Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 44:1—31

MÜNDƏRİCAT

  • Şərq darvazası bağlı qalacaq (1—3)

  • Yadellilərlə bağlı göstərişlər (4—9)

  • Lavililərlə kahinlərə göstərişlər (10—31)

44  O, məni geri, müqəddəs məkanın şərqə baxan bayır darvazasının yanına gətirdi.+ Darvaza bağlı idi.+  Yehova mənə dedi: «Bu darvaza bağlı qalacaq, açılmayacaq. Heç kim bu darvazadan içəri girməyəcək. Çünki buradan İsrailin Allahı Yehova girib.+ Darvaza bağlı qalmalıdır.  Yalnız sərdar burada oturub Yehovanın hüzurunda çörək yeyəcək,+ çünki o, sərdardır. O, darvazanın eyvanından girib-çıxacaq».+  Sonra o, məni şimal darvazasından keçirib məbədin qarşısına gətirdi. Gördüm ki, Yehovanın calalı Yehovanın məbədini doldurub.+ Onda mən üzüstə yerə döşəndim.+  Yehova mənə dedi: «Bəni-adəm, Mən sənə Yehovanın məbədilə bağlı qanunları söyləyəcəyəm, sən də diqqətli ol, yaxşı-yaxşı bax, qulaq as, dinlə. Məbədin girişlərinə, müqəddəs məkanın çıxışlarına diqqət yetir.+  Üsyankar İsrail evinə de ki, Külli-İxtiyar Yehovanın sözü budur: “Bəsdirin iyrənc işlər gördünüz, ey İsrail evi!  Siz ürəyi və bədəni sünnət olunmamış yadelliləri müqəddəs məkanıma gətirirsiniz, onlar da məbədimi murdarlayırlar. Bir tərəfdən Mənə çörək, piy, qan təqdim edirsiniz, o biri tərəfdən iyrənc əməllərinizlə aramızdakı əhdi pozursunuz.  Müqəddəs əşyalarımın qeydinə qalmırsınız.+ Müqəddəs məkanımla bağlı işləri başqalarına tapşırırsınız”.  Külli-İxtiyar Yehova deyir: “İsraildə yaşayan ürəyi və bədəni sünnət olunmamış heç bir yadelli müqəddəs məkanıma girməyəcək!” 10  “İsrail Məndən üz döndərib iyrənc bütlərinin dalınca gedəndə Məndən uzaqlaşmış lavililər+ əməllərinin cəzasını çəkəcəklər. 11  Sonra isə müqəddəs məkanımda qulluq edəcəklər. Onlar məbədin darvazalarına nəzarət edəcək,+ məbəddə xidmət edəcəklər. Xalq üçün yandırma qurbanları və başqa qurbanlar kəsəcəklər, xalqın önündə durub onlara xidmət edəcəklər. 12  O ki onlar xalqa iyrənc bütlərinin önündə xidmət etdilər, İsrail evini günaha yuvarlayan, büdrədən daş oldular,+ buna görə Mən onların əleyhinə əlimi qaldırıb and içirəm, — bəyan edir Külli-İxtiyar Yehova. — Onlar günahlarının cəzasını çəkəcəklər. 13  Kahinlik etmək üçün hüzuruma gəlməyəcəklər, müqəddəs və son dərəcə müqəddəs şeylərə yaxınlaşmayacaqlar. Murdar işlərinə görə alçalacaqlar. 14  Amma onlara məbəd işlərini, orada icra olunan xidməti və bütün görülməli işləri həvalə edəcəyəm”.+ 15  “İsraillilər məndən üz döndərəndə+ müqəddəs məkanımdakı işlərə baxan lavili kahinlər, Sadığın oğulları+ isə Mənə xidmət edəcək, hüzurumda durub Mənə piy+ və qan+ təqdim edəcək, — deyə Külli-İxtiyar Yehova bəyan edir. — 16  Onlar Mənim müqəddəs məkanıma girəcək, Mənə xidmət etmək üçün masama yaxınlaşacaq,+ önümdə daşıdıqları məsuliyyəti yerinə yetirəcəklər.+ 17  Onlar içəri həyətin darvazalarına daxil olanda kətan paltar geyinməlidirlər.+ İçəri həyətin darvazalarında və içəridə xidmət edəndə əyinlərində yundan heç nə olmamalıdır. 18  Başlarına kətan çalma qoymalı və kətan tuman geyinib budlarını örtməlidirlər.+ Tərlədən parçadan heç nə geyinməməlidirlər. 19  Camaatın olduğu bayır həyətə çıxanda isə xidmət paltarlarını soyunmalı+ və onları müqəddəs yemək otaqlarına* qoymalıdırlar.+ Əyinlərinə başqa paltar geyməlidirlər ki, paltarları ilə müqəddəsliyi camaata ötürməsinlər. 20  Onlar başlarını keçəl etməməli,+ saçlarını uzatmamalıdırlar, ancaq kəsib düzəltməlidirlər. 21  Kahinlər içəri həyətə girəndə şərab içməməlidirlər.+ 22  Onlar dul, yaxud boşanmış qadın ala bilməzlər.+ Ya İsrail övladlarından olan bakirə qızla, ya da dul qalmış kahin arvadı ilə evlənə bilərlər”.+ 23  “Onlar Mənim xalqıma müqəddəslə adi şeyi, pakla murdar şeyi ayırd etməyi öyrətməlidirlər.+ 24  Mübahisəli məsələdə hakimlik etməli,+ Mənim hökmlərimə müvafiq qərar verməlidirlər.+ Bayramlarla bağlı qayda-qanunlarıma riayət etməli,+ şənbələrimi müqəddəs tutmalıdırlar. 25  Meyitə yaxın gedib özlərini murdarlamamalıdırlar. Lakin ata-analarına, oğul-qızlarına, qardaşlarına və subay bacılarına görə özlərini murdarlaya bilərlər.+ 26  Kahin paklandığı gündən xidmətə başlayana kimi yeddi gün gözləməlidir. 27  Müqəddəs yerdə xidmət etmək üçün içəri həyətə, müqəddəs yerə girdiyi gün günah qurbanı təqdim etməlidir”,+ — Külli-İxtiyar Yehova bəyan edir. 28  “Mirasa gəldikdə isə onların mirası Mənəm.+ Onlara İsraildə pay* verməyin, onların payı Mənəm. 29  Onlar taxıl təqdiməsi,+ günah və təqsir qurbanı yeyəcəklər.+ İsraildə müqəddəs məqsəd üçün ayrılan hər şey onların olacaq.+ 30  Məhsulunuzun ən yaxşı nübarı və verdiyiniz hər bir bəxşiş kahinlərə məxsus olacaq.+ Həmçinin taxılınızın ilk yarmasını kahinlərə verməlisiniz.+ Belə etsəniz, heç vaxt evinizdən ruzi-bərəkət əskik olmaz.+ 31  Kahinlər ölmüş, yaxud parçalanmış quş və heyvan əti yeməməlidirlər”.+

Haşiyələr

Yaxud müqəddəs otaqlara.
Hərfən: mülk.