Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 5:1—17

MÜNDƏRİCAT

  • Süqutun əyani təsviri (1—17)

    • Peyğəmbərin tükləri üç hissəyə bölünür (1—4)

    • Yerusəlim başqa xalqlardan betərdir (7—9)

    • Üsyankarlar üç yolla tələf olacaq (12)

5  Ey bəni-adəm, özünə bir iti qılınc götür. Ondan dəllək ülgücü kimi istifadə edəcəksən. Saçını, saqqalını qırx. Sonra isə tərəzi götür və tükləri çəkib üç hissəyə böl.  Mühasirə günlərinin axırında tüklərin bir hissəsini şəhərin içində yandır.+ Sonra o biri hissəni götür və şəhərin ətrafında qılıncla kəsib-doğra,+ axırıncı hissəni isə küləyə ver, Mən də qılıncımı qınından çıxarıb onların arxasınca göndərəcəyəm.+  Həmçinin axırıncı hissədən bir az tük götürüb paltarının ətəyinə bük.  Bir az da götür, oda atıb yandır. Bu odun alovu bütün İsrail evinə yayılacaq.+  Külli-İxtiyar Yehova belə deyir: “Bu, Yerusəlimdir. Onu xalqların arasında, ölkələrin əhatəsində yerləşdirdim.  O isə Mənim hökmlərimə, qanunlarıma qarşı üsyan etdi, başqa xalqlardan, çevrəsindəki ölkələrdən beşbetər hərəkət etdi.+ Onlar Mənim hökmlərimi rədd etdilər, qanunlarıma əməl etmədilər”.  Buna görə də Külli-İxtiyar Yehova deyir: “Sən ki bütün xalqlardan daha çox azğınlıq edib qanunlarımla getmədin, hökmlərimə əməl etmədin, əksinə, ətrafındakı xalqların hökmlərini yerinə yetirdin,+  indi eşit Külli-İxtiyar Yehova nə deyir: “Budur, əlim sənə qarşı qalxıb, ey şəhər!+ Xalqların gözü qarşısında sənin əleyhinə çıxardığım hökmü icra edəcəyəm.+  Bütün iyrənc əməllərinə görə səni elə günə qoyacağam ki, belə şeyi nə əvvəllər etmişəm, nə də bundan sonra edəcəyəm.+ 10  Atalar oğullarını, oğullar atalarını yeyəcək.+ Sənin üzərində hökmümü icra edəcəyəm, sağ qalanlarını isə dörd bir yana səpələyəcəyəm”.+ 11  “Buna görə də Külli-İxtiyar Yehova belə deyir: “İyrənc bütlərinizlə, murdar əməllərinizlə müqəddəs məkanımı ləkələdiyiniz üçün,+ and olsun varlığıma, Mən də sizi rədd edəcəyəm, sizə yazığım gəlməyəcək, rəhm etməyəcəyəm.+ 12  Bir qisminiz xəstəlikdən və aclıqdan qırılacaq. Digər qisminiz şəhərdən kənarda qılıncdan keçiriləcək.+ Yerdə qalanları isə dörd bir yana səpələyəcəyəm, qılıncımı qınından çıxarıb arxalarınca göndərəcəyəm.+ 13  Onda hirsim yatacaq, onda qəzəbim soyuyacaq, onda Mən sakitləşəcəyəm.+ Qeyzimi onların üstünə töküb qurtaranda biləcəklər ki, Mən Yehova tam sədaqət tələb edirdim.+ 14  Səni xarabazara çevirəcəyəm, ətraf xalqların, ötüb keçənlərin gözündə xar edəcəyəm.+ 15  Qeyz-qəzəbimi üstünə tökəndə, sənə şiddətli cəza verib üzərində hökmümü icra edəndə ətraf xalqların içində rüsvay olub nifrət hədəfinə çevriləcəksən,+ onlar sənə baxıb dəhşətə gələcək, başına gələnlərdən ibrət dərsi götürəcək. Bunu Mən Yehova deyirəm. 16  Onların üstünə aclığın öldürücü oxlarını yağdıracağam. Yağdırdığım oxlar axırınıza çıxacaq.+ Ərzaq ehtiyatınızı məhv edib aclığı daha da şiddətləndirəcəyəm.+ 17  Aclığın dalınca vəhşi heyvanlar göndərəcəyəm,+ onlar sizi uşaqsız qoyacaqlar. Xəstəlik canınızı üzəcək, qan su yerinə axacaq, sizi qılınca yem edəcəyəm.+ Bunu Mən Yehova deyirəm”».

Haşiyələr