Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 10:1—36

MÜNDƏRİCAT

  • Gümüş kərənaylar (1—10)

  • Xalq Sinadan yola düşür (11—13)

  • Bölümlərin yola düşmə qaydası (14—28)

  • Hubabdan xalqa bələdçilik etmək xahiş olunur (29—34)

  • Düşərgə yığışdırılanda Musanın söylədiyi dua (35, 36)

10  Sonra Yehova Musaya dedi:  «Özün üçün döymə gümüşdən iki kərənay düzəlt.+ Kərənaylardan icmanı toplamaq, yaxud düşərgəni yığmaq lazım gələndə istifadə edəcəksən.  Kərənayların ikisi də çalınanda bütün icma Hüzur çadırının girişində, sənin önündə toplaşmalıdır.+  Biri çalınanda isə yanına yalnız İsrail kütlələrinin böyükləri, başçılar toplaşmalıdır.+  Kərənay səsi zilə-bəmə qalxıb-düşəndə şərqdəkilərin+ düşərgəsi yola düşməlidir.  Kərənay ikinci dəfə bu ahənglə çalınanda cənubdakıların+ düşərgəsi yola düşməlidir. Hər dəfə kərənay bu cür çalınanda bir düşərgə yola düşməlidir.  Bütün icmanı toplamaq lazım gələndə də kərənay çalın,+ amma bir ahəngdə.  Kərənayları kahinlər, Harun oğulları çalmalıdır.+ Bu, sizin üçün nəsildən-nəslə həmişəlik qanundur.  Sizi sıxışdıran düşmənlə müharibəyə gedəndə ölkənizdə kərənayla müharibə çağırışı çalın.+ Onda Allahınız Yehova sizi xatırlayacaq və sizi düşmənlərinizin əlindən qurtaracaq. 10  Həmçinin şad günlərinizdə+ — bayramlarda+ və ay başlayanda yandırma qurbanlarınızın+ və ünsiyyət qurbanlarınızın+ üstündə kərənay çalın. Onlar sizi Allahınızın yadına salacaq. Mən sizin Allahınız Yehovayam».+ 11  İkinci ilin ikinci ayının iyirminci günündə+ bulud Şəhadət sandığının yerləşdiyi Müqəddəs çadırın üstündən qalxdı.+ 12  Beləliklə, israillilər yığışıb müəyyən edilmiş qayda ilə Sina səhrasından yola düşdülər.+ Bulud Fəran səhrasında dayandı.+ 13  Bu birinci dəfə idi ki, onlar Yehovanın Musa vasitəsilə verdiyi əmrə görə yola düşürdülər.+ 14  Yəhuda oğulları düşərgəsinin üçqəbiləli bölümü bölüklər halında birinci yola düşdü. Yəhuda oğullarının bölüyünə Əminədab oğlu Nəhsun+ başçılıq edirdi. 15  Yəsakir qəbiləsinin bölüyünə Suar oğlu Nəsnail+ başçılıq edirdi. 16  Zəbulun qəbiləsinin bölüyünə Hilun oğlu Əlyab+ başçılıq edirdi. 17  Müqəddəs çadır söküləndə+ çadırı daşıyan Hirsən+ və Merar oğulları+ yola düşdülər. 18  Rubən oğullarının üçqəbiləli bölümü bölüklər halında yola düşdü. Rubən oğullarının bölüyünə Şəduir oğlu Əlisur+ başçılıq edirdi. 19  Şəmun qəbiləsinin bölüyünə Surişədday oğlu Şəlumuil+ başçılıq edirdi. 20  Cad qəbiləsinin bölüyünə Dəil oğlu Əlyasəf+ başçılıq edirdi. 21  Sonra müqəddəs məkanın əşyalarını daşıyan kəhatlılar+ yola düşdülər. Onlar mənzilbaşına gedib çatanacan Müqəddəs çadır qurulub hazır olacaqdı. 22  Əfraim oğullarının üçqəbiləli bölümü bölüklər halında yola düşdü. Əfraim oğullarının bölüyünə Amihud oğlu Əlşama+ başçılıq edirdi. 23  Mənəssə qəbiləsinin bölüyünə Fədhəsur oğlu Qəmlail+ başçılıq edirdi. 24  Binyamin qəbiləsinin bölüyünə Gidoni oğlu Abidan+ başçılıq edirdi. 25  Sonra Dan oğullarının üçqəbiləli bölümü bölüklər halında yola düşdü. Onlar bütün bölümləri arxadan müdafiə edirdilər. Dan oğullarının bölüyünə Amişədday oğlu Əxyəzər+ başçılıq edirdi. 26  Aşir qəbiləsinin bölüyünə Öhrən oğlu Fəqail+ başçılıq edirdi. 27  Niftalı qəbiləsinin bölüyünə Ehnan oğlu Əxira+ başçılıq edirdi. 28  İsraillilər və onların bölükləri bu nizamla yola düşürdülər.+ 29  Musa qayınatası mədyəni Ruilin+ oğlu Hubaba dedi: «Biz Yehovanın vəd etdiyi diyara+ yola düşürük. Gəl bizimlə gedək.+ Səni gözümüzün üstündə saxlayarıq. Yehova İsrailə gözəl nemətlər vəd edib».+ 30  Hubab Musaya dedi: «Yox, gedə bilmərəm. Mən öz el-obama, qohum-qardaşımın yanına qayıtmalıyam». 31  Ancaq Musa dedi: «Rica edirəm, bizi qoyub getmə. Axı sən bilirsən səhrada harada düşərgə salmaq olar. Gəl, bizə bələdçilik et. 32  Bizimlə getsən,+ Yehovanın bizə elədiyi yaxşılığı biz də sənə eyləyərik». 33  Beləliklə, onlar Yehovanın dağından+ yola düşüb üç gün yol getdilər. Bütün bu üç gün ərzində düşərgə salmağa yer tapmaq üçün Yehovanın Əhd sandığını öndə aparırdılar.+ 34  Onlar yola düşəndə Yehovanın buludu+ gün boyu başlarının üstündə gedirdi. 35  Hər dəfə Sandığı yerindən qaldıranda Musa deyərdi: «Qalx, ey Yehova,+ qoy düşmənlərin pərən-pərən düşsün. Sənə nifrət edənlər önündən qaçsın». 36  Sandığı yerə qoyanda isə deyərdi: «Qayıt, ey Yehova, sayı hesaba gəlməyən İsrailin yanına qayıt».+

Haşiyələr