Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mark 10:1—52

MÜNDƏRİCAT

  • Evlilik və boşanma (1—12)

  • İsa uşaqlara xeyir-dua verir (13—16)

  • Varlı adamın sualı (17—25)

  • Padşahlıq yolunda qurbanlar (26—31)

  • İsa öləcəyini yenə bildirir (32—34)

  • Yaqubla Yəhyanın xahişi (35—45)

    • İsa həyatını fidyə verməyə gəlib (45)

  • Kor Bartimayın gözləri açılır (46—52)

10  İsa oradan çıxıb İordanın o biri tayına, Yəhudiyyənin sərhədlərinə gəldi. Bu dəfə də onun yanına çoxlu adam axışdı və o, həmişəki kimi, onlara vəz etməyə başladı.+  Bu zaman İsanı sınamaq məqsədi güdən fərisilər ona yaxınlaşdılar və ondan arvadı boşamağın düzgün olub-olmadığını soruşdular.+  İsa da onlardan soruşdu: «Bəs Musa sizə nə buyurub?»  Onlar dedilər: «Musa izin verib ki, ər talaq kağızı yazaraq arvadını boşasın».+  Lakin İsa onlara dedi: «Musa bu əmri sizin inadkar+ olduğunuza görə yazmışdı.+  Ancaq Allah başlanğıcda onları “kişi və qadın olaraq yaradıb.+  Buna görə insan ata-anasını tərk edəcək+  və ikisi bir bədən olacaq”.+ Beləliklə, onlar artıq iki yox, bir bədəndir.  Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın».+ 10  Onlar evdə olanda şagirdlər bu haqda ondan soruşdular. 11  İsa onlara dedi: «Arvadını boşayıb başqası ilə evlənən boşadığı arvada qarşı zina edir.+ 12  Eynilə də ərindən boşanıb başqasına ərə gedən qadın zina etmiş olur».+ 13  Camaat uşaqlarını İsanın yanına gətirirdi ki, İsa onlara toxunsun. Şagirdlər isə camaatı danlayırdı.+ 14  İsa bunu görəndə qəzəblənib onlara dedi: «Qoyun uşaqlar yanıma gəlsinlər, onlara mane olmayın, çünki Allahın Padşahlığı belələrinə məxsusdur.+ 15  Bilin və agah olun: Allahın Padşahlığını balaca uşaq kimi qəbul etməyən əsla ora girməyəcək».+ 16  Bundan sonra İsa uşaqları qucağına aldı, əllərini onların üzərinə qoyub xeyir-dua verdi.+ 17  İsa yola düşməyə hazırlaşarkən bir adam qaça-qaça gəlib onun qabağında diz çökdü və dedi: «Gözəl Ustad, əbədi həyatı almaq üçün mən nə etməliyəm?»+ 18  İsa ona dedi: «Məni niyə belə adlandırırsan? Allahdan başqa gözəl Varlıq yoxdur.+ 19  Sən ki “adam öldürmə+, zina etmə+, oğurluq etmə+, yalan şahidlik etmə+, fırıldaqçılıq etmə+, atana və anana hörmət et+” əmrlərini bilirsən». 20  O adam dedi: «Ustad, bütün bunlara uşaqlıqdan əməl edirəm». 21  Oğlan İsanın ürəyinə yatdı. İsa ona baxıb dedi: «Bircə şeyin çatmır. Get, nəyin varsa, sat və kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl».+ 22  O isə bu sözləri eşidəndə kədərləndi və qəm-qüssə içində çıxıb getdi, çünki çox dövlətli idi.+ 23  İsa ətrafına baxıb şagirdlərinə dedi: «Pullu adamlara Allahın Padşahlığına girmək necə də çətin olacaq!»+ 24  Şagirdlər bu sözlərə təəccübləndilər. Onda İsa onlara yenə dedi: «Övladlarım! Allahın Padşahlığına girmək çox çətindir! 25  Dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır».+ 26  Onlar daha da təəccüblənib: «Bəs onda kim xilas ola bilər?» — deyə ondan* soruşdular.+ 27  İsa düz onlara baxıb dedi: «Bu, insan üçün mümkün deyil, Allah üçünsə mümkün olmayan şey yoxdur».+ 28  Onda Butrus dedi: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəlmişik».+ 29  İsa dedi: «Əmin olun, mənim yolumda və müjdə uğrunda evini, bacı-qardaşını, anasını, atasını, uşaqlarını, yaxud tarlalarını qoyub gələn+ 30  mütləq bu dövrdə təqiblərlə+ yanaşı yüzqat artıq ev, qardaş, bacı, ana, uşaq və tarla, gələcəkdə isə əbədi həyat alacaq. 31  Amma birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq».+ 32  Onlar Yerusəlimə qalxırdılar. İsa qabaqda gedirdi. Şagirdlər təəccüb içində idilər, arxadan gələnləri isə qorxu bürümüşdü. O, bir daha on iki həvarisini kənara çəkib başına gələcək şeylər haqqında onlara danışmağa başladı:+ 33  «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək, onlar insan Oğlunu ölümə məhkum edəcək və başqa xalqlardan olan adamlara təslim edəcəklər. 34  Onlar da insan Oğlunu lağa qoyacaq, üzünə tüpürəcək, qamçılayacaq və öldürəcəklər. Lakin o, üç gündən sonra diriləcək».+ 35  Zəbədinin iki oğlu Yaqub və Yəhya+ İsaya yaxınlaşıb dedi: «Ustad, səndən bir xahişimiz var, xahişimizi yerə salma».+ 36  O soruşdu: «Nə istəyirsiniz? Sizin üçün nə edim?» 37  Onlar cavab verdilər: «Sən calalına yetişəndə izin ver, birimiz sağında, birimiz də solunda oturaq».+ 38  Ancaq İsa onlara dedi: «Siz nə istədiyinizi bilmirsiniz. Mənim içəcəyim camdan* içə bilərsiniz? Yaxud vəftiz olunacağım vəftizlə vəftiz oluna bilərsiniz?»+ 39  Onlar dedilər: «Bəli». Onda İsa dedi: «İçəcəyim camdan içəcəksiniz, vəftiz olunacağım vəftizlə də vəftiz olunacaqsınız.+ 40  Amma kimin sağımda, kimin solumda oturacağını mən həll etmirəm. Bu yerlər kimin üçün hazırlanıbsa, onlar da orada oturacaqlar». 41  Bu söhbəti eşidən digər on həvari Yaqubla Yəhyaya bərk qəzəbləndi.+ 42  Ancaq İsa onları yanına çağırıb dedi: «Siz yaxşı bilirsiniz ki, xalqların hökmdarları sayılanlar onların üzərində ağalıq edir və xalqların rəhbərləri onlara başçılıq edirlər.+ 43  Amma sizin aranızda belə olmamalıdır. Aranızda böyük olmaq istəyən qulluğunuzda durmalıdır,+ 44  birinci olmaq istəyən hamınıza nökərçilik etməlidir. 45  Axı insan Oğlu ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək+ və bir çoxları uğrunda həyatını fidyə kimi verməyə gəlib».+ 46  Onlar Ərihaya gəldilər. İsa şagirdləri və çoxlu adamla birlikdə Ərihadan çıxan zaman Bartimay (Timay oğlu) adında bir kor dilənçi yol kənarında oturmuşdu.+ 47  O, nəsrani İsanın həmin yoldan keçdiyini eşidəndə qışqırıb dedi: «Ey Davud Oğlu+ İsa, mənə rəhm et!»+ 48  Bir çoxları təpinərək onu susdurmağa çalışdılar. O isə daha bərkdən qışqırmağa başladı: «Davud Oğlu, mənə rəhm et!» 49  İsa ayaq saxlayıb dedi: «Onu bura çağırın». Camaat: «Qorxma, dur, səni çağırır», — deyə onu səslədi. 50  Dilənçi paltarını üstündən atıb yerindən sıçradı və İsanın yanına gəldi. 51  İsa ondan soruşdu: «Nə istəyirsən? Sənin üçün nə edim?» Kor adam dedi: «Rabbuni*, gözlərimə şəfa ver». 52  İsa ona dedi: «Get, imanın səni sağaltdı».+ Kor adamın gözləri dərhal açıldı+ və o, İsanın dalınca getdi.

Haşiyələr

Digər variant: bir-birilərindən.
Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.
Mənası: Ustad.