Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Koloslulara 2:1—23

MÜNDƏRİCAT

  • Allahın müqəddəs sirri — Məsih (1—5)

  • Aldanmamaq üçün diqqətli olmaq lazımdır (6—15)

  • Gerçəklik Məsihdədir (16—23)

2  İstəyirəm biləsiniz ki, sizlərin, Laodikiyadakıların+ və məni şəxsən tanımayanların hamısının uğrunda böyük mübarizə aparıram.  Bu ona görədir ki, hamınızın qəlbi təsəlli tapsın,+ siz qarşılıqlı məhəbbət telləri ilə birləşəsiniz+ və böyük sərvətə — müqəddəs sirrin aydın və qəti anlayışına, Allahın müqəddəs sirri olan Məsih haqqında dəqiq biliyə yiyələnəsiniz.+  Bütün hikmət və elm xəzinələri onda gizlədilib.+  Bunu ona görə deyirəm ki, heç kəs sizi hiylə-kələklə aldatmasın.  Cismən yanınızda olmasam da, ruhən yanınızdayam, aranızdakı nizam-intizamı+ və Məsihə olan möhkəm imanınızı görüb sevinirəm.+  Beləliklə, Ağamız Məsih İsanı qəbul etdiyiniz kimi, bundan sonra da onunla vəhdətdə yeriyin.  Necə ki öyrənmisiniz, eləcə də İsada kök atıb böyüyün,+ imanda sarsılmaz olun,+ qəlbiniz Allaha şükranla dolub-daşsın.+  Diqqətli olun ki, heç kəs sizi bu dünyanın baxışlarına*, insan ehkamlarına əsaslanan fəlsəfə ilə, puç və yanlış+ fikirlər vasitəsilə əsir almasın. Bunlar Məsihdən deyil.  Çünki ilahi keyfiyyətlər tam dolğunluğu ilə+ Məsihdə yaşayır. 10  Bütün hökumət və hakimiyyətin başı olan Məsihin sayəsində siz də dolğunluğa yetişmisiniz.+ 11  Məsihlə münasibətiniz sayəsində siz insan əli ilə yox, Məsihin davamçılarına yaraşan sünnətlə,+ bədənin günahlı əməllərini kəsib atmaqla sünnət edildiniz.+ 12  Çünki siz də onunla birgə onun vəftizində* dəfn edildiniz,+ onunla münasibətiniz və onu diriltmiş Allahın qüdrətli işinə gətirdiyiniz iman sayəsində+ həyata qayıtdınız.+ 13  Bundan əlavə, günahlarınıza və sünnətsiz olduğunuza görə ölü olan sizləri Allah onunla bərabər həyata qaytardı.+ O, lütfkarlıqla bütün günahlarımızı bağışladı.+ 14  Fərmanlardan ibarət+ olub əleyhimizə işləyən+ yazılı sənədi ləğv etdi,+ onu işgəncə dirəyinə* mıxlayıb aradan götürdü.+ 15  O, işgəncə dirəyi* vasitəsilə hökumətləri və hakimiyyətləri lüt-üryan etdi, onları zəfər yürüşündə aparıb əsir kimi hamıya nümayiş etdirdi.+ 16  Bu səbəbdən, qoy heç kəs sizi yeməyə, içməyə+ görə, yaxud bir bayrama, təzə ay mərasiminə+ ya da şənbəyə+ görə mühakimə etməsin. 17  Bütün bunlar gələcəkdəkilərin kölgəsidir,+ gerçəklik isə Məsihdədir.+ 18  Qoy süni təvazökarlıqdan, mələklərə sitayişdən həzz alan heç bir adam sizi mükafatdan məhrum etməsin.+ Belə adam aldığı vəhyin «üstündə durur»*. O, əsassız olaraq cismani düşüncələri ilə lovğalanır, 19  başa sadiq qalmır.+ Başın sayəsində bütün bədən oynaq və əzələ bağları vasitəsilə bəslənir, həmahəng surətdə birləşir və Allahın böyütdüyü kimi böyüyür.+ 20  Əgər siz Məsihlə birlikdə bu dünyanın baxışları üçün ölmüsünüzsə,+ onda niyə hələ də bu dünyaya məxsus adam kimi yaşayaraq+ 21  «Əl vurma! Yemə! Toxunma!» kimi qanunlara tabe olursunuz? 22  Axı bu qanunlar işləndikcə yox olan şeylərə aiddir. Onlar insan təlimlərinə və əmrlərinə əsaslanır.+ 23  Onlar uydurma ibadət, süni təvazökarlıq və bədəni üzən mənasız ayinlərdən+ başqa bir şey deyil və zahirən müdrik görünsə də, nəfslə mübarizədə tamamilə gücsüzdür.

Haşiyələr

Hərfən: əsaslarına.
Digər variant: onun.
Bu ifadə sirli bütpərəst mərasimlərindən götürülüb.