Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 38:1—23

MÜNDƏRİCAT

  • Yəcucun İsrailə hücumu (1—16)

  • Yehovanın Yəcuca qarşı qəzəbi (17—23)

    • «Biləcəklər ki, Mən Yehovayam» (23)

38  Yenə mənə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, üzünü Məcuc ölkəsindən olan Yəcuca,+ Məşəq və Tubalın+ baş əmirinə tut və ona qarşı peyğəmbərlik edib+  söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Məşəq və Tubalın baş əmiri!  Səni yolundan qaytaracağam. Sənin çənələrinə qarmaq keçirəcəyəm,+ səni dəbdəbə ilə geyinmiş, böyük və kiçik qalxanla silahlanmış, qılınc oynadan böyük izdihamla — ordunla,+ süvarilərinlə, atlarınla birgə çəkib sürüyəcəyəm.  Hər biri sipərlə, dəbilqə ilə yaraqlanan Fars, Həbəş və Put,+  həmçinin Gümərlə ordusu, ucqar şimaldan Tücarma+ evi və bütün ordusu — çoxlu-çoxlu xalqlar səninlədir.+  Haydı, hazır olun! Sən də, səninlə toplaşan bütün ordular da. Onlara sən başçılıq edəcəksən.  Xeyli vaxt keçəndən sonra çağırılacaqsan*. Uzun illər sonra xalqların içindən toplanan, qılıncdan qurtularaq çoxdandır xaraba qalmış İsrail dağlarında məskunlaşan, digər xalqların arasından çıxarılıb dinclik içində yaşayan insanların torpağına soxulacaqsan.+  Sən, bütün ordun və səninlə birgə çoxlu xalqlar tufantək onların üstünə gələcəksiniz, ölkəni bulud kimi örtəcəksiniz”. 10  Külli-İxtiyar Yehova belə deyir: “O gün sənin ağlına bəzi fikirlər gələcək, pis niyyətə düşəcəksən. 11  Deyəcəksən: “Müdafiəsiz kəndləri olan ölkəyə həmlə edəcəyəm.+ Dinc yaşayan, qorxu-hürkü bilməyən, divarları, darvazaları, cəftələri olmayan kəndlərdə yaşayanların üstünə gələcəyəm”. 12  Sən çoxlu qənimət, talan malı qazanmaq eşqinə düşəcəksən. Bir zamanlar viran qalmış, sonradan məskunlaşmış+ yerlərə hücum edəcəksən, xalqların içindən toplanmış,+ indi var-dövlət, mal-mülk yığan,+ dünyanın mərkəzində yaşayan xalqın üstünə qoşun çəkəcəksən. 13  Səba+ ilə Didan,+ Tarşiş+ tacirləri ilə döyüşçüləri sənə söyləyəcəklər: “Çoxlu qənimət, talan malı yığmağa gedirsən? Ordunu səfərbər etmisən ki, qızıl-gümüş götürəsən, var-dövlət, mal-mülk aparasan, çoxlu qənimət ələ keçirəsən?” 14  Buna görə, ey bəni-adəm, Yəcuca söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “O gün başa düşəcəksən ki, xalqım İsrail əmin-amanlıqda yaşayır.+ 15  Sən öz yerindən, uzaq şimaldan gələcəksən,+ yanında da çoxlu xalqlardan atlara süvar olmuş qoşun-ləşkər, böyük bir izdiham.+ 16  Ölkəni bürüyən buludlar kimi, xalqım İsrailin üstünə hücum çəkəcəksən. Zamanın sonunda səni, ey Yəcuc, öz ölkəmə qarşı qaldıracağam ki,+ xalqların gözü önündə müqəddəsliyimi sənin vasitənlə göstərim, qoy hamısı Məni tanısın”.+ 17  Külli-İxtiyar Yehova belə deyir: “Qədim günlərdə qullarım İsrail peyğəmbərlərinin dililə haqqında danışdığım kəs sən deyilsənmi? O peyğəmbərlər səni onların üstünə gətirəcəyim barədə illər uzunu peyğəmbərlik ediblər”. 18  “Həmin gün, Yəcuc İsrail torpağına soxulan gün Mən qəzəbdən alışıb-yanacağam, — Külli-İxtiyar Yehova bəyan edir.+ — 19  Qeyzimlə, alovlu qəzəbimlə danışacağam. O gün İsrail torpağında güclü zəlzələ olacaq. 20  Dəryadakı balıqlar, göydəki quşlar, meşədəki heyvanlar, yerdə sürünən canlılar, cümlə cahan önümdə zağ-zağ əsəcək, dağlar kökündən qopacaq,+ qayalar parçalanacaq, divarlar yerə çökəcək”. 21  “Bütün dağlarımda Yəcucun üstünə getməyə qılınc çağıracağam, — Külli-İxtiyar Yehova bəyan edir. — Hər kəs öz qardaşının üstünə qılınc çəkəcək.+ 22  Onu mühakimə edəcəyəm. Canına azar salıb, üstünə ölüm göndərib onu cəzalandıracağam.+ Onun da, qoşunlarının da, onunla olan xalqların da üzərinə+ leysan, dolu,+ alov,+ kükürd+ yağdıracağam. 23  Xalqların qarşısında Özümü ucaldacağam, müqəddəsliyimi göstərəcəyəm, Özümü tanıdacağam. Onda biləcəklər ki, Mən Yehovayam”.

Haşiyələr

Yaxud sənə fikir veriləcək.