Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nahum 1:1—15

MÜNDƏRİCAT

  • Allah düşmənlərindən qisas alır (1—7)

    • Allah tam sədaqət tələb edir (2)

    • Yehova Ona pənah gətirənləri tanıyır (7)

  • Neynəva məhv ediləcək (8—14)

    • Fəlakət təkrar olmayacaq (9)

  • Yəhudaya müjdə (15)

1  Neynəvaya*+ qarşı hökm. Elqoşlu Nahumun* vəhy kitabı.   Yehova tam sədaqət tələb edən,+ qisası yerdə qoymayan Allahdır. Yehova qisas alır, Onun qəzəbi kükrəyir.+ Yehova düşmənlərindən qisas alır, Qəzəbini düşmənləri üçün saxlayır.   Yehova səbirlidir,+ böyük qüdrət sahibidir.+ Yehova əsla cəzasız qoymaz.+ Onun yolu tufanın, qasırğanın içindən keçir, Buludlar ayağının altında toz kimidir.+   O, dənizə əmr edir,+ dəniz quruyur, Bütün çayları qupquru edir.+ Başan və Karmel saralıb-solur,+ Livan çiçəkləri soluxur.   O, dağları sarsıdır, Təpələri əridir.+ Yer və torpaq, Yer üzündə yaşayanlar Onun hüzurunda titrəyəcək.+   Onun hiddəti qarşısında kim dura bilər?+ Şiddətli qəzəbinə kim dözə bilər?+ Onun hiddəti od kimi tökülər, Qayaları sarsıdar.   Yehova kəramətlidir,+ dar gündə möhkəm qaladır.+ Ona pənah gətirənləri tanıyır*.+   O, şəhəri* sel suları ilə məhv edəcək, Zülmət Onun düşmənlərini izləyəcək.   Yehovaya qarşı nə fənd qura bilərsiniz? O, sizin kökünüzü kəsəcək. Fəlakət ikinci dəfə təkrar olmayacaq.+ 10  Onlar tikan kimi bir-birinə dolaşıblar, Pivədən sərxoş olanlara bənzəyirlər, Amma quru küləş kimi yanıb külə dönəcəklər. 11  Yehovaya qarşı fitnə-fel düşünən, Boş-boş məsləhətlər verən səndən çıxacaq. 12  Yehova deyir: «Onlar güclü olsalar da, çoxsaylı olsalar da, Məhv olacaqlar, kökləri kəsiləcək*. Mən səni* vurmuşam, daha vurmayacağam. 13  Onların sənin üzərinə qoyduğu boyunduruğu sındıracağam,+ Sənin buxovlarını qıracağam. 14  Yehova sənin* barəndə əmr edir: “Daha adını daşıyan övladın olmayacaq. Allahlarının evindən oyma bütlərini, tökmə bütlərini məhv edəcəyəm. Sənin üçün qəbir hazırlayacağam, çünki sən heçnəsən”. 15  Bax, müjdə gətirən sülh carçısının ayaqları dağları aşır.+ Ey Yəhuda, bayramlarını keçir,+ Nəzirlərini yerinə yetir, Çünki daha içindən yaramaz adam keçməyəcək, O, tamamilə məhv olacaq».

Haşiyələr

Nineviya.
Mənası: təsəlli verən.
Yaxud Ona pənah gətirənlərin qeydinə qalır.
Yəni Neynəvanı.
Digər variant: məhv olacaqlar o, içindən keçəcək.
Yəni Yəhudanı.
Yəni Aşşurun.