Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Luka 17:1—37

MÜNDƏRİCAT

  • Maneə, əfv və iman (1—6)

  • «Biz heç nəyə yaramayan nökərlərik» (7—10)

  • On nəfər cüzamlı sağalır (11—19)

  • Allahın Padşahlığının gəlişi (20—37)

    • «Allahın Padşahlıǧı aranızdadır» (21)

    • «Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın» (32)

17  Sonra İsa şagirdlərinə dedi: «İman yolunda mütləq maneələr olacaq. Amma vay səbəbkarın halına!  Bu kiçiklərdən birini büdrətməkdənsə onun üçün daha yaxşı olardı ki, boynuna dəyirman daşı asıb onu dənizə atsınlar.+  Ehtiyatlı olun. Kimsə* günah işləsə, onu məzəmmət et,+ tövbə etsə, bağışla.+  Hətta bir gündə sənə qarşı yeddi dəfə günah işləsə və hər dəfə yanına gəlib: “Tövbə edirəm”, — desə, onu bağışlamalısan».+  Həvarilər Ağaya dedilər: «İmanımızı artır».+  Ağa isə dedi: «Əgər sizdə bir xardal toxumu boyda iman olsaydı, bu xartut ağacına: “Kökündən qop, dənizdə bit”, — deyərdiniz, ağac da sizə itaət edərdi.+  Tutalım nökəriniz var. O, yer şumlamaqdan və ya sürünü otarmaqdan qayıdanda hansınız ona: “Tez süfrəyə keç, əyləş”, — deyər?  Məgər: “Şam yeməyimi hazırla, önlüyünü tax, mən yeyib qurtaranadək mənə qulluq et, özün sonra yeyərsən”, — deməz?  Tapşırığını yerinə yetirdiyinə görə məgər ağası nökərə minnətdar olacaq? 10  Siz də sizə tapşırılmış işləri görüb qurtaranda deyin: “Biz heç nəyə yaramayan nökərlərik. Biz sadəcə öhdəmizə düşən işi gördük”».+ 11  Yerusəlimə gedərkən İsa Səməriyyə ilə Cəlilənin arasından keçirdi. 12  Bir kəndə girəndə onu on nəfər cüzamlı kişi gördü. Onlar uzaqda durub+ 13  qışqırdılar: «İsa, Müəllim, bizə rəhm et!» 14  İsa onları görəndə dedi: «Gedin özünüzü kahinlərə göstərin».+ Bu adamlar yolda ikən cüzamdan təmizləndilər.+ 15  Onlardan biri sağaldığını görüb Allahı ucadan mədh edə-edə geri qayıtdı. 16  O, üzüqoylu İsanın ayaqlarına yıxılıb ona təşəkkür etdi. Bu adam səməriyyəli+ idi. 17  O zaman İsa dedi: «Məgər on nəfər təmizlənmədi? Bəs qalan doqquz nəfər hanı? 18  Başqa xalqdan olan bu adamdan savayı Allahı mədh etmək üçün geri qayıdan olmadı?» 19  Sonra həmin adama dedi: «Dur get, imanın səni sağaltdı».+ 20  Fərisilər ondan Allahın Padşahlığının nə vaxt gələcəyini soruşanda+ İsa belə cavab verdi: «Allahın Padşahlığı açıq-aşkar şəkildə gəlməyəcək. 21  Onun barəsində “baxın, buradadır” ya “oradadır” deməyəcəklər. Çünki Allahın Padşahlığı aranızdadır».+ 22  Sonra şagirdlərinə dedi: «Elə bir vaxt gələcək ki, insan Oğlunun günlərindən birini görməyi çox arzulayacaqsınız, amma görməyəcəksiniz. 23  Sizə “bax, oradadır!”, yaxud “bax, buradadır!” deyəcəklər. Getməyin, onların dalınca düşməyin.+ 24  Çünki şimşək çaxanda göyün bir ucundan o biri ucuna qədər necə parlayırsa, insan Oğlu+ da zühur edəcəyi gün belə olacaq.+ 25  Ancaq əvvəlcə o, çoxlu əzablara qatlaşmalı, bu nəsil tərəfindən rədd olunmalıdır.+ 26  Nuhun vaxtında necə idisə,+ insan Oğlunun vaxtında da elə olacaq:+ 27  Nuh gəmiyə girən günə qədər+ insanlar yeyir-içir, evlənir, ərə gedirdilər. Sonra daşqın gəlib onların hamısını tələf etdi.+ 28  Lutun vaxtında da belə idi:+ insanlar yeyir-içir, alır-satır, əkir, tikirdilər. 29  Amma Lut Sədumdan çıxdığı gün göydən atəş və kükürd yağıb hamını məhv etdi.+ 30  İnsan Oğlunun zühur edəcəyi gündə də belə olacaq.+ 31  O gün kim damda olarsa, əşyalarının dalınca evə düşməsin, tarlada olan da geri qayıtmasın. 32  Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın.+ 33  Kim həyatını qorumağa çalışırsa, onu itirəcək, amma həyatını itirən onu qoruyacaq.+ 34  Bunu bilin: həmin gecə iki nəfər bir yataqda olacaq. Biri götürüləcək, o birisi qalacaq.+ 35  Bir dəyirmanda iki qadın dən üyüdəcək. Biri götürüləcək, o birisi qalacaq». 36  *⁠—— 37  Şagirdləri ondan soruşdu: «Ağa, hara?» O cavab verdi: «Cəsəd haradadırsa, qartallar da ora yığışacaq».+

Haşiyələr

Hərfən: qardaşın. Yəni dindaşın.