Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 9:1—11

MÜNDƏRİCAT

  • Altı cəllad və qələm-davatlı adam (1—11)

    • Hökm müqəddəs məkandan başlayacaq (6)

9  Sonra Onun uca səslə: «Şəhərin cəzasını verəcək kəsləri çağırın, silahlarını əllərinə alıb gəlsinlər!» — dediyini eşitdim.  Gördüm ki, şimala baxan yuxarı darvaza+ tərəfdən əlində toppuz altı nəfər gəlir. Onlarla bir yerdə kətan paltarlı, belində qələm-davat* bir nəfər də gəlirdi. Gəlib mis qurbangahın+ yanında dayandılar.  İsrailin Allahının calalı+ dayandığı yerdən, kərrubların üstündən qalxıb məbədin kandarında dayandı.+ Allah kətan paltarlı, belində qələm-davat olan adamı çağırdı.  Yehova ona dedi: «Şəhəri, Yerusəlimi dolaş, şəhərdə törədilən bütün iyrənc əməllərə+ görə ah-nalə edənlərin+ alnına işarə qoy».  O birilərinə isə bu göstərişi verdiyini eşitdim: «Onun arxasınca şəhəri dolaşıb adamları qırın. Heç kimə yazığınız gəlməsin, onlara rəhm etməyin.+  Baxmayın qocadır, cavandır, qızdır, qadındır, uşaqdır, hamısını bir nəfər kimi öldürün.+ Amma alnında işarə olanlara dəyməyin.+ Müqəddəs məkanımdan başlayın».+ Beləliklə, onlar məbədin qarşısındakı ağsaqqallardan başladılar.+  Sonra Allah onlara dedi: «Məbədi murdarlayın, həyətləri meyitlərlə doldurun.+ Haydı, gedin!» Onlar da gedib şəhərdəki camaatı qırmağa başladılar.  Onlar camaatı qıranda (mənə isə dəyməmişdilər) üzüstə yerə döşənib fəryad etdim: «Ya Külli-İxtiyar Yehova! Yerusəlimə qeyz-qəzəbini tökərkən İsrailin yerdə qalanının hamısını məhv edəcəksən?»+  O, mənə cavab verdi: «İsrail və Yəhuda evinin günahı ağırdır, çox ağırdır.+ Ölkədə qan su yerinə axır,+ şəhər fitnə-fəsad yuvasıdır.+ Deyirlər: “Yehova ölkəni başlı-başına buraxıb, Yehova heç nəyi görmür”.+ 10  Buna görə Mənim onlara yazığım gəlməyəcək, onlara rəhm etməyəcəyəm.+ Əməllərinin bəhrəsini qabaqlarına çıxaracağam». 11  Sonra gördüm ki, əynində kətan paltar, belində qələm-davat olan adam qayıdıb xəbər verdi: «Əmrini yerinə yetirdim. Buyurduğun kimi etdim».

Haşiyələr

Mirzənin mürəkkəbqabısı.