Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 48:1—35

MÜNDƏRİCAT

  • Ölkə bölüşdürülür (1—29)

  • Şəhərin 12 darvazası (30—35)

    • «Yehova oradadır» adlanan şəhər (35)

48  «Şimaldan başlayaraq, qəbilələrin adları və sərhədləri budur: Danın payı+ Hetlun yolu boyunca Ləbu-Həməsə,+ Hazar-Eynənə, Dəməşqin sərhədi ilə şimala, Həməsin yanına uzanır.+ Onun torpağı şərqdən qərbə qədərdir.  Aşirin payı+ şərqdən qərbə doğru Danınkı ilə sərhəddir.  Niftalının payı+ şərqdən qərbə doğru Aşirinki ilə sərhəddir.  Mənəssənin payı+ şərqdən qərbə doğru Niftalınınkı ilə sərhəddir.  Əfraimin payı şərqdən qərbə doğru Mənəssəninki ilə sərhəddir.+  Rubənin payı şərqdən qərbə doğru Əfraiminki ilə sərhəddir.+  Yəhudanın payı şərqdən qərbə doğru Rubəninki ilə sərhəddir.+  Yəhudanın sərhədində şərqdən qərbədək uzanan pay ayırın. Onun eni 25 000 qulac* olmalı,+ uzunluğu isə şərqdən qərbə doğru sərhəd qəbilələrin sərhədinə müvafiq olmalıdır. Müqəddəs məkan onun ortasında olacaq.  Yehova üçün ayırdığınız payın uzunluğu 25 000 qulac, eni 10 000 qulac olmalıdır. 10  Bu, kahinlər üçün ayrılmış müqəddəs pay olacaq,+ şimaldan 25 000 qulac, qərbdən 10 000 qulac, şərqdən 10 000 qulac, cənubdan 25 000 qulac olacaq. Yehovanın müqəddəs məkanı onun ortasında yerləşəcək. 11  Bu pay önümdə xidmətlərini icra etmək üçün paklanmış Sadıq oğullarından olan kahinlərin olacaq.+ İsraillilər və lavililər yollarını azanda onlar Mənə sadiq qalmışdılar.+ 12  Bu torpaq payından onlara sahə ayrılacaq. Son dərəcə müqəddəs olan bu sahə lavililərin sərhədində olacaq. 13  Kahinlərin ərazisinin yanında lavililərə uzunluğu 25 000 qulac, eni 10 000 qulac olan yer veriləcək. (Ümumilikdə uzunluğu 25 000 qulac, eni 10 000 qulac olacaq.) 14  Lavililər ölkənin ən yaxşı hissəsi olan bu sahədən torpaq satmamalı, dəyişməməli, başqasına verməməlidir. Çünki bu, Yehovanın gözündə müqəddəsdir. 15  Qalan ərazi, 5000 qulac enində, 25 000 qulac uzunluğunda olan sahə müqəddəs deyil və şəhər üçün+ — ev tikmək, otlaq kimi istifadə etmək üçün ayrılıb. Şəhər ortada yerləşəcək.+ 16  Şəhərin ölçüləri belədir: şimal sərhədi 4500 qulac, cənub sərhədi 4500 qulac, şərq sərhədi 4500 qulac, qərb sərhədi 4500 qulac. 17  Şəhərin örüş sahəsi şimalda 250 qulac, cənubda 250 qulac, şərqdə 250 qulac, qərbdə 250 qulac olacaq. 18  Qalan sahənin uzunluğu müqəddəs payınkına müvafiq olacaq.+ Şərqdə 10 000 qulac, qərbdə 10 000 qulac olacaq. Ora müqəddəs paya müvafiq olacaq. Burada yetişən məhsul şəhərə qulluq edənlər üçün olacaq. 19  İsrailin bütün qəbilələrindən şəhərə qulluq edən adamlar bu torpaqları əkib-becərəcəklər.+ 20  Payın ümumi sahəsi 25 000 qulacın 25 000 qulacadır. Onu şəhərin torpağı ilə bərabər müqəddəs pay kimi ayırın. 21  Müqəddəs payın və şəhərin torpağının hər iki tərəfində qalan torpaqlar sərdara məxsus olacaq.+ Bu torpaqlar müqəddəs payın 25 000 qulaclıq qərb və şərq sərhədindən başlayaraq, ona bitişik qəbilə paylarının uzunluğuna müvafiq olacaq. Bu hissə sərdara məxsus olacaq. Müqəddəs pay və məbəd onun ortasında olacaq. 22  Lavililərin mülkü və şəhərin torpağı sərdara məxsus torpaqların ortasında olacaq. Sərdarın ərazisi Yəhuda+ ilə Binyaminin sərhədləri arasında olacaq. 23  Qalan qəbilələrə gəlincə Binyaminin payı şərqdən qərbə doğru uzanır.+ 24  Şəmunun payı şərqdən qərbə doğru Binyamininki ilə sərhəddir.+ 25  Yəsakirin payı+ şərqdən qərbə doğru Şəmununku ilə sərhəddir. 26  Zəbulunun payı şərqdən qərbə doğru+ Yəsakirinki ilə sərhəddir.+ 27  Cadın payı şərqdən qərbə doğru Zəbulununku ilə sərhəddir.+ 28  Cadın hüdudundan keçən cənub sərhədi Tamardan+ Məribat-Qədis sularına,+ Vadiyə*+ və Böyük dənizə* uzanır. 29  İsrail qəbilələri arasında torpağı bu cür bölüşdürün,+ onların torpaq payı belə olacaq»,+ — Külli-İxtiyar Yehova belə deyir. 30  «Şəhərin çıxışları bunlar olacaq: şimal tərəf 4500 qulac.+ 31  Şəhərin darvazaları İsrail qəbilələrinin adı ilə adlanacaq. Şimaldakı üç darvazadan biri Rubənin, biri Yəhudanın, biri də Lavinin olacaq. 32  Şərq tərəf 4500 qulac. Orada üç darvaza olacaq: biri Yusifin, biri Binyaminin, biri də Danın. 33  Cənub tərəf 4500 qulac. Orada üç darvaza olacaq: biri Şəmunun, biri Yəsakirin, biri də Zəbulunun. 34  Qərb tərəf 4500 qulac. Orada üç darvaza olacaq: biri Cadın, biri Aşirin, biri də Niftalının. 35  Şəhərin ətrafının ümumi uzunluğu 18 000 qulac olacaq. Həmin gündən etibarən, şəhər “Yehova oradadır” adlanacaq».+

Haşiyələr

Burada söhbət uzun qulacdan gedir. B14 əlavəsinə bax.
Misir vadisi.
Aralıq dənizi.