Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mark 13:1—37

MÜNDƏRİCAT

  • DÖVRÜN YEKUNU (1—37)

    • Müharibələr, zəlzələlər, qıtlıq (8)

    • Müjdə təbliğ ediləcək (10)

    • Böyük müsibət (19)

    • İnsan oğlunun gəlişi (26)

    • Əncir ağacı məsəli (28—31)

    • Oyaq qalın (32—37)

13  İsa məbəddən çıxanda şagirdlərindən biri dedi: «Ustad, bir bu möhtəşəm daşlara, bu binalara bax!»+  Amma İsa ona dedi: «Gördüyün bu möhtəşəm binaların daşı daş üstə qalmayacaq, hamısı dağılacaq»+.  İsa Zeytun dağında oturmuşdu. Buradan məbəd yaxşı görünürdü. Bu vaxt Butrus, Yaqub, Yəhya və Andreas təklikdə ondan soruşdular:  «Bizə de, bunlar nə vaxt baş verəcək? Bütün bunların sonunun yaxın olduğuna əlamət nə olacaq?»+  İsa onlara dedi: «Diqqətli olun ki, heç kəs sizi aldatmasın.+  Bir çoxları mənim adımla gəlib “Məsih mənəm”  deyəcək və çoxlarını aldadacaq.  Həmçinin müharibə səsləri, müharibə xəbərləri eşidəndə təşvişə düşməyin. Bunlar baş verməlidir, amma bu, hələ son deyil.+  Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq.+ Gah burada, gah orada zəlzələlər və qıtlıq olacaq.+ Bunlar bəlaların* başlanğıcıdır+.  Siz isə ehtiyatlı olun. İnsanlar sizi məhkəmələrə verəcək,+ sinaqoqlarda döyəcək,+ mənim adıma görə sizi hakimlərin və padşahların qabağına gətirəcəklər. Bu, onlara şəhadət verməyiniz üçün fürsət yaradacaq.+ 10  Həmçinin əvvəlcə bütün xalqların arasında müjdə təbliğ edilməlidir.+ 11  Sizi həbs edib aparanda nə deyəcəyiniz barəsində qabaqcadan narahat olmayın. Həmin an müqəddəs ruh sizə nə bildirəcəksə, onları deyərsiniz, çünki danışan siz yox, müqəddəs ruh olacaq.+ 12  Bundan əlavə, qardaş qardaşını, ata övladını ölümə verəcək, övladlar valideynlərə qarşı çıxıb onları öldürtdürəcəklər.+ 13  Mənim adıma görə hamı sizə nifrət edəcək.+ Lakin axıra kimi dözən+ xilas olacaq.+ 14  Siz viranəlik gətirən iyrənc şeyin+ layiq olmadığı yerdə durduğunu görəndə (oxuyan dərk etsin) qoy Yəhudiyyədə olanlar dağlara qaçsın.+ 15  Evin damında olan damdan düşməsin, evdən nə isə götürmək üçün evə girməsin. 16  Tarlada olan da üst paltarını götürmək üçün qayıtmasın. 17  O günlərdə hamilə qadınların, əmzikli anaların vay halına!+ 18  Dua edin ki, qaçmağınız qışa təsadüf etməsin. 19  Çünki o günlərdə elə bir müsibət+ olacaq ki, beləsi Allah dünyanı yaradandan həmin vaxtadək olmayıb və bir daha olmayacaq.+ 20  Əgər Yehova o günləri qısaltmasaydı, heç kəs xilas ola bilməzdi. Amma O, seçdiyi adamlara görə həmin günləri qısaldacaq.+ 21  Əgər o zaman da sizə “baxın, Məsih buradadır!” yaxud “oradadır!” desələr, inanmayın.+ 22  Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər peyda olacaq,+ əlamət və möcüzələr göstərəcəklər ki, mümkünsə, seçilmişləri yoldan çıxartsınlar. 23  Buna görə də diqqətli olun!+ Mən sizi xəbərdar etdim. 24  Lakin o vaxt, o müsibətdən sonra günəş zülmətə qərq olacaq, ay işıq saçmayacaq,+ 25  ulduzlar göydən düşəcək və göylərin qüvvələri sarsılacaq. 26  O zaman insan Oğlunun+ qüdrətlə, calal içində buludların üzərində gəldiyini görəcəklər.+ 27  O, mələkləri göndərəcək və onlar dünyanın dörd tərəfindən, yerin ucundan göyün ucunadək Onun seçdiklərini yığacaq.+ 28  Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır.+ 29  Siz də bunların baş verdiyini görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır.+ 30  Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək.+ 31  Yer-göy yox olub gedəcək,+ amma mənim sözlərim qalacaq.+ 32  O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir.+ 33  Diqqətli olun, oyaq qalın,+ çünki təyin edilmiş vaxtı bilmirsiniz.+ 34  Bu, başqa ölkəyə yollanan bir adamın öz evinin nəzarətini nökərlərə tapşırıb hərəsinə bir iş verməsinə,+ qapıçıya da oyaq qalmağı buyurmasına bənzəyir.+ 35  Buna görə də oyaq qalın, çünki ev sahibinin nə vaxt gələcəyini:+ axşam, gecə yarısında, xoruz banında, yaxud səhər tezdən gələcəyini bilmirsiniz.+ 36  Elə olmasın ki, o, qəfil gələndə sizi yatmış tapsın.+ 37  Sizə dediyimi hamıya deyirəm: oyaq qalın!»+

Haşiyələr

Hərfən: doğum sancılarının.