Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Rut 4:1—22

MÜNDƏRİCAT

  • Buəz qohumluq borcunu yerinə yetirir (1—12)

  • Buəzin Rutdan Abid adlı oğlu olur (13—17)

  • Davudun nəsil şəcərəsi (18—22)

4  Buəz şəhər darvazasına+ çıxıb orada oturdu. Bu vaxt onun dediyi həmin qohum*+ oradan keçirdi. Buəz onu səslədi: «Ay filankəs, yaxın gəl, əyləş». O yaxınlaşıb əyləşdi.  Sonra Buəz şəhər ağsaqqallarından+ on nəfəri çağırıb dedi: «Gəlin əyləşin». Onlar da gəlib əyləşdilər.  Buəz həmin qohuma+ dedi: «Muab torpağından qayıtmış+ Naimə, qardaşımız Əliməlikin+ torpağını satmaq məcburiyyətindədir.  Mən məsləhət bildim ki, bu məsələni sənə çatdırım. Şəhər camaatının və ağsaqqalların önündə o torpağı al.+ Əgər alacaqsansa, al*. Almayacaqsansa, de, mən də işimi bilim. Çünki onu almaq haqqı sənə düşür. Səndən sonra mənəm». O adam dedi: «Mən alıram».+  Onda Buəz ona dedi: «Torpağı Naimədən alanda onu həmçinin onun mərhum oğlunun arvadı muabi Rutdan da almalısan ki, mərhumun adı irsi vasitəsilə yaşasın».+  O dedi: «Mən onu ala bilmərəm, yoxsa öz mirasıma xələl vurmuş olaram. Bu hüququ sən öz üzərinə götür, onu sən al, çünki mən bunu edə bilmərəm».  Qədimdə İsraildə geri satın almaq hüququnun icrası və ötürülməsi ilə bağlı belə bir adət var idi, hər cür sövdələşmə rəsmi sürətdə təsdiq olunmalı idi. Adam səndəlini çıxarıb+ o birinə verirdi və bu, İsraildə razılaşmanı qüvvəyə mindirirdi.  Buna görə də həmin adam Buəzə: «Sən al», — deyib səndəlini ayağından çıxardı.  Buəz ağsaqqallara və camaata dedi: «Siz bu gün şahidsiniz+ ki, mən Əliməlikə, Kilyuna və Məhluna məxsus olmuş hər şeyi Naimədən alıram. 10  Həmçinin Məhlunun arvadı muabi Rutu da özümə arvad alıram ki, mərhumun adını öz irsinə qaytarım.+ Onun adı qardaşları arasından və doğma şəhərindən silinməsin. Bu gün siz buna şahidsiniz».+ 11  Şəhər darvazasına toplaşmış camaat və ağsaqqallar dedilər: «Şahidik! Qoy Yehova sənin ocağına gələn qadını İsrail xalqının anaları Rəhilə və Ləya kimi barlı-bəhərli etsin!+ Sən də Əfratda+ firavan yaşayasan, Beytləhmdə+ ad-san sahibi olasan! 12  Qoy Yehovanın sənə bu gənc qadından verəcəyi övlad+ sayəsində sənin evin Tamarın Yəhudaya doğduğu Farəsin+ evi kimi olsun!» 13  Beləliklə, Buəz Rutu aldı və Rut onun arvadı oldu. Buəz onunla yaxınlıq etdi. Yehovanın izni ilə Rut hamilə qaldı və bir oğul doğdu. 14  Qonşu qadınlar Naiməyə dedilər: «Yehovaya alqış olsun! O, səni yiyəsiz* qoymadı. Qoy İsraildə Onun adı vəsf edilsin! 15  Bu körpə sənə yeni nəfəs verdi, qocalıq çağında sənə taqət verdi, çünki onu səni sevən,+ sənə yeddi oğuldan da artıq olan gəlinin doğdu». 16  Naimə körpəni götürüb bağrına basdı. Ona özü baxdı. 17  Qonşu qadınlar uşağa ad qoyub dedilər: «Naimənin oğlu oldu». Körpənin adını Abid+ qoydular. O, Davudun atası Yəssənin+ atasıdır. 18  Farəsin nəsil şəcərəsi+ budur: Farəs Həsrunun+ atası idi; 19  Həsrun Ramın atası idi; Ram Əminədabın atası idi.+ 20  Əminədab+ Nəhsunun atası idi; Nəhsun Salmanın atası idi; 21  Salman Buəzin atası idi; Buəz Abidin atası idi. 22  Abid Yəssənin atası idi; Yəssə+ də Davudun+ atası idi.

Haşiyələr

Hərfən: geri satınalan.
Hərfən: geri satın alacaqsansa, geri satın al.
Hərfən: geri satınalansız.