Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 28:1—26

MÜNDƏRİCAT

  • Sur hökmdarına qarşı peyğəmbərlik (1—10)

    • «Mən allaham» (2, 9)

  • Sur hökmdarı üçün ağı (11—19)

    • Sən Ədəndə idin (13)

    • «Qoruyucu kərrub idin» (14)

    • Pisliyə qədəm qoydun (15)

  • Sidona qarşı peyğəmbərlik (20—24)

  • İsrail bərpa ediləcək (25, 26)

28  Mənə yenə Yehovanın sözü nazil oldu:  «Bəni-adəm, Sur hökmdarına de ki, Külli-İxtiyar Yehovanın sözü budur: “Sənin ürəyin qürurlanıb.+ Özün barədə: “Mən allaham. Dənizin köksündə allah taxtında oturmuşam”,+ — deyirsən. Ancaq sən özünü allah saysan da, allah deyilsən, Adi bəşərsən.   Sənə elə gəlir ki, Dənyaldan da müdriksən,+ Səndən gizli sirr yoxdur.   Ağlınla, bəsirətinlə özünə sərvət toplamısan. Elə bir ucdan xəzinənə qızıl-gümüş yığırsan.+   Bacarıqla apardığın ticarət sənə böyük sərvət qazandırıb.+ Topladığın sərvət səni qürurlu edib”.  Gör Külli-İxtiyar Yehova nə deyir: “Ürəyində özünü allah saydığın üçün   Yadelliləri, ən vəhşi xalqları sənin üstünə salacağam,+ Onlar ağlının gözəlliyinə qılınc çəkəcək, Parlaq əzəmətini murdarlayacaq.+   Onlar səni çuxura* salacaq. Dənizin bağrında amansızcasına qətlə yetiriləcəksən.+   Səni öldürənlərə də “mən allaham” deyəcəksən? Onda səni murdarlayanların əlində allah yox, adi bəşər olacaqsan”. 10  “Yadellilərin əlində sünnətsizlər kimi öləcəksən. Bunu Mən deyirəm”, — Külli-İxtiyar Yehova bəyan edir». 11  Mənə yenə Yehovanın sözü nazil oldu: 12  «Sur hökmdarı üçün ağı oxu, ey bəni-adəm. Ona söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Sən kamillik təcəssümü idin, Hikmətin hədsiz,+ gözəlliyin eyibsiz idi.+ 13  Sən Ədəndə, Allahın bağında idin. Cürbəcür bahalı daşlarla, Yaqut, topaz, yəşəm, Xrizolit, damarlı əqiq, nefrit, göy yaqut, firuzə+, zümrüdlə bəzənmişdin. Daşların sağanağı qızıldan idi. Onlar sən yaranan gün düzəldilmişdi. 14  Sən məsh olunmuş qoruyucu kərrub idin, səni Mən təyin etmişdim. Sən Allahın müqəddəs dağında idin,+ yanar daşlar arasında gəzirdin. 15  Yaradıldığın gündən bütün əməllərində qüsursuz idin, Ta o vaxta qədər ki, pisliyə qədəm qoydun.+ 16  Ticarətinin böyüklüyü+ səni zorakılıqla doldurdu, Günah etməyə başladın.+ Ona görə də səni murdar bir şey kimi Allahın dağından atacağam, Ey qoruyucu kərrub, səni yanar daşların arasından çıxarıb məhv edəcəyəm.+ 17  Gözəlliyin səni qürurlu etdi.+ Parlaq əzəmətin hikmətini heç etdi.+ Səni yerə atacağam,+ Hökmdarlar qarşısına çıxaracağam ki, sənə tamaşa etsinlər. 18  Sən ağır günah işləyib, ticarətdə əyrilik edib ibadətgahlarını murdarladın. İçinə od vurub səni yandıracağam.+ Səni yerdə, sənə tamaşa edənlərin gözü qarşısında külə döndərəcəyəm. 19  Səni tanıyan xalqlar gözlərini bərəldib sənə baxacaqlar.+ Axırın birdən gələcək, özü də yaman gələcək, Həmişəlik məhv olacaqsan”».+ 20  Yenə mənə Yehovanın sözü nazil oldu: 21  «Bəni-adəm, üzünü Sidona+ çevir və ona qarşı peyğəmbərlik et. 22  De ki, Külli-İxtiyar Yehovanın sözü budur: “Ey Sidon, Mən sənə qarşı qalxmışam. Sənin içində şərəflənəcəyəm. Səni cəzalandıranda, sənin vasitənlə müqəddəsliyim ucalanda hamı biləcək ki, Mən Yehovayam. 23  Sənin üstünə bəla göndərəcəyəm, küçələrində qan su yerinə axacaq. Hər tərəfdən üstünə qılınc gələndə meyitlər ortalıqda sərilib qalacaq. Onda biləcəklər ki, Mən Yehovayam.+ 24  Artıq İsrail evinin yan-yörəsində onlara həqarətlə yanaşan xalqlar, dalayan qanqallar, acı tikanlar+ olmayacaq. Onda hamı biləcək ki, Mən Külli-İxtiyar Yehovayam”. 25  Külli-İxtiyar Yehova belə deyir: “Mən xalqlar içinə səpələnmiş İsrail xalqını bir yerə toplayanda+ onların vasitəsilə xalqların gözündə müqəddəsliyimi ucaldacağam.+ Onda onlar qulum Yaquba verdiyim+ diyarda+ yurd salacaqlar. 26  Orada əmin-amanlıqda yaşayacaq,+ evlər tikəcək, üzüm bağları salacaqlar.+ Onlara həqarətlə yanaşan ətraf xalqları cəzalandıranda+ onlar dinclik içində ömür sürəcəklər. Onda biləcəklər ki, Mən onların Allahı Yehovayam”».

Haşiyələr

Yaxud qəbrə.