Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 22:1—31

MÜNDƏRİCAT

  • Qanlar axıdan Yerusəlim (1—16)

  • İsrail zibil kimidir (17—22)

  • Camaata və başçılara qarşı ittiham (23—31)

22  Külli-İxtiyar Yehovanın sözü yenə mənə nazil oldu:  «Ey bəni-adəm, qanlar axıdan şəhərə+ çıxardığım hökmləri çatdırmağa, bütün iyrənc əməllərindən+ onu agah etməyə hazırsanmı?  Söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Ey iyrənc bütlər düzəldib özünü murdarlayan,+ qanlar axıdan şəhər,+ sənin vaxtın çatıb!+  Tökdüyün qanlar sənin əllərini günaha bulayıb,+ iyrənc bütlərin səni murdarlayıb.+ Özün öz sonunu tezləşdirdin. Ömrünün axırı çatıb. Buna görə də səni xalqların gözündə rüsvay edəcəyəm, bütün ölkələr səni məsxərəyə qoyacaq.+  Yaxın-uzaq ellər sənə rişxənd edəcək,+ sən, ey adı ləkələnmiş təlatümlər şəhəri!  Səndə yaşayan İsrail başçılarının hər biri vəzifəsindən istifadə edib qanlar axıdır.+  Sənin sakinlərin ata-ana tanımır,+ qəribləri aldadır, yetimlərin, dulların haqqını tapdalayır”».+  «“Sən Mənə məxsus müqəddəs yerlərə həqarətlə yanaşırsan, şənbə günlərimi heç yerinə qoyursan.+  Sənin içində qana susayan böhtançılar yaşayır.+ Onlar sənin dağlarında bütlərə gətirilən qurbanlar yeyirlər, rəzillik edirlər.+ 10  Sənin sakinlərin atalarının yatağını ləkələyir,+ aybaşı olan qadınla yatırlar.+ 11  Biri öz qonşusunun arvadı ilə pozğunluq edir,+ o biri alçaqlıq edib gəlinini ləkələyir,+ digəri öz bacısının, atasının qızının namusuna toxunur.+ 12  Səndə rüşvət alıb qan tökürlər.+ Sən sələmlə,+ müamilə ilə borc verirsən, zorla qonşularının əlindən pullarını alırsan.+ Bəli, sən Məni tamam yaddan çıxarmısan”, — Külli-İxtiyar Yehova bəyan edir. 13  “Budur, səndəki haram gəlirdən, tökülən qanlardan ikrah edirəm. 14  Görəsən, sənə qarşı ölçü götürdüyüm gün də belə cəsarətli, qoluzorlu olacaqsan?+ Mən Yehova bunu deyirəm, dediyimi də edəcəyəm. 15  Səni xalqların arasına səpələyəcəyəm, ölkələrə pərən-pərən salacağam,+ murdar hərəkətlərinə son qoyacağam.+ 16  Xalqların gözündə xar olacaqsan, onda biləcəksən ki, Mən Yehovayam”».+ 17  Mənə yenə Yehovanın sözü nazil oldu: 18  «Ey bəni-adəm, İsrail əhli Mənim gözümdə zir-zibilə* dönüb, hamısı sobaya qoyulan mis, qalay, dəmir, qurğuşun kimidir. Gümüşdən çıxan zir-zibilə dönüblər.+ 19  Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Madam ki hamınız zibil kimi olmusunuz,+ sizi Yerusəlimə toplayacağam, 20  gümüşü, misi, dəmiri, qurğuşunu və qalayı sobaya yığdıqları kimi, odu üfürüb onları əritdikləri kimi, Mən də sizi qeyz-qəzəblə bir yerə toplayacağam, odu üfürüb alışdıracağam, sizi əridəcəyəm.+ 21  Bəli, sizi bir yerə yığıb üstünüzə qəzəbimin atəşini püskürəcəyəm,+ hamınız şəhərin içində əriyəcəksiniz.+ 22  Gümüş sobada necə əriyirsə, siz də orada elə əriyəcəksiniz, onda biləcəksiniz ki, Mən Yehova qəzəbimi üstünüzə yağdırmışam”». 23  Yenidən mənə Yehovanın sözü nazil oldu: 24  «Ey bəni-adəm, ona belə de: “Sən elə bir yersən ki, qəzəb günündə nə təmizlənəcəksən, nə də üstünə yağış yağacaq. 25  Onun peyğəmbərləri orada fitnə qururlar,+ nərə çəkib şikarını parçalayan aslan kimi+ insanları aşırırlar. Xəzinələr, cavahirlər ələ keçirirlər, şəhərdəki qadınları dul qoyurlar. 26  Kahinləri qanunlarımı pozur,+ Mənə məxsus müqəddəs yerləri murdarlayırlar.+ Müqəddəs şeylə adi şey arasında heç bir fərq qoymurlar.+ Pak nədir, murdar nədir camaata öyrətmirlər,+ şənbələrimə riayət etmirlər. Mənə küfr edirlər. 27  Əyanları şikarı didib-parçalayan canavar kimidir, haram gəlir əldə etmək üçün qanlar töküb canlar alırlar.+ 28  Peyğəmbərləri isə işlərinin üstünü malalayır, boş vəhylər alır, yalandan fal açırlar,+ Mən Yehova heç nə demədiyim halda, “Külli-İxtiyar Yehova belə-belə deyir” söyləyirlər. 29  Ölkənin camaatı bir-birinə kələk gəlir, soyğunçuluq edir,+ imkansıza, yoxsula zülm edir, yadellini aldadır, haqqını tapdalayır”. 30  “Onların arasında bir adam axtardım ki, şəhər divarını təmir etsin, ya da ölkə darmadağın edilməsin deyə, Mənim hüzuruma çıxıb divardakı yarıqlarda dursun,+ amma əfsus ki, tapa bilmədim. 31  Odur ki, onları hiddətimə tuş edəcəyəm, qəzəbimin atəşi ilə onları məhv edəcəyəm, əməllərinin nəticəsini qabaqlarına çıxaracağam”, — Külli-İxtiyar Yehova bəyan edir».

Haşiyələr

Hərfən: posaya (filiz əridiləndə ayrılan qalıq).