Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Luka 18:1—43

MÜNDƏRİCAT

  • İsrar edən dul qadın məsəli (1—8)

  • Fərisi və vergiyığan (9—14)

  • İsa və uşaqlar (15—17)

  • Varlı rəhbərin sualı (18—30)

  • İsa öləcəyini yenə xəbər verir (31—34)

  • Kor dilənçinin gözləri açılır (35—43)

18  Sonra İsa həmişə dua etməyin və ruhdan düşməməyin vacibliyi barəsində onlara bir məsəl çəkdi:+  «Bir şəhərdə Allahdan qorxmayan və insanları saymayan bir hakim vardı.  Orada həmçinin bir dul qadın da yaşayırdı. Bu qadın daima hakimin yanına gedib: “Mənimlə rəqibimin işinə bax, mənim üçün ədaləti bərqərar et”, — deyirdi.  Hakim bir müddət ona kömək etmədi, amma sonradan öz-özünə dedi: “Düzdür, Allahdan qorxmuram, insanları da saymıram,  amma bu dul qadının gəlib-getməyi məni lap boğaza yığdı. Gərək onun üçün ədaləti bərqərar edim ki, daha gəlib baş-beynimi aparmasın”».+  Ağa dedi: «Görürsünüz, haqq-nahaq tanımayan hakim nə dedi?!  Əgər o, belə etdisə, məgər səbirli Allah+ Ondan gecə-gündüz imdad diləyən seçilmişləri üçün ədaləti bərpa etməyəcək?+  Bunu bilin ki, Allah tez bir zamanda onlar üçün ədaləti bərpa edəcək. Bəs görəsən, insan Oğlu gələndə yer üzündə belə iman tapacaq?»  Özünü saleh sayıb başqalarını heç sayan adamlar üçün İsa bu məsəli çəkdi: 10  «İki adam dua etmək üçün məbədə girdi. Onlardan biri fərisi, digəri vergiyığan idi. 11  Fərisi ayaq üstə durub ürəyində belə dua etdi: “Şükür Sənə, İlahi! Mən başqaları kimi soyğunçu, haqsız, zinakar deyiləm. Nə də bu vergiyığanın tayı deyiləm. 12  Həftədə iki dəfə orucumu tuturam, əldə etdiyim hər şeyin onda birini verirəm”.+ 13  Vergiyığan isə uzaqda durub gözlərini də göyə qaldırmağa cürət etmirdi, amma sinəsinə vurub deyirdi: “Ya Allah, mən günahkara rəhmin gəlsin”.+ 14  Bunu bilin ki, bu adam fərisidən daha saleh sayılaraq evinə getdi.+ Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək».+ 15  Camaat öz körpələrini İsanın yanına gətirirdi ki, İsa onlara toxunsun. Şagirdlər isə onları danlayırdı.+ 16  Amma İsa uşaqları yanına çağırdı və dedi: «Qoyun uşaqlar yanıma gəlsin, onlara mane olmayın, çünki Allahın Padşahlığı belələrinə məxsusdur.+ 17  Bilin və agah olun: Allahın Padşahlığını balaca uşaq kimi qəbul etməyən əsla ora girməyəcək».+ 18  Rəhbərlərdən biri ondan soruşdu: «Gözəl Ustad, əbədi həyatı almaq üçün mən nə etməliyəm?»+ 19  İsa ona dedi: «Məni niyə belə adlandırırsan? Allahdan başqa gözəl Varlıq yoxdur.+ 20  Sən ki “zina etmə+, adam öldürmə+, oğurluq etmə+, yalan şahidlik etmə+, atana və anana hörmət et+” əmrlərini bilirsən». 21  O adam cavab verdi: «Bütün bunlara ta uşaqlıqdan əməl edirəm». 22  İsa ona qulaq asıb dedi: «Amma bir şey də etməlisən. Nəyin varsa, sat, kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl».+ 23  O, bunu eşidəndə bərk kədərləndi, çünki çox varlı idi.+ 24  İsa ona baxıb dedi: «Pullu adamlara Allahın Padşahlığına girmək necə də çətin olacaq!+ 25  Dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır».+ 26  Bu sözləri eşidənlər soruşdular: «Bəs onda kim xilas ola bilər?»+ 27  İsa cavab verdi: «İnsan üçün mümkün olmayan şey Allah üçün mümkündür».+ 28  Onda Butrus dedi: «Bax, nəyimiz vardısa qoyub sənin ardınca gəldik».+ 29  İsa onlara dedi: «Əmin olun, Allahın Padşahlığı uğrunda evini, arvadını, qardaşlarını, valideynlərini və uşaqlarını qoyub gələn+ 30  bu dövrdə əvəzini artıqlaması ilə alacaq, gələcəkdə isə əbədi həyata qovuşacaq».+ 31  Sonra İsa on iki həvarisini kənara çəkib onlara dedi: «İndi Yerusəlimə gedirik. Peyğəmbərlərin insan Oğluna aid yazdıqları hər şey yerinə yetəcək.+ 32  Məsələn, o, başqa xalqlardan olan adamların əlinə veriləcək.+ Onu lağa qoyacaqlar+, təhqir edəcəklər+, üzünə tüpürəcəklər. 33  Onu qamçı ilə döyəcək, sonra öldürəcəklər,+ amma o, üçüncü gün diriləcək».+ 34  Ancaq şagirdlər bu sözlərdən bir şey başa düşmədilər, çünki bunların mənası onlardan gizlədilmişdi, buna görə də onun dediklərini dərk etmədilər. 35  İsa Ərihaya yaxınlaşanda yolun qırağında bir kor dilənçi oturmuşdu.+ 36  O, yoldan çoxlu adamın keçdiyini eşidəndə nə baş verdiyini soruşdu. 37  Ona dedilər: «Nəsrani İsa keçir!» 38  Kor bunu eşidəndə qışqırdı: «Ey Davud Oğlu İsa, mənə rəhm et!» 39  Qabaqda gedənlər təpinərək onu susdurmağa çalışdılar, amma o, daha da bərkdən qışqırmağa başladı: «Davud Oğlu, mənə rəhm et!» 40  İsa ayaq saxladı və əmr etdi ki, o adamı yanına gətirsinlər. O yaxınlaşanda İsa soruşdu: 41  «Nə istəyirsən? Sənin üçün nə edim?» O cavab verdi: «Ağa, gözlərimə şəfa ver». 42  İsa ona dedi: «Qoy gözlərin görsün, imanın səni sağaltdı».+ 43  Həmin andaca o adamın gözləri açıldı və o, Allaha alqış oxuya-oxuya İsanın ardınca getdi.+ Bunu görən camaat da Allaha alqış oxudu.+

Haşiyələr