Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nahum 2:1—13

MÜNDƏRİCAT

  • Neynəva darmadağın ediləcək (1—13)

    • Çayların darvazaları açılacaq (6)

2  Səni* darmadağın edəcək birisi qarşına çıxdı.+ İstehkamlarını qoru! Yolunu gözdən qoyma! Belini qurşa*! Var gücünü topla!   Yehova Yaqubun vüqarını qaytaracaq,İsrailin vüqarını qaytaracaq,Axı quldurlar onu qarət edib,+Pöhrələrini məhv ediblər.   İgidlərinin qalxanları qırmızı boyanıb,Cəngavərləri al-qırmızı geyinib. Döyüşə hazırlaşdığı günCəng arabalarının dəmirləri alov kimi parıldayır,Ardıc saplı nizələri havada oynayır.   Cəng arabaları dəlicəsinə küçələrdən keçir. Meydanlarda yuxarı-aşağı şütüyür. Onlar məşələ bənzəyir, şimşək kimi bərq vurur.   Padşah zabitlərini çağıracaq. Onlar ayaqları dolaşa-dolaşa irəliləyəcəklər. Onun divarlarına sarı qaçırlar,Sədlər qururlar.   Çayların darvazaları açılacaq,Saray dağılıb gedəcək.   Qərar verilib: şəhər ifşa edildi,O, sürgünə aparılır, kənizləri zarıyır.Onlar göyərçintək inləyib sinələrinə vururlar.   Neynəva+ var olduğu gündən sulu hovuz kimi idi,İndi suyu axıb gedir. «Dayanın!» «Dayanın!» Lakin dönüb baxan yoxdur.+   Gümüşü talan edin, qızılı talan edin! Toplanmış sərvətin sayı-hesabı yoxdur. Cürbəcür gözəl əşyalar qalaq-qalaqdır. 10  Şəhər bomboşdur, tərk edilib, viran qalıb!+ Qorxudan ürəklər əriyir, dizlər əsir, ayaqlar titrəyir,Çöhrələr od tutub yanır. 11  Hanı aslanlar yuvası,+ gənc aslanların bəsləndiyi yer?Hanı aslanların balaları ilə birgə çıxdığı,Qorxusuz-hürküsüz yaşadığı yer? 12  Aslan balaları üçün qədərincə ov ovlardı,Öz dişiləri üçün ov boğardı. Mağaralarını şikarla,Yuvalarını parçaladığı heyvanlarla doldurardı. 13  Ordular Allahı Yehova bəyan edir:+ «Budur, sənin üstünə gəlirəm!Cəng arabalarını yandıracağam, tüstü içində qalacaq.+Gənc aslanlarını qılıncın ağzına verəcəyəm. Sənə yer üzündə şikar qoymayacağam,Artıq qasidlərinin səsi eşidilməyəcək».+

Haşiyələr

Yəni Neynəvanı.
Hərfən: bərkit.