Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Koloslulara 3:1—25

MÜNDƏRİCAT

  • Köhnə və yeni şəxsiyyət (1—17)

    • Bədənin meyillərini öldürün (5)

    • Məhəbbət insanlar arasında kamil birlik yaradır (14)

  • Ailələr üçün məsləhətlər (18—25)

3  Ancaq əgər siz Məsihlə birlikdə dirilmisinizsə,+ onda səmavi şeylərə can atın, çünki Məsih göydə, Allahın sağında əyləşib.+  Bəli, həmişə səmavi şeylər haqqında düşünün,+ yerə aid şeylər haqqında yox.+  Çünki siz artıq ölmüsünüz. Sizin həyatınız Allahla vəhdətdə olan Məsihdədir.  Bizim həyatımız olan Məsih+ zühur edəndə siz də onunla birlikdə zühur edəcək və onun calalına şərik olacaqsınız.+  Buna görə də yerdəki bədəninizin üzvlərində+ olan meyilləri — əxlaqsızlığa*, natəmizliyə, şəhvətə,+ nəfsə və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün.  Bütün bunlardan ötrü Allahın qəzəbi tezliklə gələcək.  Vaxtilə siz özünüz də bu cür yaşayır və belə işlər görürdünüz.+  Ancaq indi bütün bunları: qəzəbi, hirsi, pisliyi+, təhqiramiz danışığı+ kənara qoyun və dilinizə nalayiq sözlər+ gətirməyin.  Bir-birinizə yalan danışmayın.+ Köhnə şəxsiyyəti əməlləri ilə birgə əyninizdən çıxarıb,+ 10  yeni şəxsiyyəti geyinin.+  Bu şəxsiyyət dəqiq bilik sayəsində yeniləşərək onu yaradanın surətini əks etdirir.+ 11  Burada yunan və ya yəhudi, sünnətli və ya sünnətsiz, əcnəbi, skif*, qul, azad yoxdur. Məsih hər şeydir və hamıdadır.+ 12  Beləliklə, Allahın seçilmişləri+, müqəddəs və sevimli bəndələri kimi şəfqəti+, həmçinin xeyirxahlığı, təvazökarlığı+, mülayimliyi+ və səbri+ geyinin. 13  Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da,+ bir-birinizi ürəkdən bağışlayın.+ Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız.+ 14  Bütün bunlardan ziyadə, məhəbbətə bürünün,+ çünki məhəbbət insanlar arasında kamil birlik yaradır.+ 15  Qoy Məsihin sülhü ürəyinizdə hökm sürsün,+ çünki siz bu sülhə bir bədən olmaq üçün çağırılmısınız. Şükür edənlərdən olun. 16  Qoy Məsihin sözü bütün hikmətilə ürəyinizə dolub sizdə məskən salsın. Bir-birinizə məzmurlar+, mədhlər və minnətdarlıqla oxunan ruhani mahnılarla öyüd-nəsihət verin, Yehovanı ürəyinizdə tərənnüm edin.+ 17  Hər nə danışırsınızsa, hər nə edirsinizsə, Ağamız İsanın adı ilə edin və onun vasitəsilə Atamız Allaha həmd edin.+ 18  Ey qadınlar, ərlərinizə Ağanın davamçılarına yaraşan tərzdə tabe olun.+ 19  Ey ərlər, arvadlarınızı həmişə sevin+ və onlarla sərt davranmayın.+ 20  Ey uşaqlar, hər şeydə valideynlərinizin sözünə qulaq asın,+ çünki bu, Ağaya xoş gedir. 21  Ey atalar, uşaqlarınızı qəzəbləndirməyin,+ yoxsa onlar ruhdan düşərlər. 22  Ey qullar, yerdəki ağalarınıza hər bir məsələdə itaət edin+ və bunu onlar sizi görəndə, insanları razı salmaq üçün yox, sidqi-ürəkdən, Yehovadan qorxaraq edin. 23  Hər nə edirsinizsə, canla-başla edin, sanki, insanlar üçün yox, Yehova üçün edirsiniz.+ 24  Axı bilirsiniz ki, mükafat olaraq mirası Yehovadan alacaqsınız.+ Ağa Məsihə xidmət edin. 25  Haqsızlıq edənə isə əvəzi veriləcək,+ çünki Allah ayrı-seçkilik etmir.+

Haşiyələr

Vəhşi, mədəniyyətdən uzaq adam mənasında.