Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 12:1—16

MÜNDƏRİCAT

  • Məryəmlə Harun Musaya qarşı çıxır (1—3)

    • Musa həlim adamdır (3)

  • Yehova Musanı müdafiə edir (4—8)

  • Məryəm cüzama tutulur (9—16)

12  Günlərin birində Məryəmlə Harun Musanın qarasınca deyinməyə başladı. Çünki Musa özünə kuşlu arvad almışdı.+  Onlar deyirdilər: «Məgər Yehova sözlərini təkcə Musa vasitəsilə deyir? Bəyəm bizim vasitəmizlə də danışmır?»+ Yehova isə bütün bunları eşidirdi.+  Dünyada Musa kimi həlim adam yox idi.+  Yehova gözlənilmədən Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırının qabağına gəlin». Üçü də durub ora gəldi.  Yehova bulud sütununun içində aşağı endi,+ çadırın girişində durub Harunla Məryəmi çağırdı. İkisi də qabağa çıxdı.  Allah dedi: «Eşidin nə deyirəm. İçinizdə peyğəmbər peyda olanda Mən Yehova ona vəhydə Özümü əyan edirəm,+ röyada onunla danışıram.+  Amma qulum Musa ilə vəziyyət başqa cürdür. Ona bütün xalqımı etibar etmişəm*.+  Onunla üz-üzə, göz-gözə danışıram.+ Sözümü ona müəmmalarla yox, açıq deyirəm. O, Yehovanın zühurunu gözləri ilə görür. Nə cürət edib Mənim quluma, Musaya qarşı çıxdınız?»  Yehova onlara qəzəblənib oradan uzaqlaşdı. 10  Bulud çadırın üstündən çəkildi. O andaca Məryəm cüzamdan qar kimi ağappaq oldu.+ Harun çevrilib gördü ki, Məryəm cüzama tutulub.+ 11  Dərhal Musaya yalvarmağa başladı: «Nə olar, ağam, bir qələtdir eləmişik, keç günahımızdan! 12  Qoyma Məryəm ana bətnindən bədəni yarı çürük çıxan ölü körpə kimi olsun!» 13  Musa Yehovaya yalvardı: «Ay Allah, nə olar, ona şəfa ver!»+ 14  Yehova Musaya dedi: «Əgər atası üzünə tüpürsəydi, o, yeddi gün adam içinə çıxa bilərdi? Qoy yeddi gün düşərgədən təcrid edilib kənarda qalsın,+ sonra geri qayıda bilər». 15  Məryəm yeddi günlüyə düşərgədən xaric edildi.+ Ta o qayıdana kimi xalq həmin yerdən tərpənmədi. 16  Sonra xalq Həseyrutdan+ yola düşüb Fəran səhrasında+ düşərgə saldı.

Haşiyələr

Hərfən: Mənim evimdəkilərin içində bir o, sadiqdir.