Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mark 4:1—41

MÜNDƏRİCAT

  •  PADŞAHLIQ HAQQINDA MƏSƏLLƏR (1—34)

    • Əkinçi (1—9)

    • İsa nə üçün məsəl çəkir (10—12)

    • Əkinçi məsəlinin izahı (13—20)

    • Çırağı zənbil altına qoymazlar (21—23)

    • Hansı ölçü ilə ölçürsən (24, 25)

    • Yatan əkinçi (26—29)

    • Xardal toxumu (30—32)

    • Məsəllərdən istifadə (33, 34)

  • İsa fırtınanı yatırır (35—41)

4  İsa yenidən dəniz kənarında vəz etməyə başladı. Onun yanına çoxlu adam yığışdı, buna görə də o, qayığa minib sahildən bir az aralandı. Camaat isə sahildə dayanmışdı.+  İsa məsəllər+ çəkərək onlara çox şey öyrətməyə başladı. O dedi:+  «Qulaq asın. Bir əkinçi toxum səpməyə çıxdı.+  Toxum səpərkən toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.  Bəzisi torpağı az olan daşlığa düşdü və torpaq dərin olmadığından dərhal cücərdi.+  Amma günəş çıxanda soldu və kökü olmadığından qurudu.  Bəzi toxumlar tikanlığa düşdü. Tikan kolları böyüyüb onları boğdu və onlar bar vermədi.+  Amma bəziləri münbit torpağa düşdü, cücərib boy atdı və bar gətirdi. Onlar otuzqat, altmışqat və yüzqat bar verdilər».+  İsa əlavə etdi: «Qulağı olan qoy eşitsin!»+ 10  İsa tək qalanda on iki həvarisi və ətrafında olanlar çəkdiyi məsəllərlə bağlı onu sorğu-suala tutdular.+ 11  İsa onlara dedi: «Sizə Allahın Padşahlığının müqəddəs sirrini+ başa düşmək ənamı verilib, amma qalanlarına hər şey məsəllərlə söylənilir ki,+ 12  baxsalar da bir şey görməsinlər, eşitsələr də, bir şey anlamasınlar, heç vaxt geri dönməsinlər və Allah onları bağışlamasın».+ 13  Sonra əlavə etdi: «Bu məsəli başa düşmürsünüzsə, o birilərini necə başa düşəcəksiniz? 14  Əkinçi Allahın sözünü səpir.+ 15  Bəzi adamlarda söz, sanki, yol kənarında əkilib. Onlar sözü eşidər-eşitməz Şeytan gəlib+ ürəklərinə səpilmiş toxumu aparır.+ 16  Digər adamlarda söz, sanki, daşlıqda əkilib. Onlar sözü eşidən kimi sevinclə qəbul edirlər.+ 17  Amma kök atmadığından uzun müddət dura bilmirlər. Allahın sözünə görə çətinlik, təqib başlayan kimi onlar imandan dönürlər. 18  Bəzilərində isə toxum, sanki, tikanlığa düşüb. Onlar sözü eşidir,+ 19  lakin bu zəmanənin qayğıları+, var-dövlətin aldadıcı qüvvəsi+ və digər arzular+ ürəklərinə yol tapır, sözü boğur və söz bar gətirmir. 20  Nəhayət, münbit torpaqda əkilənlər Allahın sözünü dinləyən, onu sidqi-ürəkdən qəbul edən adamlardır. Belə adamlar otuzqat, altmışqat və yüzqat bəhrə verirlər».+ 21  İsa sözünə davam etdi: «Heç görmüsünüz ki, çırağı səbətin və ya çarpayının altına qoysunlar? Onu çıraqdana qoyurlar, elə deyil?+ 22  Bəli, elə bir sirr yoxdur ki, əvvəl-axır üstü açılmasın, elə bir gizli şey yoxdur ki, aşkar olunmasın.+ 23  Qulağı olan qoy eşitsin».+ 24  Sonra İsa dedi: «Sözlərimə diqqətlə qulaq asın.+ Hansı ölçü ilə ölçürsünüzsə, o ölçü ilə də sizə ölçəcəklər, hələ üstünə əlavə də edəcəklər. 25  Kimdə varsa, ona daha çox veriləcək,+ kimdə yoxdursa, əlindəki də alınacaq».+ 26  İsa davam etdi: «Allahın Padşahlığı bir adamın torpağa toxum səpməsinə bənzəyir. 27  O, gecə yatır, səhər durur, amma toxum necə cücərir, necə böyüyür, o adamın xəbəri olmur. 28  Torpaq öz-özünə tədricən bar yetişdirir: əvvəlcə gövdə cücərir, sonra sünbül əmələ gəlir, nəhayət, sünbüldə dən yetişir. 29  Məhsul yetişən kimi adam orağı işə salır, çünki biçin vaxtı yetişib». 30  İsa sözünə davam etdi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə izah edək? 31  Padşahlıq xardal toxumuna bənzəyir. Əkin vaxtı toxumlar arasında ən xırdası odur.+ 32  Amma yerə əkiləndən sonra böyüyüb bütün bostan bitkiləri arasında ən yekəsi olur və qol-budaq atır, göy quşları da gəlib onun kölgəsində yuva salırlar». 33  İsa buna bənzər çoxlu məsəl+ çəkir, Allahın sözünü onlara qavraya bildikləri qədər danışırdı. 34  Bəli, İsa danışanda həmişə məsəl çəkirdi, lakin sonra hər şeyi təklikdə şagirdlərinə izah edirdi.+ 35  Həmin gün axşam düşəndə İsa onlara dedi: «Gəlin o biri sahilə üzək».+ 36  Onlar camaatı yola salandan dərhal sonra İsanı qayıqla apardılar. Orada başqa qayıqlar da var idi.+ 37  Birdən güclü fırtına qopdu. Amansız dalğalar qayığa çırpılırdı. Qayıq batmaq üzrə idi.+ 38  İsa bu zaman qayığın dal tərəfində başını balışa qoyub yatmışdı. Şagirdlər onu oyadıb dedilər: «Ustad, məgər sənin vecinə deyil ki, biz batırıq?» 39  İsa durub küləyi ram etdi və dənizə əmr etdi: «Dayan! Sakit ol!»+ Külək yatdı, ətrafa dərin sükut çökdü. 40  O, şagirdlərə dedi: «Niyə qorxdunuz? Hələ də imanınız yoxdur?» 41  Onlar bərk qorxmuşdular və bir-birilərinə deyirdilər: «Bu kimdir ki, hətta külək də, dəniz də ona itaət edir?»+

Haşiyələr