Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 27:1—36

MÜNDƏRİCAT

  • Surun batmış gəmiləri üçün mərsiyə (1—36)

27  Mənə Yehovanın sözü nazil oldu:  «Sur üçün ağı deyib+  ona belə söylə: “Sən, ey dənizin darvazalarında yurd salan, Adaların sakinləri ilə ticarət edən şəhər! Külli-İxtiyar Yehovanın sənə sözü budur: “Ey Sur, deyirsən “mən eyibsiz gözələm”.+   Sənin ərazilərin dənizin köksündədir. Ustalar gözəlliyini kamilliyə çatdırıblar.   Taxtalarını Sənirin+ ağacından, Dor ağacını Livanda bitən sidrdən düzəldiblər.   Avarların Başanın palıdlarından, Burnun Kittim+ adalarından gətirilmiş fil sümüyü ilə naxışlanmış sərv ağacındandır.   Yelkənin Misirin al-əlvan kətanındandır. Göyərtənin üstünə çəkilmiş örtük Əlişa+ adasının mavi ipliyindən, bənövşəyi yunundan toxunub.   Avarçıların Sidondan, Arvaddan+ idi. Dənizçilərin öz peşəkar adamların idi, ey Sur.+   Qayıqlarındakı dəlmə-deşikləri tutanlar Gebalın+ səriştəli ustaları idi.+ Dənizdəki bütün gəmilər və dənizçilər gəlib səndə ticarət edirdilər. 10  Fars, Lud və Put+ əsgərləri ordunda xidmət edirdi. Onlar sənin içində qalxanlarını və dəbilqələrini asardılar, sənə əzəmət gətirərdilər. 11  Ordundakı arvadilər divarlarının üstündə, bütün divar boyunca dayanardılar, Bürclərində ərənlər durardı. Onlar dəyirmi qalxanlarını divarların boyunca asardılar, Sənin gözəlliyinə gözəllik qatardılar. 12  Varın başından aşdığından Tarşiş+ səninlə ticarət edərdi.+ Mallarının əvəzində sənə gümüş, dəmir, qalay və qurğuşun verərdilər.+ 13  Yavən, Tubal+, Məşəq+ səninlə ticarət edərdi, sənə qullar+, mis məmulatlar verib əvəzində mal alardı. 14  Tücarma+ evi atlar, köhlənlər, qatırlar gətirib mala dəyişərdi. 15  Didan+ adamları səninlə ticarət edərdi. Bir çox adaların sakinləri sənin tacirin idi. Onlar bəxşiş kimi sənə fil sümüyü+, bahalı qara ağac gətirərdilər. 16  Məhsulun bol olduğundan Ədum səninlə ticarət edərdi. Firuzə, bənövşəyi yun, naxışlı əlvan parçalar, əla növ qumaşlar, mərcanlar, yaqutlar gətirib əvəzində mal alardılar. 17  Yəhuda və İsrail səninlə ticarət edərdi, səndən aldıqları malın əvəzində sənə Minnit+ buğdası, gözəl, dadlı nemətlər, bal+, yağ, balzam+ verərdilər.+ 18  Məhsulun bol olduğundan, var-dövlətin başından aşdığından Dəməşq+ səninlə ticarət edərdi, əvəzində sənə Həlbun şərabı, Zahar yunu verərdi. 19  Uzallı Yavən və Vədan döymə dəmir, darçın*, ətirli qamış verib səndən mal alardı. 20  Didan+ yəhər üçün qumaş verib səndən mal alardı. 21  Ərəblər, Qədar+ başçıları sənin tacirlərin idi, onlar sənə qoç, quzu, keçi gətirərdilər.+ 22  Səba və Rəhma+ tacirləri səninlə ticarət edərdi. Onlar sənə cürbəcür gözəl ətriyyatlar, qiymətli daş-qaşlar, qızıl gətirib əvəzində səndən mal alardılar.+ 23  Səba+, Aşşur+, Qilmad tacirləri, eləcə də Harran+, Qaneh və Ədən+ səninlə ticarət edərdi. 24  Onlar sənin bazarında iplərlə möhkəm sarılmış gözəl-gözəl əlbisələr, mavi qumaşdan bürüncəklər, əlvan naxışlı parçalar və al-əlvan xalçalar satardılar. 25  Tarşiş gəmiləri+ karvan-karvan sənə mal daşıyardı. Beləcə, sən açıq dənizin bağrında dolub-daşdın*. 26  Avarçıların səni açıq dənizlərə apardılar, Şərq küləyi səni dənizin bağrında parçaladı. 27  Sən məhv olduğun gün sərvətin, Var-dövlətin, malların, gəmiçilərin, dənizçilərin, dəlmə-deşiklərini tutanlar, Tacirlərin+, döyüşçülərin+, İçindəki hər kəs açıq dənizin bağrına qərq olacaq.+ 28  Gəmiçilərinin fəryadı sahilləri titrədəcək. 29  Bütün avarçılar, dənizçilər, Gəmiçilər gəmilərindən düşüb quruda dayanacaqlar. 30  Onlar nalə çəkib sənə görə zülüm-zülüm ağlayacaqlar,+ Başlarına torpaq tökəcək, kül içində qıvrılacaqlar. 31  Başlarını keçəl edəcək, çula bürünəcək, Hönkürtü çəkib səni acı-acı ağlayacaqlar. 32  Sənin üçün yas tutarkən ağı deyib mərsiyə oxuyacaqlar: “İndi dənizdə sükunət içində uyuyan Surun+ başına gələn kimin başına gəlib? 33  Malların dənizdən gələndə xeyli adamı doydurardın.+ Sənin böyük var-dövlətin, malların yer üzünün padşahlarını varlandırardı.+ 34  İndi isə dənizdə, dərin sular qoynunda parçalanmısan.+ Bütün malların, adamların səninlə birlikdə suya qərq olub.+ 35  Adaların sakinləri gözlərini bərəldib sənə baxacaq,+ Padşahları dəhşətdən titrəyəcək,+ hamısının rəngi qaçacaq. 36  Xalqların tacirləri başına gələnləri görüb fit çalacaq. Axırın birdən gələcək, özü də yaman gələcək, Həmişəlik məhv olacaqsan”».+

Haşiyələr

Çin darçını.
Digər variant: dolu, şöhrətli idin.