Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Rut 1:1—22

MÜNDƏRİCAT

  • Əliməlikin ailəsi Muaba köçür (1, 2)

  • Naimə, Orpa və Rut dul qalırlar (3—6)

  • Rut Naimədən ayrılmır (7—17)

  • Naimə Rutla Beytləhmə qayıdır (18—22)

1  Hakimlərin dövründə+ ölkədə qıtlıq başladı. Bu vaxt Yəhuda Beytləhmindən+ bir kişi arvadını və iki oğlunu götürüb müvəqqəti Muab+ torpağına köçdü.  Kişinin adı Əliməlik*, arvadının adı Naimə*, oğlanlarının adı isə Məhlun* və Kilyun* idi. Onlar Yəhuda Beytləhmindən olan əfratlılar idilər. Onlar gəlib Muab torpağında məskən saldılar.   Bir müddət sonra Naimənin əri Əliməlik öldü və o, iki oğlu ilə qaldı.  Daha sonra onun oğulları Muab qızları ilə evləndilər. Gəlinlərdən birinin adı Orpa, o birinin adı Rut+ idi. Onlar orada on il yaşadılar.  Sonra Məhlunla Kilyun da öldü. Naimə həm ərsiz, həm də övladsız qaldı.  Muab torpağında olarkən bir gün Naimə eşitdi ki, Yehova Öz xalqına rəhm edib və onlara çörək verib. Buna görə də o, gəlinləri ilə Muab torpağından geriyə qayıtmaq üçün yola düşdü.  Beləliklə, Naimə iki gəlini ilə birgə yaşadığı yerdən çıxdı. Onlar Yəhudaya aparan yolla gedərkən  Naimə gəlinlərinə dedi: «Qayıdın, ananızın evinə gedin. Qoy Yehova mərhumlara və mənə göstərdiyiniz məhəbbətin əvəzində sizdən məhəbbətini əsirgəməsin.+  Qoy Yehova sizə ər evində rahatlıq bəxş etsin».+ Sonra o, gəlinlərini öpdü və onlar hönkür-hönkür ağlamağa başladılar. 10  Gəlinləri dedilər: «Yox, biz də səninlə xalqının yanına gedirik». 11  Naimə onlara dedi: «Qayıdın, ay qızlarım. Nə üçün mənimlə gedirsiniz? Məgər mən yenə oğul doğa bilərəm ki, sizə ər olsun?+ 12  Qayıdın, ay qızlarım, geri dönün. Mən ərə getmək üçün çox yaşlıyam. Desəm ki, elə bu gecə ərə gedəcəyəm və oğullar doğacağam, 13  onlar böyüyənə kimi gözləyəcəksiniz? Ərə getməyib subay qalacaqsınız? Yox, ay qızlarım, Yehovanın mənə qəzəbi tutub+ və sizin halınızı düşündükcə ürəyim ağrıyır». 14  Onlar yenə də hönkür-hönkür ağladılar. Sonra Orpa qayınanasını öpüb ondan ayrıldı. Rut isə onunla qaldı. 15  Naimə ona dedi: «Bax, dul qalmış eltin öz xalqının, öz allahlarının yanına qayıtdı. Sən də onunla qayıt». 16  Rut ona dedi: «Səni atıb getməyi, geri qayıtmağı məndən istəmə. Sən hara getsən, mən də ora gedəcəyəm, harada qalsan, orada qalacağam, xalqın xalqım olacaq, sənin Allahın mənim Allahım olacaq.+ 17  Sən harada ölsən, mən də orada öləcəyəm və məni orada dəfn edəcəklər. Əgər ölümdən başqa bir şey məni səndən ayırarsa, qoy Yehova cəzamı versin». 18  Naimə görəndə ki, Rutun onunla getmək qərarı qətidir, daha ona heç nə demədi. 19  Onda onlar yollarına davam edərək gəlib Beytləhmə çatdılar.+ Beytləhmə gələndə şəhərdə canlanma yarandı. Qadınlar deyirdilər: «Bu, Naimə deyil?» 20  O isə qadınlara deyirdi: «Mənə Naimə deməyin. Mənə Mara* deyin, çünki Qüdrət Sahibi həyatımı acı etdi.+ 21  Buradan dolu çıxdım, Yehova isə məni əliboş qaytardı. Məni daha Naimə çağırmayın. Axı Yehova mənə düşmən kəsildi, Qüdrət Sahibi başıma bədbəxtlik gətirdi».+ 22  Beləcə, Naimə muabi gəlini Rutla birgə Muab torpağından+ geri qayıtdı. Onlar Beytləhmə gələndə arpa biçini təzəcə başlamışdı.+

Haşiyələr

Mənası: Allahım padşahdır.
Mənası: səfam.
Ehtimal ki, bu ad zəifləmək, xəstələnmək mənasını verən ibrani felindən yaranıb.
Mənası: haldan düşən; sonuna yetişən.
Mənası: acı.