Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 26:1—21

MÜNDƏRİCAT

  • Sura qarşı peyğəmbərlik (1—21)

    • Torlar sərilən yer (5, 14)

    • Daşlar, torpaq suya atılacaq (12)

26  On birinci ildə, ayın birinci günü mənə Yehovanın sözü nazil oldu:  «Bəni adəm, Sur ki Yerusəlim barəsində:+ “Nə yaxşı, xalqların darvazası sındı,+ indi hər şey mənim yolumdan gəlib keçəcək. Onun tifağı dağılıb, axır ki mən də varlanacağam!” — deyir,  Külli-İxtiyar Yehovanın ona sözü budur: “Ey Sur, Mən sənə qarşı qalxmışam. Dəniz çalxalanıb dalğalarını şahə qaldırdığı kimi, Mən də xalqları sənin üstünə qaldıracağam.  Onlar Surun divarlarını uçuracaq, bürclərini yerlə yeksan edəcəklər.+ Mən də onu çılpaq qayaya döndərənəcən torpağını qaşıyıb atacağam.  O, dənizin ortasında torların sərildiyi yerə çevriləcək”.+ Külli-İxtiyar Yehova belə bəyan edir: “Sur xalqların qəniməti olacaq, bunu Mən deyirəm.  Kəndlərinin əhalisi qılıncdan keçiriləcək, onda hamı biləcək ki, Mən Yehovayam”.  Külli-İxtiyar Yehova belə deyir: “Şimaldan Babil padşahı Navuxodonosoru Sura qarşı gətirəcəyəm.+ Bu şahənşah+ atları+, cəng arabaları+, süvariləri, çoxsaylı qoşunları ilə gəlib  kəndlərini qılıncdan keçirəcək. Sənə qarşı mühasirə divarı tikəcək, mühasirə bəndi düzəldəcək, böyük qalxan qaldıracaq.  Divardələnləri divarlarına zərbələr endirəcək. Bürclərini balta ilə dağıdacaq. 10  Atları o qədər çox olacaq ki, dırnaqlarından qalxan toz-duman səni bürüyəcək. O, divarları uçurdulmuş şəhərə həmlə edilən kimi sənin darvazandan daxil olanda süvarilərinin, çarxlarının, arabalarının səsindən divarların titrəyəcək. 11  Küçələrin onun atlarının tapdağı altında qalacaq.+ Sakinlərin qılıncdan keçiriləcək, əzəmətli sütunların uçub yerlə yeksan olacaq. 12  Onlar sərvətini talayacaq, mallarını qarət edəcək,+ divarlarını dağıdacaq, imarətlərini uçuracaqlar. Sonra daşlarını, taxtalarını, torpağını yığıb suya atacaqlar”. 13  “Səndə ucalan mahnı sədalarını susduracağam, çəng səsləri bir daha eşidilməyəcək.+ 14  Səni çılpaq qayaya çevirəcəyəm, torlar sərilən yerə dönəcəksən.+ Daha heç vaxt bərpa olunmayacaqsan. Bunu Mən deyirəm, Yehova”, — Külli-İxtiyar Yehova bəyan edir. 15  Külli-İxtiyar Yehovanın Sura sözü budur: “Sən süquta uğrayanda qopan səs-küydən, ölüm ayağında olanların iniltisindən, küçələrində gedən qırğından adalar titrəyəcək.+ 16  Bütün dəniz hakimləri taxtlarından düşüb libaslarını, naxışlı qiyafələrini çıxaracaq. Onları əsməcə tutacaq. Yerə çöküb əsim-əsim əsəcək, gözlərini bərəldib sənə baxacaqlar.+ 17  Sənin üstündə ağı söyləyib+ deyəcəklər: “Ey adı dillər əzbəri, dəniz sakinlərinin məskəni şəhər, necə oldu ki, sən məhv oldun?+ Özün də, sakinlərin də dənizdə ağalıq edirdiniz,+ Yer üzünün bütün adamlarını vəhminiz basmışdı. 18  Süquta uğradığın gün adalar titrəyəcək, Sən yoxluğa qərq olanda dənizdəki adalar yerindən oynayacaq”.+ 19  Külli-İxtiyar Yehova belə deyir: “Səni viran edib kimsəsiz, boş şəhərlərin gününə salanda, əngin sulara qərq edəndə, ümman səni udanda+ 20  səni də, səninlə birlikdə çuxura* enənləri də çoxdan ölüb getmiş adamların yanına aparacağam. Səni qədim xarabalıqlar kimi, çuxura enənlər kimi, ən dərin yerə köçürəcəyəm ki,+ bir də səndə məskən salan olmasın. Onda Mən bu işıqlı dünyanı* gözəlləşdirəcəyəm. 21  Mən qəfildən üstünə dəhşət göndərəcəyəm, səni yox edəcəyəm.+ Səni axtaracaqlar, amma tapmayacaqlar”, — deyir Külli-İxtiyar Yehova».

Haşiyələr

Yaxud qəbrə.
Hərfən: dirilər ölkəsini.