Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mark 1:1—45

MÜNDƏRİCAT

  • Vəftizçi Yəhya təbliğ edir (1—8)

  • İsa vəftiz olunur (9—11)

  • Şeytan İsanı imtahana çəkir (12, 13)

  • İsa Cəlilədə təbliğ etməyə başlayır (14, 15)

  • İsa ilk şagirdlərini çağırır (16—20)

  • Murdar ruh qovulur (21—28)

  • İsa Kəfərnahumda şəfa verir (29—34)

  • Kimsəsiz yerdə dua edir (35—39)

  • Cüzamlını sağaldır (40—45)

1  Allahın Oğlu* İsa Məsih haqqındakı müjdənin başlanğıcı.  Əşiya peyğəmbər belə yazmışdır: «(Sənin qabağınca Öz elçimi göndərirəm, o, sənin yolunu hazırlayacaq.)+  Çöllükdə kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın”».+  Beləcə, Vəftizçi Yəhya çöllükdə günahların bağışlanması üçün tövbə rəmzi olan vəftizi* təbliğ edirdi.+  Bütün Yəhudiyyə və Yerusəlim əhli onun yanına axışırdı. İnsanlar günahlarını açıq-aşkar boynuna alırdı, Yəhya da onları İordan çayında vəftiz edirdi.+  Yəhya dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayırdı,+ çəyirtkə və çöl balı ilə qidalanırdı.+  O təbliğ edərək deyirdi: «Mənim arxamca məndən güclüsü gəlir. Mən əyilib onun səndəlinin bağını açmağa belə, layiq deyiləm.+  Mən sizi su ilə vəftiz etdim, o isə sizi müqəddəs ruhla vəftiz edəcək».+  O günlərdə İsa Cəlilənin Nasirə şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu.+ 10  İsa sudan çıxar-çıxmaz göylərin açıldığını və müqəddəs ruhun göyərçin kimi üzərinə endiyini gördü.+ 11  Həmçinin göydən bir səs gəldi: «Sən Mənim sevimli Oğlumsan. Səndən çox razıyam».+ 12  Müqəddəs ruh dərhal İsanı çöllüyə apardı. 13  O, qırx gün orada çöl heyvanlarının arasında qaldı. Şeytan onu imtahana çəkdi,+ mələklər isə ona qulluq etdilər.+ 14  Yəhya həbs edildikdən sonra İsa Cəliləyə getdi+ və Allahın müjdəsini təbliğ etməyə başladı.+ 15  O deyirdi: «Vaxt yetişdi, Allahın Padşahlığı yaxındır. Tövbə edin+ və müjdəyə iman gətirin». 16  İsa Cəlilə dənizinin sahili boyunca gedərkən suya tor atan+ Şimonu və onun qardaşı Andreası+ gördü. Onlar balıqçı idilər.+ 17  İsa onlara dedi: «Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız».+ 18  Onlar dərhal torlarını atıb İsanın ardınca getdilər.+ 19  Bir qədər irəli gedəndən sonra o, Zəbədinin oğlu Yaqubu və onun qardaşı Yəhyanı gördü. Onlar qayıqda idilər və torlarını təmir edirdilər.+ 20  İsa dərhal onları çağırdı, onlar da ataları Zəbədini muzdlu işçilərlə qayıqda qoyub onunla getdilər. 21  Hamısı bir yerdə Kəfərnahuma gəldi. Şənbə günü başlayan kimi İsa sinaqoqa girdi və vəz etməyə* başladı.+ 22  Camaat onun necə vəz etdiyinə heyran qaldı, çünki o, mirzələr kimi yox, ixtiyar sahibi kimi vəz edirdi.+ 23  O vaxt onların sinaqoqunda içinə murdar ruh girmiş bir adam var idi. Birdən o qışqırdı: 24  «Ey nəsrani İsa! Bizdən nə istəyirsən?+ Bizi məhv etməyə gəlmisən? Sənin kim olduğunu yaxşı bilirəm, sən Allahın Müqəddəsisən».+ 25  Lakin İsa ona zəhmlə: «Səsini kəs, ondan çıx», — dedi. 26  Murdar ruh həmin adamı qıc etdi və bağırıb ondan çıxdı. 27  Hamını heyrət bürüdü. Onlar öz aralarında danışmağa başladılar: «Bu nədir belə? Hələ bu cür vəz edən görməmişik! Bu adam hətta murdar ruhlara hökm edir, onlar da itaət edirlər!» 28  Onun sorağı tez bir zamanda Cəlilənin hər tərəfinə yayıldı. 29  Sinaqoqdan çıxan kimi o, Yaqub və Yəhya ilə bərabər Andreas və Şimongilə getdi.+ 30  Şimonun qayınanası+ qızdırma içində yatırdı. Bunu dərhal İsaya çatdırdılar. 31  İsa qadına yaxınlaşdı, əlindən tutub onu qaldırdı. Qadının qızdırması keçdi və o durub onlara qulluq etməyə başladı. 32  Axşam günəş batandan sonra camaat bütün xəstələri və içinə cin girmiş adamları onun yanına gətirdi.+ 33  Bütün şəhər qapının ağzına toplaşmışdı. 34  O, müxtəlif azarı olan xəstələri sağaltdı+ və çoxlu cin qovdu, lakin cinləri danışmağa qoymadı, çünki cinlər onun Məsih olduğunu bilirdilər*. 35  Səhər ertədən, hələ alaqaranlıq ikən İsa durdu və kimsəsiz bir yerə gedib dua etməyə başladı.+ 36  Şimon isə yanındakılarla birlikdə onu axtarmağa getdi. 37  Onlar İsanı tapanda dedilər: «Hamı səni axtarır». 38  Lakin İsa onlara dedi: «Gəlin başqa yerə, yaxın şəhərlərə gedək ki, mən müjdəni oralarda da təbliğ edim, axı mən bunun üçün gəlmişəm».+ 39  Beləliklə, İsa bütün Cəliləni gəzib-dolaşaraq onların sinaqoqlarında təbliğ edir və cinləri qovurdu.+ 40  Bir dəfə bir cüzamlı gəlib onun qarşısında diz çökdü və yalvardı: «Əgər istəsən, məni təmizləyə bilərsən».+ 41  İsanın ona yazığı gəldi, əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm. Təmizlən».+ 42  O andaca cüzam keçdi, həmin adam təmizləndi. 43  İsa onu dərhal yola saldı və bərk-bərk tapşırdı: 44  «Bax ha, bunu heç kəsə danışma. Ancaq get, özünü kahinə göstər və onlara şəhadət olsun deyə,+ təmizləndiyin üçün Musanın əmr etdiyi şeyləri təqdim et».+ 45  O adam isə oradan getdi və baş verənləri danışıb aləmə yaydı. İsa artıq heç bir şəhərə açıq-aşkar girə bilmirdi, şəhərdən kənarda kimsəsiz yerlərdə qalırdı. Adamlar isə hər yerdən onun yanına gəlirdi.+

Haşiyələr

Yaxud təlim verməyə.
Digər variant: onun kim olduğunu bilirdilər.