır.+ 30  Lakin istər yerli olsun, istərsə də yadelli, bilərəkdən günah edən Yehovaya küfr edir. Belə adam xalqın arasından yox edilməlidir*.+ 31  Yehovanın sözünə xor baxdığı, əmrini pozduğu üçün o, hökmən öldürülməlidir.+ Belə adam günahına görə cavab verməlidir”».+ 32  İsraillilər hələ səhrada ikən bir dəfə bir kişini şənbə günü odun yığan gördülər.+ 33  Kişini odun yığan yerdə tutanlar onu Musa ilə Harunun və icmanın qarşısına gətirdilər. 34  Ona nə etmək lazım gəldiyinə dair aydın göstəriş olmadığından kişini dustaq saxladılar.+ 35  Onda Yehova Musaya dedi: «Bu adam hökmən ölməlidir.+ Qoy bütün icma düşərgədən kənarda onu daşqalaq eləsin».+ 36  Yehovanın Musaya əmr etdiyi kimi, bütün icma kişini düşərgədən kənara çıxarıb ölüncəyədək daşqalaq etdi. 37  Yehova Musaya dedi: 38  «İsraillilərə söylə ki, onların bütün nəsilləri ətəyi saçaqlı paltar geyinməlidir. Saçaqların üstündən mavi qaytan keçirilməlidir.+ 39  Paltarınızın ətəyi saçaqlı olmalıdır ki, onu görəndə Yehovanın bütün əmrləri yadınıza düşsün və onlara riayət edəsiniz.+ Nə ürəyinizin səsinə qulaq asın, nə də gözünüzün çəkdiyi yola gedin, çünki onlar sizi xəyanətə* sürükləyir.+ 40  Bu, Mənim bütün əmrlərimi yadda saxlayıb onlara riayət etməyə və Allahınızın hüzurunda müqəddəs olmağa+ kömək edəcək. 41  Mən Allahınız olmaq üçün sizi Misirdən çıxaran Yehova Allaham.+ Mən sizin Allahınız Yehovayam».+

Haşiyələr

Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Hin 3,67 l-ə bərabərdir. B14 əlavəsinə bax.
Yaxud öldürülməlidir.
Hərfən: zinaya.