Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 29:1—21

MÜNDƏRİCAT

  • Firona qarşı peyğəmbərlik (1—16)

  • Misir Babilə mükafatdır (17—21)

29  Onuncu ilin onuncu ayının on ikinci günündə mənə Yehovanın sözü nazil oldu:  «Bəni-adəm, üzünü Misir hökmdarı firona tutub ona və bütün Misirə+ qarşı peyğəmbərlik et.  Söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Ey Misir hökmdarı firon,+ ey Nil arxları arasında uzanıb “Nil mənim çayımdır, onu mən özüm üçün yaratmışam”+ Deyən nəhəng dəniz əjdahası.+   Mən sənin çənənə qarmaq taxacağam, Nilin balıqlarını pulcuqlarına yapışdıracağam. Sonra isə səni pulcuqlarına yapışan bütün Nil balıqları ilə birgə çaydan çıxaracağam.   Səni də, Nilin balıqlarını da səhraya atacağam. Çölün düzündə qalacaqsınız, qalıqlarınızı yığıb-yığışdıran olmayacaq.+ Sizi vəhşi heyvanlara, quşlara yem edəcəyəm.+   Onda bütün misirlilər biləcək ki, Mən Yehovayam, Çünki dar gündə onlar İsrail evi üçün saman çöpündən artıq bir şey olmadılar.+   Onlar əlindən yapışanda sən sınıb parçalandın, Onların kürəyini yaraladın. Sənə söykənəndə sındın, Onların ayağı burxuldu”.+  Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Üstünə qılınc göndərib+ adamların da, heyvanların da kökünü kəsəcəyəm.  Misir çöl-biyabana çevriləcək.+ Onda biləcəklər ki, Mən Yehovayam. Çünki sən: “Nil mənimdir. Onu mən yaratmışam” deyirsən.+ 10  Odur ki, Mən sənə və sənin Nilinə qarşıyam. Mən Miqdoldan+ Asvana,+ Həbəş sərhədinə kimi Misiri xaraba qoyacağam,+ quraq, kimsəsiz səhraya çevirəcəyəm. 11  Ora nə bir adamın, nə də bir heyvanın ayağı dəyməyəcək.+ Qırx il orada heç kim yaşamayacaq. 12  Misiri xarabalardan da xaraba edəcəyəm. Şəhərləri qırx il viranələrdən də viranə olacaq.+ Misirliləri xalqların arasına səpələyəcəyəm, pərən-pərən edib ölkələrə yayacağam”.+ 13  Külli-İxtiyar Yehovanın sözü budur: “Qırx il keçəndən sonra misirliləri səpələndikləri xalqların içindən yığacağam.+ 14  Misirli əsirləri öz ata-baba yurdları Patrosa+ gətirəcəyəm. Orada onlar zəif padşahlıq quracaqlar. 15  Misir başqa padşahlıqlardan zəif olacaq, bir də heç bir xalqın üstündə ağalıq etməyəcək.+ Onların padşahlığını elə kiçildəcəyəm ki, daha xalqları özlərinə tabe etdirə bilməyəcəklər.+ 16  Misir heç vaxt İsrail evinin güvənc yeri olmayacaq.+ Həmişə ona baxanda etdikləri xəta, kömək üçün misirlilərə üz tutduqları yadlarına düşəcək. Onda israillilər biləcəklər ki, Mən Külli-İxtiyar Yehovayam”». 17  İyirmi yeddinci ilin birinci ayının birinci günü mənə Yehovanın sözü nazil oldu: 18  «Bəni-adəm, Babil hökmdarı Navuxodonosor+ Suru tutmaq üçün ordusuna çox əziyyət verib. Heç kimin başında tük qalmayıb, çiyinlərinin dərisi soyulub. Amma Sura+ görə çəkdikləri əziyyət heç oldu, nə o, nə də ordusu bundan bir xeyir görmədi. 19  Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Misiri Babil padşahı Navuxodonosora+ verirəm. O, oranın sərvətini talayacaq, ölkəni qarət edib çoxlu qənimət toplayacaq. Bu da onun ordusunun mükafatı olacaq”. 20  Külli-İxtiyar Yehova bəyan edir: “Ona zəhmətinin haqqı olaraq Misiri verirəm, çünki Mənə görə o, Surla döyüşüb”.+ 21  Həmin gün Mən İsrail evinə güc* verəcəyəm.+ Sənin isə dilini açacağam ki, onların qarşısında danışasan. Onda biləcəklər ki, Mən Yehovayam».

Haşiyələr

Hərfən: buynuz.