Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Koloslulara 1:1—29

MÜNDƏRİCAT

  • Salamlar (1, 2)

  • Bulus kolosluların imanına görə şükür edir (3—8)

  • Onların ruhani tərəqqisi üçün dua edir (9—12)

  • Məsihin mühüm rolu (13—23)

  • Bulus yığıncağın xeyri üçün çalışır (24—29)

1  Allahın iradəsilə Məsih İsanın həvarisi olan Bulusdan və qardaşımız Timutidən+  Məsihlə vəhdətdə olan Kolosdakı müqəddəs və vəfalı qardaşlara məktub. Atamız Allahdan gələn lütf və sülh sizə yar olsun.  Sizin üçün hər dəfə dua edəndə Allaha, Ağamız İsa Məsihin Atasına şükür edirik,  çünki Məsih İsaya olan imanınız və bütün müqəddəslərə bəslədiyiniz məhəbbət haqqında xəbərimiz var.  Bu, sizin üçün göylərdə qorunub saxlanılan+ ümiddən doğur. Siz bu ümid haqqında sizə çatdırılmış həqiqət xəbəri, yəni müjdə vasitəsilə eşitmişdiniz.  Bu müjdə bütün dünyada bar gətirib yayıldığı kimi,+ Allahın lütfü haqqındakı həqiqəti eşidib öyrəndiyiniz gündən bəri sizdə də bar gətirib yayılır.  Siz bizim kimi qul olan əzizimiz Epafrasdan məhz bunu öyrəndiniz. Epafras+ Məsihin sadiq xidmətçisi kimi bizim yerimizə çalışır.  Müqəddəs ruhun köməyi ilə yetişdirdiyiniz məhəbbət haqqında da bizə o danışıb.  Buna görə də biz bunu eşitdiyimiz gündən bəri sizdən ötrü həmişə dua edir+ və diləyirik ki, siz Allahın iradəsi haqqındakı dəqiq biliklə aşıb-daşasınız,+ buna tam hikmətlə və ruhun verdiyi dərrakə ilə sahib olasınız.+ 10  Beləcə, Yehovanın adına layiq yaşayasınız ki, hər bir yaxşı işdə bəhrə gətirərək və get-gedə Allahı yaxından tanıyaraq+ Onu tam razı salasınız. 11  Hər şeyə sevinclə və səbirlə tab gətirmək üçün Onun şanlı qüdrətindən böyük güc alasınız+ 12  və nurda olan müqəddəslərə+ çatacaq mirasdan pay almaq üçün sizi yararlı edən Ataya şükür edəsiniz. 13  O, bizi zülmətin hakimiyyətindən+ qurtardı və sevimli Oğlunun padşahlığına köçürtdü. 14  Biz Oğulun fidyəsi vasitəsilə qurtuluşa, yəni günahlarımızın əfvinə yetişmişik.+ 15  O, gözəgörünməz Allahın bənzəri,+ bütün xilqətin ilkidir.+ 16  Çünki göydə və yerdə olan hər şey, görünən və görünməyən şeylər:+ taxt-tac, iqtidar, hökumətlər, hakimiyyət onun vasitəsilə yarandı. Hər şey onun vasitəsilə+ və onun üçün yaradılıb. 17  O, hər şeyin əzəlidir,+ hər şey onun vasitəsilə mövcud olub. 18  Oğul bədənin, yəni yığıncağın başıdır.+ O, başlanğıcdır, ilk dirilən odur.+ Beləcə, o, hər şeydə ilkdir. 19  Çünki Allah hər şeyin onda tamamlanmasını,+ 20  onun vasitəsilə yerdəki və göydəki şeylərin hamısını Özü ilə barışdırmağı+ məqbul bildi. Bu barışıq onun işgəncə dirəyi üzərində axıdılmış qanı vasitəsilə+ mümkün oldu. 21  Bəli, bir vaxtlar ağlınız pis işlərə meyilli olduğundan siz Allaha qarşı yadlaşmış və düşmən olmuşdunuz. 22  İndi isə O, canını* qurban vermiş Oğlunun ölümü vasitəsilə sizi Özü ilə barışdırdı ki, sizi müqəddəs, pak və qüsursuz halda Öz hüzuruna çıxarsın.+ 23  Əlbəttə, bunun üçün gərək siz imanınızı qoruyasınız,+ iman təməli+ üzərində möhkəm, mətin dayanıb+ eşitdiyiniz müjdənin verdiyi ümiddən uzaqlaşmayasınız. Bu müjdə səma altında yaşayanların hamısına təbliğ edilib.+ Mən Bulus da bu müjdənin xidmətçisi olmuşam.+ 24  İndi mən sizin uğrunuzda əzab çəkdiyimə sevinirəm.+ Mən Məsihə görə payıma düşən iztirabların hamısını hələ çəkib qurtarmamışam. Bu iztirabları onun bədəni+ olan yığıncaq+ uğrunda çəkirəm. 25  Sizin xeyriniz üçün Allahın mənə həvalə etdiyi nökərbaşı vəzifəsinə+ əsasən, mən bu yığıncağın xidmətçisi oldum ki, Allahın sözünü, 26  yəni qədim dövrlərdən, keçmiş nəsillərdən gizlədilmiş+ müqəddəs sirri+ tam təbliğ edim. Bu sirr indi Onun müqəddəslərinə açılıb.+ 27  Allah digər xalqlar arasında açılan bu müqəddəs sirrin+ möhtəşəm zənginliyini onlara bildirməyi münasib bildi. Bu sirr sizinlə vəhdətdə olan Məsihdir, onun calalına şərik olmaq ümididir.+ 28  Biz onun haqqında təbliğ edirik, hər kəsə nəsihət veririk, hər kəsi tam hikmətlə öyrədirik ki, hər bir insanı Məsihin yetkin davamçısı kimi Allaha təqdim edək.+ 29  Bu məqsədə çatmaq üçün mən əlimdən gələni edirəm və məndə böyük qüdrətlə fəaliyyət göstərən gücün sayəsində canla-başla çalışıram.+

Haşiyələr

Yaxud bədənini.