Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 4:1—17

MÜNDƏRİCAT

  • Mühasirənin əyani təsviri (1—17)

    • 390 gün və 40 gün (4—7)

4  Sən də, ey bəni-adəm, bir kərpic götür qabağına qoy. Üstündə Yerusəlim şəhərini çək.  Şəhəri mühasirəyə al,+ mühasirə bəndi qur,+ təpə düzəlt,+ ordugahlar qur, divardələnlərlə əhatəyə al.+  Bir tava götür və özünlə şəhər arasına dəmir hasar kimi qoy. Üzünü şəhərə tərəf döndər. Şəhər mühasirədə olacaq. Onu sən mühasirəyə alacaqsan. Bu, İsrail əhli üçün bir əlamətdir.+  Sonra sol böyrün üstə uzan və İsrail əhlinin günahını öz üstünə qoy.+ Onların günahını böyrün üstə uzandığın günlərin sayı qədər daşıyacaqsan.  Günahlı olduqları illərə müvafiq olaraq sənin üçün üç yüz doxsan gün təyin edirəm.+ Sən İsrail əhlinin günahını daşıyacaqsan,  ta bu müddətin sonuna kimi. Bundan sonra yenə uzan, amma bu dəfə sağ böyrün üstə. Qırx gün ərzində Yəhuda əhlinin günahını daşıyacaqsan.+ Bir ilə bir gün. Sənin üçün bir ilə bir gün təyin etmişəm.  Üzünü mühasirədə olan Yerusəlimə çevir,+ qolun çılpaq olsun. Şəhərin əleyhinə peyğəmbərlik et.  Mən səni kəndirlə bağlayacağam ki, mühasirə günləri bitməyincə bir böyrün üstündən o birinə çevrilə bilməyəsən.  Buğda, arpa, paxla, mərci, darı, pərinc götür, onları bir qaba qoy. Özün üçün onlardan çörək bişir. Böyrün üstə uzandığın üç yüz doxsan gün ərzində bu çörəyi yeyəcəksən.+ 10  Hər gün iyirmi şekel* çörək çəkib təyin olunmuş vaxtlarda yeyəcəksən. 11  Suyu da ölçüylə, hinin altıda biri* qədər ölçüb təyin olunmuş vaxtlarda içəcəksən. 12  Çörəyi yumru arpa çörəyini yediyin kimi ye. Onu hamının gözü qarşısında qurumuş insan nəcisinin üstündə bişir». 13  Yehova sözünə əlavə edib dedi: «İsraillilər onları səpələyəcəyim xalqların içində çörəklərini bu cür, murdar halda* yeyəcəklər».+ 14  Onda mən dilə gəldim: «Amandır, Yehova! Ya Külli-İxtiyar! Gəncliyimdən bu yaşımadək dilimə nə ölmüş, nə parçalanmış heyvan əti,+ nə də başqa murdar ət vurub özümü murdarlamamışam».+ 15  O, mənə dedi: «Yaxşı, insan nəcisi əvəzinə mal təzəyi işlət. Çörəyini onun üstündə bişir». 16  Sonra dedi: «Ey bəni-adəm, budur, Mən Yerusəlimin ərzaq ehtiyatlarını məhv edirəm.+ Çörək paylarını qısım-qısım*,+ sıxıntı içində yeyəcəklər, su paylarını qurtum-qurtum* dəhşət içində içəcəklər.+ 17  Bu ondan ötrü olacaq ki, günahlarına görə çörək və su qıtlığı çəkə-çəkə, bir-birinə dəhşətlə baxa-baxa əriyib getsinlər.

Haşiyələr

Təx. 230 q. B14 əlavəsinə bax.
Təx. 0,6 l. B14 əlavəsinə bax.
Qanuna görə murdar halda.
Hərfən: çəki ilə.
Hərfən: ölçü ilə.