Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 11:1—35

MÜNDƏRİCAT

  • Xalq şikayət edir; Allahdan alov gəlir (1—3)

  • Xalq ət istəyir (4—9)

  • Musa dad edir (10—15)

  • Yehova 70 ağsaqqala Musada olan ruhdan verir (16—25)

  • Əldad və Mədad; Yuşə Musanın adına görə narahat olur (26—30)

  • Bildirçinlər; acgözlüyə görə cəza (31—35)

11  Bir gün camaat Yehovanın önündə öz güzəranından şikayətlənməyə başladı. Yehova bunu eşidəndə qəzəbi kükrədi və Yehovadan gələn alov düşərgənin kənarlarına düşüb adamları tələf etməyə başladı.  Camaat ağlaşa-ağlaşa Musadan imdad dilədi. Musa Yehovaya yalvarıb-yaxarandan+ sonra alov söndü.  Həmin yerin adı Təbirə* qaldı, çünki orada Yehova onların üstünə alov göndərmişdi.+  Xalqın arasında olan yadellilərin acgözlüyü tutdu.+ İsraillilər də onlara qoşulub yenidən ağlayıb-sıtqamağa başladılar: «Yeməyə bizə kim ət verəcək?+  Heyif o günlərdən! Vaxt var idi Misirdə havayı balıq yeyirdik, hələ xiyarı, qarpızı, kəvəri, soğan-sarımsağı demirik!+  İndi isə əriyib gedirik. Yediyimiz tək mannadır».+  Yeri gəlmişkən, manna+ keşniş toxumu kimi idi,+ özü də ətirli qatran rəngində idi.  Camaat çıxıb onu yığar, əldəyirmanında üyüdər, yaxud həvəngdəstədə döyərdi. Sonra qazanda qaynadıb ondan kökə bişirərdilər.+ O, yağlı şirinçörəyin dadını verirdi.  Gecə düşərgəyə şeh düşəndə onunla bərabər manna da düşərdi.+ 10  Musa hər kəsin öz çadırının ağzında oturub ailəlikcə ağladığını eşitdi. Yehova qəzəbləndi.+ Baş verənlər Musanı da özündən çıxartdı. 11  O, Yehovaya dedi: «Niyə bu qulunu bəlaya salmısan? Neyləmişəm ki, Sənə ağır gedib, bu qədər adamın yükünü boynuma qoymusan?+ 12  Məgər onlar mənim belimdən gəliblər? Onların atası mənəm bəyəm, mənə deyirsən dayə südəmər körpəni gəzdirdiyi kimi, onları qucağıma alıb atalarına vəd etdiyin torpağa aparım?+ 13  Bu qədər adam üçün haradan ət tapım? Qarşımda gözlərinin yaşını axıdıb: “Bizə ət ver, yeyək” deyirlər. 14  Mən təkbaşına bu camaatın hamısını daşıya bilmirəm, buna gücüm çatmır.+ 15  Əgər belə davam edəcəksə, elə buradaca canımı al.+ Məndən az da olsa razısansa, qurtar məni bu əzabdan». 16  Cavabında Yehova Musaya dedi: «Xalqın ağsaqqalı, başbiləni sayıb-bildiyin adamların içindən yetmiş nəfər seçib Hüzur çadırının yanına gətir.+ Hamınız orada durun. 17  Mən enib+ sizinlə danışacağam.+ Səndəki ruhdan götürüb onlara verəcəyəm.+ Xalqın yükünü tək daşımayasan deyə, onlar sənə kömək edəcəklər.+ 18  Xalqa belə de: “Sabaha paklanın,+ çünki “kim bizə yeməyə ət verəcək? Misirdə bundan yaxşı idi” deyib ağladığınızı Yehova eşidib.+ Odur ki, Yehova sizə ət verəcək, siz də yeyəcəksiniz.+ 19  Özü də bir gün yox, iki gün yox, beş gün yox, on gün yox, iyirmi gün də yox, 20  düz bir ay. Burnunuzdan, qulaqlarınızdan tökülənə kimi. O vaxta qədər yeyəcəksiniz ki, çiyrənəsiniz.+ Çünki siz aranızda məskən salan Yehovadan üz döndərdiniz. “Niyə axı biz Misirdən çıxdıq?”+ — deyib Onun önündə ağladınız”». 21  Onda Musa dedi: «Arasında yaşadığım xalqın elə ancaq kişiləri* altı yüz min nəfərdir.+ Sən isə deyirsən ki, onlara ət verəcəyəm, özü də düz bir ay doyunca yeyəcəklər. 22  Mal-qaranın, qoyun-quzunun hamısı kəsilsə də, dənizin bütün balıqları ovlansa da, onlara çatandır?» 23  Yehova Musaya cavab verib dedi: «Məgər Yehovanın gücü tükənib?*+ İndi görəcəksən, dediyim yerinə yetir, ya yox». 24  Bundan sonra Musa gedib Yehovanın sözlərini xalqa çatdırdı və  xalqın ağsaqqallarının içindən yetmiş nəfəri seçib çadırın qabağına gətirdi.+ 25  Yehova buludda enib+ Musa ilə danışdı+ və onda olan ruhdan götürüb yetmiş ağsaqqalın üzərinə qoydu.+ Ağsaqqallar ruhdan alan kimi peyğəmbər kimi hərəkət eləməyə başladılar.+ Amma sonralar daha belə davranmadılar. 26  Kişilərdən ikisi, Əldad və Mədad düşərgədə qalmışdı. Ruh onların da üstünə endi. Çünki çadıra getməsələr də, onların da adı siyahıda idi. Beləliklə, onlar da düşərgədə özlərini peyğəmbər kimi aparmağa başladılar. 27  Bir cavan qaçıb Musaya xəbər verdi: «Əldadla Mədad düşərgədə özlərini peyğəmbər kimi aparır!» 28  Onda gəncliyindən Musanın qulluğunda duran Nun oğlu Yuşə+ dilləndi: «Ağam Musa, onlara təpin!»+ 29  Musa isə ona dedi: «Sən mənim adıma görə narahat olursan? Buna gərək yoxdur. Kaş ki Yehova bütün xalqına ruhundan verəydi, Yehovanın bütün xalqı peyğəmbər olaydı!» 30  Musa İsrailin ağsaqqalları ilə birlikdə düşərgəyə qayıtdı. 31  Yehova külək qaldırdı. Külək dəniz tərəfdən bildirçin gətirdi. Onları düşərgəyə və hər tərəfdən düz bir günlük yol məsafəsində, yerdən iki qulac* hündürlüyündə düşərgənin ətrafına tökdü.+ 32  Bütün o gün, o gecə və ertəsi gün xalq çıxıb bildirçin yığdı. On homerdən* az yığan olmadı. Yığdıqları quşları düşərgənin ətrafında hər yerə sərdilər. 33  Ancaq camaat əti çeynəyib udmağa macal tapmamış Yehovanın onlara qarşı qəzəbi alovlandı. Yehova xalqı qırıb-çatmağa başladı.+ 34  Buna görə də həmin yerin adı Həbrut-Həttəva*+ qaldı, çünki acgözlük edənləri orada basdırmışdılar.+ 35  Xalq Həbrut-Həttəvadan çıxıb Həseyruta getdi və orada düşərgə saldı.+

Haşiyələr

Mənası: alov, yanğın.
Hərfən: piyadaları.
Hərfən: əli qısadır?
Qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.
Homer 220 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Mənası: nəfs qəbiristanlığı.