Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 6:1—14

MÜNDƏRİCAT

  • İsrail dağlarına qarşı peyğəmbərlik (1—14)

    • İyrənc bütlər alçaldılacaq (4—6)

    • Onda biləcəksiniz ki, Mən Yehovayam (7)

6  Mənə yenə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, üzünü İsrail dağlarına tutub onlara qarşı peyğəmbərlik et.  Onlara belə söylə: “Ey İsrail dağları, Külli-İxtiyar Yehovanın sözünü dinləyin. Külli-İxtiyar Yehovanın dağlara, təpələrə, çaylara, dərələrə sözü budur: “Mən üstünüzə qılınc göndərəcəyəm, səcdəgahlarınızı* darmadağın edəcəyəm.  Qurbangahlarınız yerlə yeksan olacaq, buxurdanlarınız sındırılacaq,+ gəbərdilənlərinizi iyrənc bütlərinizin qabağına sərəcəyəm.+  İsraillilərin cəsədlərini iyrənc bütlərinin qabağına sərəcəyəm, sümüklərinizi qurbangahlarınızın ətrafına səpələyəcəyəm.+  Məskunlaşdığınız hər yerdə şəhərləriniz xarabazara dönəcək,+ səcdəgahlarınız dağıdılacaq, viranə qalacaq.+ Qurbangahlarınız uçurulacaq, daşı-daş üstdə qalmayacaq, iyrənc bütləriniz yox olacaq, buxurdanlarınız sındırılacaq, əlinizin işi heç olub gedəcək.  Gözünüzün qabağında camaatı gəbərdib yerə sərəcəklər.+ Onda biləcəksiniz ki, Mən Yehovayam.+  Amma bəzilərinizi sağ saxlayacağam. Ölkələrə səpələnəndə bəziləriniz qılıncdan canını qurtaracaq.+  Sağ qalanlar əsir aparıldıqları xalqların arasında yaşayanda Məni yada salacaqlar.+ Başa düşəcəklər ki, Məndən dönən xəyanətkar ürəkləri, iyrənc bütlərinə şəhvətlə baxan gözləri+ qəlbimə necə yara vurub.+ Onda etdikləri şər əməllərdən, murdar işlərdən iyrənəcək, utanıb yerə girəcəklər.+ 10  Biləcəklər ki, Mən Yehovayam, başlarına bu müsibəti gətirəcəyimi deyəndə onları əbəs yerə hədələmirdim”.+ 11  Külli-İxtiyar Yehova belə deyir: “Əlinizlə başınızı tutun*, ayaqlarınızı yerə çırpın. İsrail evinin etdiyi bütün şər işlərə, murdar əməllərə görə inləyib-sızlayın. Çünki onlar qılıncdan keçiriləcəklər, aclıqdan, xəstəlikdən qırılacaqlar.+ 12  Uzaqda olanın amanını xəstəlik kəsəcək, yaxında olan qılınca tuş gələcək. Bunlardan qurtulub sağ qalanlarınsa axırına aclıq çıxacaq. Mən bütün qəzəbimi onların üstünə tökəcəyəm.+ 13  Gəbərənlərin cəsədləri qurbangahlarının ətrafında,+ hündür təpələrin başında, dağların zirvəsində, gur yarpaqlı ağacların altında, böyük ağacların budaqları altında — iyrənc bütlərini razı salmaq üçün ətirli təqdimələr gətirdikləri hər yerdə həmin bütlərin arasında yerə səriləcək.+ Onda biləcəksiniz ki, Mən Yehovayam.+ 14  Əlimi onlara qarşı qaldırıb ölkələrini viranə qoyacağam, bütün yaşayış yerləri Diblah yaxınlığındakı səhradan da boş, kimsəsiz qalacaq. Onda biləcəklər ki, Mən Yehovayam”».

Haşiyələr

Hərfən: yüksəkliklərinizi.
Hərfən: əlinizi əlinizə vurun. Kədər əlaməti olaraq edilən jest.