Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 8:1—18

MÜNDƏRİCAT

  • Ruh Hizqiyalı Yerusəlimə aparır (1—4)

  • Məbəddə görülən iyrənc işlər (5—18)

    • Qadınlar Tammuzu ağlayır (14)

    • Kişilər günəşə səcdə qılır (16)

8  Altıncı ilin altıncı ayının beşinci günü idi. Mən evimdə oturmuşdum, Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdilər. Bu vaxt Külli-İxtiyar Yehovanın əli üzərimə endi.  Baxıb, sanki, alov görkəmli bir nəfəri gördüm. Onun belə bənzər hissəsindən aşağıda alov var idi.+ Beldən yuxarı hissəsi isə qızılla gümüşün qarışığı kimi şölə saçırdı.+  O, ələ bənzər bir şeylə saçımdan tutdu. Ruh məni yerlə göy arasına qaldırdı. O, məni Yerusəlimə, şimala baxan içəri darvazanın ağzına,+ Allahda hiddət doğuran bütün+ durduğu yerə gətirdi. Bu, Allahdan gələn görüntülərdə baş verirdi.  Orada İsrailin Allahının calalını da gördüm.+ O, düzənlikdə gördüyüm kimi idi.+  O, mənə dedi: «Ey bəni-adəm, başını qaldırıb bir şimal tərəfə bax». Mən başımı qaldırıb şimal tərəfə baxdım və gördüm ki, qurbangahın darvazasından şimalda, girişdə Allahda hiddət doğuran həmin büt durur.  O, mənə dedi: «Ey bəni-adəm, görürsən İsrail əhli burada necə dəhşətli, necə murdar işlər görür,+ Məni Öz müqəddəs məkanımdan uzaq durmağa vadar edir?+ Ancaq bu hələ harasıdır, bundan da betərini görəcəksən».  Sonra məni həyətin girişinə gətirdi. Baxıb divarda bir dəlik gördüm.  O, mənə dedi: «Ey bəni-adəm, divarı deş». Mən də divarı deşdim. Deşikdən baxanda bir giriş gördüm.  Sonra mənə dedi: «Gir, gör orada necə murdar işlər görürlər». 10  Mən içəri girdim, gördüm ki, bütün divar boyunca hər cür sürünən canlının, iyrənc heyvanın+ və İsrail evinin murdar bütlərinin rəsmləri+ oyulub. 11  Onların qarşısında İsrail evinin yetmiş ağsaqqalı durmuşdu. Şafan+ oğlu Əzniya da onların arasında idi. Hər birinin əlində buxurdan var idi. Ətirli buxurun tüstüsü havaya qalxırdı.+ 12  O, mənə dedi: «Ey bəni-adəm, görürsən, İsrail evinin ağsaqqalları, hərəsi öz bütlərinin olduğu içəri otaqlara çəkilib, qaranlıqda nə işlərlə məşğuldurlar? Onlar deyirlər: “Yehova bizi görmür. Yehova bu ölkəni başlı-başına buraxıb”».+ 13  O, sözünə davam edib dedi: «Hələ onların bundan da dəhşətli, murdar işlərini görəcəksən». 14  O, məni Yehovanın evinin şimal darvazasının ağzına gətirdi. Orada qadınlar oturub Tammuz allahı ağlayırdı. 15  Sonra mənə dedi: «Görürsən, nələr baş verir, ey bəni-adəm? Amma bundan da dəhşətli, bundan da iyrənc şeylər görəcəksən».+ 16  O, məni Yehovanın evinin içəri həyətinə+ gətirdi. Yehovanın məbədinin girişində, eyvanla qurbangahın arasında üzü şərqə, arxası Yehovanın məbədinə haradasa iyirmi beş kişi dayanmışdı. Onlar şərqə baxıb günəşə səcdə qılırdılar.+ 17  O, mənə dedi: «Ey bəni-adəm, görürsən? Bu cür murdar işləri azmış kimi, Yəhuda əhli, üstəlik, ölkəni zorakılıqla doldurub,+ budağı* sifətimə uzadıb Məni təhqir edir. 18  Odur ki, qəzəbimi boğmayacağam. Onlara yazığım gəlməyəcək, rəhm etməyəcəyəm.+ Mənə ucadan fəryad etsələr də, onları eşitməyəcəyəm».+

Haşiyələr

Görünür, söhbət bütlərə ibadət edilən zaman istifadə olunan budaqdan gedir.