Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nahum 3:1—19

MÜNDƏRİCAT

  • Qanlar şəhərinin vay halına! (1—19)

    • Neynəvaya qarşı hökmün səbəbi (1—7)

    • Neynəva No-Amun kimi yıxılacaq (8—12)

    • Neynəvanın süqutu labüddür (13—19)

3  Qanlar şəhərinin vay halına! O, fırıldaq və soyğunçuluqla dopdoludur. Heç vaxt şikarsız qalmayıb.   Qamçı səsi, çarxların gurultusu gəlir. Atlar dördnala çapır, cəng arabaları sıçrayır.   At belində süvarilər, parlayan qılınclar, şimşək kimi nizələr; Həlak olanların sayı çox, cəsədlər qalaq-qalaq, Ölülərin sayı yox, Meyitlər ayağa dolaşır.   Bütün bunlar xalqları fahişəliyi ilə, Tayfaları cadugərliyi ilə tora salan o cazibədar, o işvəli cadugərin, O fahişənin hədd bilməyən əxlaqsızlığına görədir.   Ordular Allahı Yehova bəyan edir: «Budur, sənin* üstünə gəlirəm!+ Ətəyini üzünə qaldıracağam, Eyib yerlərini xalqlara, Biabırçılığını səltənətlərə göstərəcəyəm.   Üstünə çirkab atacağam, Səni alçaldacağam, Səni tamaşaya qoyacağam.+   Səni görən səndən qaçıb+ deyəcək: “Neynəva tar-mar oldu! Onun halına kim acıyar?” Sənə bir təsəlli verən haradan tapım?   Axı sənin Nil arxları+ kənarında oturan No-Amundan*+ nəyin artıqdır? Sularla əhatə olunmuşdu, Dəniz onun sərvəti idi, dəniz onun üçün sədd idi.   Həbəş və Misir onun tükənməz güc mənbəyi idi. Put+ və liviyalılar onun yardımçısı idi.+ 10  Lakin o da əsir düşdü, Sürgünə aparıldı.+ Uşaqları küçələrin başında qana qəltan edildi. Əsilzadələri üçün püşk atıldı, Nüfuzlu adamları buxovlandı. 11  Sən də sərxoş olacaqsan,+ Gizlənəcəksən. Düşməndən qorunmaq üçün sığınacaq axtaracaqsan. 12  Bütün istehkamların erkən meyvəsi dəymiş əncir ağacı kimidir, Silkələyəndə meyvələri yeyənin ağzına düşür. 13  Bax, qoşunların arvad kimidir. Ölkənin qapıları düşmən üzünə taybatay açılacaq. Alov rəzələri yeyəcək. 14  Mühasirə vaxtı üçün özünə su yığ.+ Qalalarını bərkit. Palçığa gir, palçığı tapdala. Kərpic kəsmək üçün qəlib götür. 15  Hətta orada da alov səni udacaq, Qılınc səni qırıb-tökəcək,+ Bala çəyirtkə kimi səni yeyəcək.+ Sən isə çoxalmaqda ol, bala çəyirtkə kimi, Çəyirtkə kimi çoxsaylı ol! 16  Tacirlərinin sayını çoxaltdın, göydəki ulduzlardan da çoxdurlar. Bala çəyirtkə qabığını atır və uçub gedir. 17  Sənin keşikçilərin çəyirtkə kimidir, Məmurların çəyirtkə sürüsü kimidir. Soyuq gündə daş ağıllarda düşərgə salırlar. Gün çıxınca uçub gedirlər, Harada olduqları bilinməz. 18  Ey Aşşur padşahı, sənin çobanların mürgüləyir. Əsilzadələrin evdən çölə çıxmır. Xalqın dağlara səpələnib, Onları bir yerə toplayan yoxdur.+ 19  Bəlana çarə yoxdur. Yaran sağalmazdır. Sorağını eşidənlər çəpik çalacaq,+ Axı elə adam yoxdur ki, zülmünün, qəddarlığının qurbanı olmasın».+

Haşiyələr

Yəni Neynəvanın.
Yəni Fiva.