Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 37:1—28

MÜNDƏRİCAT

  • Quru sümüklərlə dolu düzənlik (1—14)

  • İki çubuq birləşəcək (15—28)

    • Bir hökmdar, bir xalq (22)

    • Əbədi sülh əhdi (26)

37  Yehovanın ruhu* üzərimə endi. Yehovanın ruhu məni düzənliyin ortasına apardı.+ Ora sümüklərlə dolu idi.  O, məni sümüklərin ətrafında gəzdirdi. Gördüm ki, düzənlikdə xeyli sümük var, hamısı da qupquru.+  O, məndən soruşdu: «Ey bəni-adəm, səncə, bu sümüklər canlana bilər?» Mən dedim: «Ey Külli-İxtiyar, Yehova, bunu Sən bilərsən».+  Onda O, mənə dedi: «Peyğəmbərlik edib sümüklərə de: “Siz, ey quru sümüklər, Yehovanın sözünü eşidin:  “Külli-İxtiyar Yehova sümüklərə belə deyir: “Mən sizə nəfəs üfürəcəyəm, canlanacaqsınız.+  Sizi əzələ ilə, ətlə örtəcəyəm, üstündən də dəri çəkəcəyəm. Sizə nəfəs üfürəcəyəm, canlanacaqsınız və biləcəksiniz ki, Mən Yehovayam”».  Necə deyilmişdisə, elə də peyğəmbərlik etdim. Sözüm hələ ağzımda ikən şaqqıltı səsi gəldi, sümüklər bir-birinə bitişməyə başladı.  Sonra gördüm ki, üstlərinə əzələ, ət gəldi, onları dəri örtdü. Amma hələ heç birində nəfəs yox idi.  Allah mənə dedi: «Küləyə peyğəmbərlik et. Ey bəni-adəm, peyğəmbərlik edib küləyə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Gəl, ey ruzigar*, qətl edilmiş bu adamların üstünə dörd səmtdən əs, qoy onlar həyata qayıtsınlar”». 10  Necə deyilmişdisə, elə də peyğəmbərlik etdim. Nəfəs* onların canına doldu, onlar canlanıb ayağa qalxdılar.+ Bu, həddi-hüdudu görünməyən böyük bir qoşun idi. 11  Allah mənə dedi: «Ey bəni-adəm, bu sümüklər İsrail evidir.+ Onlar deyirlər: “Sümüklərimiz quruyub, ümidimiz üzülüb,+ yalqız qalmışıq”. 12  Sən isə peyğəmbərlik edib onlara söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb+ sizi oradan çıxaracağam, sizi İsrail torpağına gətirəcəyəm.+ 13  Qəbirlərinizi açıb sizi oradan çıxaranda, ey xalqım, biləcəksiniz ki, Mən Yehovayam”.+ 14  “Daxilinizə ruhumu qoyacağam, canlanacaqsınız.+ Sizi öz torpaqlarınıza qaytaracağam. Onda biləcəksiniz ki, Mən Yehova dedim, dediyimi də etdim”, — Yehova bəyan edir». 15  Mənə yenidən Yehovanın sözü nazil oldu: 16  «Ey bəni-adəm, bir çubuq götür, üstünə “Yəhuda və onunla olan* İsrail xalqı üçün” sözlərini yaz.+ Sonra başqa bir çubuq götür, üstünə “Əfraimin çubuğu Yusif üçün və onunla olan İsrail evi üçün”+ yaz. 17  Sonra onları bir-birinə birləşdir ki, əlində bir çubuq olsun.+ 18  Soydaşların səndən bunun mənasını soruşanda 19  onlara söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən Əfraimin əlində tutduğu Yusifin və onunla olan İsrail qəbilələrinin çubuğunu götürüb Yəhudanın çubuğuna birləşdirəcəyəm.+ Onlar Mənim əlimdə bir çubuq olacaqlar”. 20  Üstündə yazı yazdığın çubuqları əlində tut ki, görsünlər. 21  Sonra onlara söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “İsrailliləri səpələndikləri xalqların arasından toplayacağam, onları hər tərəfdən yığıb öz yurd-yuvalarına qaytaracağam.+ 22  Onları bu diyarda, İsrail dağlarında vahid xalq edəcəyəm,+ başlarında bir hökmdar duracaq,+ artıq iki xalq olmayacaqlar, iki dövlətə bölünməyəcəklər.+ 23  Daha iyrənc bütləri, mənfur əməlləri və günahları ilə özlərini murdarlamayacaqlar.+ Onlar xəyanət edib günaha batdılar, Mən isə bu xəyanəti onlardan uzaqlaşdırıb, onları təmizləyəcəyəm. Onlar Mənim xalqım olacaq, Mən isə onların Allahı.+ 24  Onların padşahı qulum Davud olacaq,+ hamısının bir çobanı olacaq.+ Hökmlərimlə yaşayacaq, qayda-qanunlarıma dəqiqliklə riayət edəcəklər.+ 25  Ata-babalarınızın məskən saldığı, qulum Yaquba verdiyim məmləkətdə yaşayacaqlar.+ Orada həmişəlik sakin olacaqlar,+ özləri də, övladları da, övladlarının övladları da orada yaşayacaq.+ Qulum Davud onlara başçı olacaq.+ 26  Onlarla sülh əhdi bağlayacağam,+ bu, əbədi əhd olacaq. Onlara torpaqlarını qaytaracağam, saylarını artıracağam,+ məbədimi həmişəlik aralarında yerləşdirəcəyəm. 27  Çadırım* onlarla olacaq, Mən onların Allahı olacağam, onlar da Mənim xalqım.+ 28  Bəli, məbədim həmişəlik onların arasında olacaq, onda xalqlar biləcəklər ki, İsraili müqəddəs edən Mən Yehovayam”».+

Haşiyələr

Hərfən: əli.
Yaxud nəfəs; ruh. Lüğətdə «ruh» sözünə bax.
Yaxud ruh.
Yaxud onun müttəfiqi.
Yaxud məskənim; evim.