Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Luka 20:1—47

MÜNDƏRİCAT

  • «Bunları nə haqla edirsən?» (1—8)

  • Qatil bağbanlar məsəli (9—19)

  • Allah və padşah (20—26)

  • Dirilmə barədə sual (27—40)

  • Məsih Davudun oğludur? (41—44)

  • «Özünüzü mirzələrdən gözləyin» (45—47)

20  Bir gün İsa məbəddə vəz edir və müjdəni təbliğ edirdi. Böyük kahinlər və mirzələr ağsaqqallarla birlikdə onun yanına gəlib  soruşdular: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?»+  İsa dedi: «Mən də sizə bir sual verəcəyəm: deyin görüm  Yəhyaya vəftiz etmək ixtiyarını Allah vermişdi, yoxsa insanlar?»  Onlar öz aralarında götür-qoy edib belə qənaətə gəldilər: «Əgər desək ki, “Allah vermişdi”, o qayıdıb deyəcək: “Bəs niyə ona inanmadınız?”  Əgər desək ki, “insanlar vermişdi”, onda camaat bizi daşa basar, çünki hamı Yəhyanın peyğəmbər olduğuna inanır».+  Onlar belə dedilər: «Bilmirik kim vermişdi».  İsa onlara dedi: «Mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm».  Sonra İsa camaata belə bir məsəl çəkdi: «Bir adam üzüm bağı saldı+ və bağı bağbanlara icarəyə verib uzun müddətə başqa ölkəyə yollandı.+ 10  Məhsul yığımı mövsümündə öz nökərini bağbanların yanına göndərdi ki, bağın barından ona versinlər. Bağbanlar isə nökəri döyüb əliboş geri qaytardılar.+ 11  Bağın sahibi yenidən bir nökər göndərdi. Bağbanlar onu da döyüb təhqir etdilər və əliboş qaytardılar. 12  O, üçüncü dəfə nökər göndərdi. Bağbanlar onu da şil-küt edib çölə atdılar. 13  Onda bağın sahibi belə dedi: “Nə edim? Gəlsənə sevimli oğlumu göndərim.+ Yəqin ona hörmətlə yanaşarlar”. 14  Lakin bağbanlar oğulu görəndə bir-birinə dedilər: “Bu, varisdir. Gəlin onu öldürək ki, miras bizim olsun”. 15  Bağbanlar oğulu bağdan çölə atıb öldürdülər.+ Görəsən, bağın sahibi onlara nə edəcək? 16  O gəlib bu bağbanları öldürəcək, üzüm bağını isə başqalarına verəcək». Bunu eşidəndə onlar dedilər: «İraq olsun!» 17  İsa onlara baxıb dedi: «Bəs onda “bənnaların rədd etdikləri daş küncün əsas daşı oldu” sözlərinin mənası nədir?+ 18  Onun üstünə yıxılan hər kəs tikə-parça olacaq.+ Bu daş kimin üstünə düşsə, onu tələf edəcək». 19  Mirzələr və böyük kahinlər İsanın bu məsəli onlara aid etdiyini başa düşüb onu dərhal tutmaq istədilər, amma camaatdan qorxdular.+ 20  Onu yaxşıca müşahidə etdikdən sonra xəlvətcə muzdla bir neçə adam tutdular və onun yanına göndərdilər. Bu adamlar özlərini saleh göstərib onu sözdə tutmalı idilər.+ Mirzələr və böyük kahinlər İsanı hökumətə və valiyə təslim etmək istəyirdilər. 21  Həmin adamlar gəlib İsaya dedilər: «Ustad, biz bilirik ki, sən həmişə düz danışırsan, doğru təlim verirsən. Səndə tərəfkeşlik yoxdur, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən. 22  Necə bilirsən, padşaha* can vergisi ödəmək düzgündür, ya yox?» 23  İsa onların kələyini dərhal anlayıb dedi: 24  «Mənə bir dinar* göstərin. Bu dinarın üzərində kimin surəti və titulu həkk olunub?» Onlar cavab verdilər: «Padşahın». 25  İsa onlara dedi: «Belə isə, padşaha məxsus şeyləri padşaha,+ Allaha məxsus şeyləri Allaha verin».+ 26  Onlar xalqın qarşısında İsanı sözdə tuta bilmədilər və onun cavabına mat qalıb susdular. 27  Dirilməyə inanmayan saddukilərdən bir neçəsi+ onun yanına gəlib soruşdu:+ 28  «Ustad, Musa bizə belə yazıb: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadını almalı və onun nəslini davam etdirməlidir”.+ 29  Yeddi qardaş var idi: böyük qardaş evləndi, amma övladsız öldü. 30  İkincisi də o qadınla evləndi və sonra öldü, 31  üçüncüsü də elə. Beləliklə, qardaşların yeddisi də onunla evləndilər, amma özlərindən sonra övlad qoymayıb öldülər. 32  Axırda o qadın da öldü. 33  Görəsən, diriləndən sonra həmin qadın bu qardaşlardan hansının arvadı olacaq? Axı yeddisi də onu almışdı». 34  İsa onlara dedi: «Bu dövrün övladları evlənirlər, ərə gedirlər, 35  lakin gələcək dövrdə yaşamağa və ölülərdən dirilməyə layiq görülənlər nə evlənəcək, nə də ərə gedəcəklər.+ 36  Onlar artıq ölməyəcəklər, çünki mələk kimi olacaq və dirildikləri üçün Allahın övladları olacaqlar. 37  O ki qaldı ölülərin dirilməsinə, bunu hətta Musa kol haqqındakı əhvalatında Yehovanı “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandırmaqla göstərib.+ 38  O, ölülərin yox, dirilərin Allahıdır, çünki Onun üçün onların hamısı sağdır».+ 39  Mirzələrdən bir neçəsi dedi: «Ustad, yaxşı dedin». 40  Onlar artıq bir söz belə soruşmağa cürət etmirdilər. 41  İsa onlardan soruşdu: «Necə olur ki, Məsihi Davudun oğlu adlandırırlar?+ 42  Axı Davud özü Zəbur kitabında belə deyir: “Yehova Ağama dedi: 43  “Düşmənlərini kətil kimi ayağının altına qoyanadək sağımda otur”.+ 44  Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?» 45  Camaat ona qulaq asarkən o, şagirdlərinə dedi: 46  «Özünüzü mirzələrdən gözləyin. Onlar uzun əbalarda gəzməyi, bazar meydanlarında camaatdan salam almağı, sinaqoqlarda qabaq cərgələrdə, ziyafətlərdə yuxarı başda oturmağı sevirlər.+ 47  Onlar dul qadınların evlərini talayır, özlərini mömin göstərmək üçün uzun-uzadı dua edirlər. Onlara daha ağır hökm kəsiləcək».

Haşiyələr

Hərfən: Sezara.