Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 42:1—20

MÜNDƏRİCAT

  • Yemək otaqları (1—14)

  • Məbəd dörd tərəfdən ölçülür (15—20)

42  Sonra o, məni şimal tərəfə, bayır həyətə gətirdi.+ Məni yemək otaqları olan yerə apardı. O yer bitişik binadan şimalda,+ açıq sahənin yanında yerləşirdi.+  Oranın şimal qapısı tərəfdən uzunluğu 100 qulac*, eni 50 qulac idi.  O yer eni 20 qulac olan içəri həyətlə bayır həyətin daş döşəməsi arasında yerləşirdi.+ Orada yemək otaqlarından ibarət üzbəüz iki üçmərtəbəli bina var idi. Binaların eyvanları var idi.  Bu binaların arasında eni 10 qulac, uzunluğu 100 qulac olan yol var idi.+ Otaqların qapısı şimala açılırdı.  Yuxarı mərtəbədə eyvanlar daha çox yer tutduğundan oradakı otaqlar aşağı və orta mərtəbədəki otaqlardan ensiz idi.  Binalar üçmərtəbəli idi, amma həyətdəki sütunlar kimi sütunları yox idi. Buna görə də yuxarı mərtəbənin sahəsi aşağı və orta mərtəbələrin sahəsindən az idi.  Bayır həyət tərəfdəki yemək otaqlarının yanında, o biri yemək otaqları ilə üzbəüz daş hasar var idi. Onun uzunluğu 50 qulac idi.  Bayır həyət tərəfdəki yemək otaqlarının uzunluğu 50 qulac, müqəddəs məkan tərəfdəkilərin isə uzunluğu 100 qulac idi.  Bayır həyətdən yemək otaqlarına girmək üçün şərq tərəfdə giriş var idi. 10  Həyətin daş hasarından içəridə*, şərqə doğru, açıq sahə ilə binanın yanında da yemək otaqları var idi.+ 11  Şimaldakı yemək otaqları kimi, onların da arasında yol var idi.+ Onların eni, uzunu, çıxışları, quruluşu eyni idi. Girişləri 12  cənub tərəfdəki yemək otaqlarının girişləri kimi idi. Yolun başında, şərq tərəfdəki hasarın qarşısında qapı var idi. Oradan içəri girmək olurdu.+ 13  Sonra o, mənə dedi: «Şimalda və cənubda açıq sahənin yanındakı yemək otaqları müqəddəsdir.+ Orada Yehovanın hüzuruna gələn kahinlər ən müqəddəs təqdimələri yeyirlər.+ O yer müqəddəs olduğu üçün oraya ən müqəddəs təqdimələri, taxıl təqdiməsini, günah qurbanını və təqsir qurbanını qoyurlar.+ 14  Ora girən kahinlər xidmət vaxtı əyinlərində olan paltarları çıxarmamış müqəddəs yerdən bayır həyətə çıxa bilməzlər.+ Çünki paltarlar müqəddəsdir. Camaatın girə bildiyi yerlərə getmək üçün onlar başqa paltar geyinməlidirlər». 15  O, məbədin daxili hissəsini ölçəndən sonra məni şərqə baxan darvazadan çıxartdı.+ O, bütün ərazini ölçdü. 16  Şərq tərəfi ölçü çubuğu* ilə ölçdü, bir tərəfdən o biri tərəfə məsafə 500 çubuq uzunluğunda idi. 17  Şimal tərəfi ölçdü, ölçü çubuğu ilə 500 çubuq uzunluğunda idi. 18  Cənub tərəfi ölçdü, ölçü çubuğu ilə 500 çubuq uzunluğunda idi. 19  Qərb tərəfi dolaşıb ölçdü, ölçü çubuğu ilə 500 çubuq uzunluğunda idi. 20  O, ərazini dörd tərəfdən ölçdü. Onun hər tərəfinə 500 çubuq uzunluğunda və 500 çubuq enində+ divar çəkilmişdi.+ Divar müqəddəs yerlə adi yeri ayırırdı.+

Haşiyələr

Burada söhbət uzun qulacdan gedir. B14 əlavəsinə bax.
Hərfən: daş hasarının enində.