Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Koloslulara 4:1—18

MÜNDƏRİCAT

  • Ağalar üçün məsləhətlər (1)

  • Daima dua edin (2—4)

  • Kənar adamlara qarşı müdrik davranın (5, 6)

  • Salam-dualar (7—18)

4  Ey ağalar, qullarınızla haqq-ədalətlə, insafla davranın, yadınızdan çıxarmayın ki, göydə sizin də Ağanız var.+  Daima dua edin,+ duaya laqeyd yanaşmayın, şükranla dua edin.+  Həmçinin bizdən ötrü də dua edin+ ki, Allah Öz sözünün təbliği üçün bizə qapı açsın və biz Məsih haqqındakı müqəddəs sirri bəyan edə bilək. Mən bu sirrə görə həbsdəyəm.+  Bəli, dua edin ki, onu lazım olduğu kimi, aydın şəkildə bəyan edə bilim.  Kənar adamlara qarşı müdrik davranın və vaxtınızın qədrini bilin.+  Qoy sözləriniz həmişə duzlu,+ ürəkaçan olsun. Onda hər kəsə necə cavab verməyi biləcəksiniz.+  Mənim barəmdə hər şeyi sizə əziz qardaşım, mənimlə birlikdə Ağaya qulluq edən, onun sadiq xidmətçisi olan dostum Tixik+ danışacaq.  Onu yanınıza göndərirəm ki, sizə hal-əhvalımız barədə danışsın və təsəlli versin.  Sizlərdən olan vəfalı və əziz qardaşım Onisimi+ də ona qoşub yanınıza göndərirəm. Onlar burada baş verənləri sizə danışacaqlar. 10  Mənimlə birgə dustaq olan yoldaşım Aristarx+ sizə salam söyləyir. Barnəbanın qohumu* Mark+ (sizə deyilmişdi ki, o, yanınıza gəlsə, onu mehribanlıqla qarşılayasınız),+ 11  həmçinin Yust ləqəbli Yuşə də sizə salam göndərir. Bunlar sünnət edilmişlərdəndir. Bu qardaşlar Allahın Padşahlığı uğrunda mənimlə birlikdə çalışan və mənə dayaq olan yeganə əməkdaşlarımdır. 12  Məsih İsanın qulu və sizlərdən olan Epafras+ da sizə salam deyir. O, sizdən ötrü daima cidd-cəhdlə dua edir ki, siz sonda yetkin insanlar kimi möhkəm durasınız və Allahın iradəsilə bağlı hər şeyə tam əmin olasınız. 13  Onun sizdən, həmçinin Laodikiyada və Hierapolisdə olanlardan ötrü necə can yandırdığına özüm şahidəm. 14  Sevimli həkim qardaşımız Luka+ və Dimas+ da sizə salam deyirlər. 15  Laodikiyadakı qardaşlara, həmçinin Nimfaya və bu bacının evində yığışanlara salamlarımı çatdırın.+ 16  Bu məktub sizdə oxunandan sonra elə edin ki, o, laodikiyalıların yığıncağında da oxunsun.+ Laodikiyaya göndərdiyim məktubu da siz oxuyun. 17  Həmçinin Arxipə+ bu sözləri çatdırın: «Ağanın davamçısı kimi sənə həvalə olunan xidmətə ciddi yanaş, onu icra et». 18  Mən Bulus bu salamı sizə öz əlimlə yazıram.+ Mənim buxovlarımı+ həmişə yadınızda saxlayın. Allahın lütfü sizə yar olsun.

Haşiyələr

Valideynlərindən birinin ya bacısı oğlu ya qardaşı oğlu.