Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 36:1—38

MÜNDƏRİCAT

  • İsrail dağları barədə peyğəmbərlik (1—15)

  • İsrailin bərpası (16—38)

    • «Ulu adımın müqəddəsliyini göstərəcəyəm» (23)

    • Ölkə Ədən bağı kimi olacaq 35)

36  «Sən isə, ey bəni-adəm, İsrail dağları barədə peyğəmbərlik edib de: “Ey İsrail dağları, Yehovanı dinləyin.  Külli-İxtiyar Yehovanın sözü budur: “Düşmənlər əleyhinizə deyir: “Hə, qədim zirvələri ələ keçirtdik!”+  Peyğəmbərlik edib söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Sizi viranə qoyub hər tərəfdən üstünüzə hücum çəkdilər ki, başqa xalqlar sizə sahib olsun. Dilə-dişə düşmüsünüz, şərlənirsiniz.+  Odur ki, ey İsrail dağları, Külli-İxtiyar Yehovanın sözünü dinləyin. Külli-İxtiyar Yehovanın dağlara, təpələrə, çaylara, dərələrə, viranəliklərə+, ətraf xalqlar tərəfindən qarət olunmuş, gülüş hədəfinə çevrilmiş boş şəhərlərə sözü budur.+  Külli-İxtiyar Yehova onlara deyir: “Başqa xalqlara və Əduma qızğın qəzəbimlə+ sözümü deyəcəyəm. Onlar Mənim torpağıma gülə-gülə, kinayə edərək+ sahib çıxdılar, örüşlərini ələ keçirmək, məmləkəti talan etmək istədilər”.+  İsrail ölkəsi barədə peyğəmbərlik edib dağlara, təpələrə, çaylara, dərələrə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Xalqlar sizi alçaltdığı üçün qızğın qəzəbimlə danışacağam”.+  Külli-İxtiyar Yehova belə deyir: “Əlimi qaldırıb and içirəm ki, ətraf xalqlar rüsvay olacaq.+  Sizsə, İsrail dağları, qol-budaq atacaqsınız, xalqım İsrail üçün bar-bəhər gətirəcəksiniz,+ çünki onlar tezliklə qayıdacaqlar.  Mən sizinləyəm, üzümü sizə sarı çevirəcəyəm. Torpağınız şumlanıb əkiləcək. 10  Xalqınızı artıracağam, bütün İsrail əhlini çoxaldacağam. Şəhərlər məskunlaşacaq,+ xarabalıqlar abad ediləcək.+ 11  Bəli, Mən sizin xalqınızı, mal-heyvanınızı çoxaldacağam.+ Onlar artdıqca artacaq. Keçmişdə olduğu kimi, sizi məskun edəcəyəm,+ əvvəlkindən də firavan olacaqsınız.+ Onda biləcəksiniz ki, Mən Yehovayam.+ 12  Ey İsrail dağları, xalqım İsraili sizdə məskun edəcəyəm, onların mülkü, onların mirası olacaqsınız.+ Bir də onları övladsız qoymayacaqsınız”».+ 13  «Külli-İxtiyar Yehova deyir: “Onlar sizi “insanların başını yeyən, xalqlarını övladsız qoyan torpaq” adlandırırlar. 14  Amma indən belə insanların başını yeməyəcəksiniz, xalqlarınızı övladsız qoymayacaqsınız, — bəyan edir Külli-İxtiyar Yehova. — 15  Artıq sizi xalqların təhqirinə mübtəla etməyəcəyəm, insanların tənə hədəfi olmayacaqsınız,+ bir də xalqlarınızı büdrətməyəcəksiniz”, — Külli-İxtiyar Yehova bəyan edir». 16  Yenə mənə Yehovanın sözü nazil oldu: 17  «Ey bəni-adəm, İsrail evi öz torpağında yaşayanda öz yolları, əməlləri ilə torpağı murdarladı.+ Mənim gözümdə onların yolları aybaşı murdarlığı kimi idi.+ 18  Onlar ölkəni qana bələmişdilər,+ iyrənc bütləri ilə ölkəni murdar etmişdilər.+ Buna görə qəzəbimi onların üstünə tökdüm. 19  Onları xalqlar arasına səpələdim, ölkələrə pərən-pərən saldım,+ yollarına, əməllərinə görə hökm çıxardım. 20  Lakin onlar o xalqların yanına gedəndə xalqlar: “Baxın, bu, Yehovanın xalqıdır! Onlar yurd-yuvalarından didərgin düşüb” — deyərək müqəddəs adıma ləkə vurdular.+ 21  Buna görə İsrail evinin getdiyi hər yerdə onun xalqlar arasında ləkələdiyi müqəddəs adımın müdafiəsinə qalxacağam».+ 22  «Buna görə də İsrail evinə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Ey İsrail evi, bunu sizə görə yox, getdiyiniz yerlərdə ləkələdiyiniz müqəddəs adıma görə edirəm.+ 23  Xalqlar içində ləkələnən, ləkə yaxdığınız ulu adımın müqəddəsliyini göstərəcəyəm.+ Xalqların gözü qarşısında, sizin aranızda müqəddəsliyimi göstərəndə biləcəklər ki, Mən Yehovayam,+ — Külli-İxtiyar Yehova bəyan edir. — 24  Sizi xalqlar arasından, ölkələr içindən yığıb məmləkətinizə qaytaracağam.+ 25  Üstünüzə təmiz su çiləyəcəyəm, təmiz olacaqsınız.+ Sizi natəmizliyinizdən+, iyrənc bütlərinizdən+ təmizləyəcəyəm. 26  Sizə yeni ürək verəcəyəm,+ daxilinizə yeni ruh üfürəcəyəm.+ Köksünüzdən daş ürəyi+ çıxarıb, ətdən bir ürək* qoyacağam. 27  Daxilinizə ruhumu üfürəcəyəm, elə edəcəyəm ki, qanunlarımla yaşayasınız.+ Siz də Mənim hökmlərimə tabe olacaqsınız. 28  Onda ata-babalarınıza verdiyim ölkədə yaşayacaq, Mənim xalqım olacaqsınız. Mən isə sizin Allahınız olacağam.+ 29  Mən sizi bütün murdarlıqlardan təmizləyəcəyəm. Taxıla əmr edib onu çoxaldacağam, üstünüzə qıtlıq göndərməyəcəyəm.+ 30  Ağacların bəhrəsini, tarlaların məhsulunu bol edəcəyəm ki, bir də heç vaxt aclıq çəkib xalqlar arasında rüsvay olmayasınız.+ 31  Onda pis əməllərinizi, mənfur işlərinizi yada salıb təqsirinizə, iyrənc əməllərinizə görə özünüzdən iyrənəcəksiniz.+ 32  Amma bilin və agah olun: bunu sizə görə etmirəm,+ — deyə Külli-İxtiyar Yehova bəyan edir. — Əslində, siz əməllərinizə görə utanıb, yerə girməlisiniz, ey İsrail əhli”. 33  Külli-İxtiyar Yehova belə deyir: “Sizi bütün günahlarınızdan təmizlədiyim gün şəhərlərinizi adamlarla dolduracağam,+ xaraba yerlərinizi abad edəcəyəm.+ 34  Gəlib-gedənlərin xaraba gördüyü torpaq becəriləcək. 35  Hamı deyəcək: “Xarabalıqlar Ədən bağına+ çevrilib, viranə, kimsəsiz qalmış, tar-mar edilmiş şəhərlər qala-şəhər olub, orada adamlar sakin olub”.+ 36  Ətrafınızdakı xalqlar biləcəklər ki, tar-mar olmuş yeri Mən Yehova bərpa etmişəm, xaraba yeri Mən becərmişəm. Mən Yehova dedim, dediyimi də etdim”.+ 37  Külli-İxtiyar Yehova belə deyir: “İsrail evinin Məndən bunu təvəqqe etməsinə izin verəcəyəm: əhalisini sürü kimi çoxaldacağam. 38  Bayram vaxtı+ Yerusəlimin küçələrini camaat*, müqəddəslər izdihamı necə doldurursa, xaraba qalmış şəhərlər də insanlarla elə dolacaq.+ Onda biləcəklər ki, Mən Yehovayam”».

Haşiyələr

Yəni Allahın buyruqlarına boyun əyən ürək.
Digər variant: qurbanlıq qoyun sürüləri.