Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 25:1—17

MÜNDƏRİCAT

  • Əmuna qarşı peyğəmbərlik (1—7)

  • Muaba qarşı peyğəmbərlik (8—11)

  • Əduma qarşı peyğəmbərlik (12—14)

  • Filiştə qarşı peyğəmbərlik (15—17)

25  Mənə yenə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, üzünü əmunilərə+ tutub onlara qarşı peyğəmbərlik et.+  Əmunilər haqda belə de: “Eşidin, görün Külli-İxtiyar Yehova nə deyir. Külli-İxtiyar Yehovanın sözü budur: “Siz ki müqəddəs məkanım murdarlananda, İsrail viranə qalanda, Yəhuda əhli sürgünə gedəndə “əcəb oldu!” dediniz,  Mən də sizi şərqlilərin ixtiyarına verəcəyəm. Onlar məmləkətinizdə yurd salacaq, aranızda çadırlarını quracaqlar. Torpağınızın məhsulunu yeyəcək, mal-heyvanınızın südünü içəcəklər.  Rabbahı+ dəvələrin otlaq yeri edəcəyəm, əmunilərin ölkəsi sürülərin örüş yeri olacaq. Onda biləcəksiniz ki, Mən Yehovayam”».  «Külli-İxtiyar Yehova belə deyir: “Əlinizi əlinizə vurub+ ayaqlarınızı yerə döydüyünüz, İsrailin pis gününə gülüb sevindiyiniz üçün+  əlim sizə qarşı qalxacaq. Sizi xalqlara qənimət edəcəyəm. Xalqlar sırasından adınızı siləcəyəm. Kökünüzü yer üzündən kəsəcəyəm,+ sizi məhv edəcəyəm. Onda biləcəksiniz ki, Mən Yehovayam”.  Külli-İxtiyar Yehova deyir: “Muabla+ Sair+: “Budur, Yəhuda əhli başqa xalqlardan heç nə ilə fərqlənmir”, — dediyi üçün  Muabın dağ yamaclarındakı şəhərləri, ölkənin ən səfalı guşəsi olan sərhəd şəhərlərini — Beyt-Yəşimutu, Baal-Məunu, ta Kiryataimə+ qədər uzanan ərazini düşmən hücumları qarşısında aciz qoyacağam. 10  Onları da əmunilərlə birlikdə şərqlilərin ixtiyarına verəcəyəm.+ Əmunun adı xalqların arasında anılmayacaq.+ 11  Muabda hökmümü icra edəcəyəm,+ onda biləcəklər ki, Mən Yehovayam”. 12  Külli-İxtiyar Yehova belə deyir: “Ədum Yəhuda əhli ilə kin-küdurətlə davrandı. Onlardan intiqam alıb böyük günaha batdı.+ 13  Bu səbəbdən Külli-İxtiyar Yehova belə deyir: “Mən də əlimi Əduma qarşı qaldırıb adamları da, heyvanları da qıracağam, oranı viranəliyə çevirəcəyəm.+ Təhmandan tutmuş düz Didanadək hamı qılıncın qurbanı olacaq.+ 14  “Xalqım İsrailin əli ilə Ədumdan qisas alacağam.+ Onlar Ədumdan Mənim acığımı, heyfimi çıxacaqlar. Ədumilər Mənim intiqamımın acısını dadacaq”+ — Külli-İxtiyar Yehova bəyan edir”. 15  Külli-İxtiyar Yehova belə deyir: “Filiştlilərin* ədavəti bitib-tükənmir, kin-küdurətlə İsraildən qisas alıb onu tar-mar etməyə can atırlar.+ 16  Bu səbəbdən Külli-İxtiyar Yehova bəyan edir: “Əlimi filiştlilərə qarşı qaldıracağam,+ kəritilərin kökünü kəsəcəyəm,+ sahildə yaşayanlardan sağ qalanları məhv edəcəyəm.+ 17  Onlardan şiddətli qisas alacağam, onları amansız cəzalara düçar edəcəyəm. İntiqam cəngində olanda biləcəklər ki, Mən Yehovayam”».

Haşiyələr

Bəzi mənbələrə əsasən, filistimlilər.