Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 21:1—32

MÜNDƏRİCAT

  • Allah qılıncını sıyırır (1—17)

  • Babil Yerusəlimə hücum edəcək (18—24)

  • İsrailin rəhbəri cəzasını alacaq (25—27)

    • «Tacı başından götür» (26)

    • Qanuni sahibi gələnədək (27)

  • Əmunilərə qarşı qılınc (28—32)

21  Mənə yenə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, üzünü Yerusəlimə tut və müqəddəs yerlərin əleyhinə car çək, İsrail ölkəsinə qarşı peyğəmbərlik et.  İsrail ölkəsinə söylə ki, Yehova belə deyir: “Mən sənə qarşıyam, qılıncımı qınından çıxaracağam,+ ağına-bozuna baxmayıb hamını qıracağam.  Nə yaxşıya baxacağam, nə yamana. Qılıncım qınından çıxıb şimaldan tutmuş cənubadək hamını qıracaq.  Hamı biləcək ki, Mən Yehova qılıncımı qınından çıxarmışam; o, geri, qınına qayıtmayacaq”.+  Sən isə, bəni-adəm, dəhşət içində ah çək. Onların gözü qabağında acı-acı içini çək.+  Soruşsalar, niyə ah çəkirsən, de ki, “aldığım xəbərə görə”. Bu, mütləq gələcək. O zaman hər kəsin ürəyi qorxudan əsim-əsim əsəcək, əlləri yanına düşəcək, heç kimdə taqət qalmayacaq, hamının dizindən su axacaq*.+ “Müsibət mütləq gələcək, mütləq olacaq”, — Külli-İxtiyar Yehova bəyan edir».  Yehovanın sözü mənə yenə nazil oldu:  «Ey bəni-adəm, peyğəmbərlik edib de ki, Külli-İxtiyar Yehova belə söyləyir: “Qılınc, qılınc!+ — deyə haray sal. — O artıq itilənib və cilalanıb. 10  O itilənib ki, qanlar töksün, cilalanıb ki, şimşək kimi çaxsın”». «Məgər biz sevinməli deyilik?» «“O*, oğlumun hökmdar əsasını da adi ağac kimi kəsməyəcəkmi?+ 11  Qılınc cilalanmağa verilib ki, onu ələ götürsünlər. İtilənib cilalanıb ki, cəlladın əlinə verilsin.+ 12  Ey bəni-adəm, ağlayıb fəryad qopar,+ çünki qılınc xalqımın üstünə gəlir. O, İsrailin bütün başçılarına+ qarşı qalxıb. Onlar da xalqımla birlikdə qılıncın qurbanı olacaqlar. Buna görə də dizinə döy. 13  Qılınc sınaqdan keçirilib,+ gör indi o, əsanı doğrasa, necə olacaq! Onun izi-tozu da qalmayacaq”,+ — deyir Külli-İxtiyar Yehova. 14  Sən isə, ey bəni-adəm, peyğəmbərlik et, əlini əlinə vurub üç dəfə “qılınc!” de. Bu qılınc qanlar axıdan, qırğınlar törədən, onları üzük kimi mühasirəyə alan qılıncdır.+ 15  Qorxudan çoxlarında ürək qalmayacaq,+ xeyli adam şəhər darvazalarının ağzında həlak olacaq. Bu qılıncla müsibət edəcəyəm. Bəli, o, şimşək kimi çaxır, kəsib-doğramaq üçün cilalanıb. 16  Sağa-sola zərbələr endir. Tiyən hansı tərəfə baxırsa, ora da get! 17  Mən də əlimi əlimə vurub hirsimi boşaldacağam.+ Bunu Mən Yehova deyirəm». 18  Mənə yenə Yehovanın sözü nazil oldu: 19  «Sən, ey bəni-adəm, Babil hökmdarının qılıncı üçün iki yol cız. Yolların ikisi də eyni ölkədən başlasın. Yolun haçalandığı, iki şəhərə gedən yollara ayrıldığı yerdə nişan qoy. 20  Yolun birini əmunilərin Rabbah+ şəhərinin, o birini Yəhudanın, istehkamlı Yerusəlim+ şəhərinin üstünə gedən qılınc üçün nişanla. 21  Çünki Babil padşahı fal açmaq üçün iki yol ayrıcında dayanıb oxları silkələyir, bütlərindən məsləhət alır, qaraciyərlə fala baxır. 22  Sağ əlindəki falın cavabı onu Yerusəlimə yönəldir: ora divardələnlər aparmağı, qırğın əmri verməyi, döyüş nidaları ucaltmağı, darvazaları qırmaq üçün divardələnlər hazırlamağı, mühasirə bəndi düzəltməyi, mühasirə divarı tikməyi göstərir.+ 23  Ancaq onlara and içənlər* bu falı yalan hesab edəcək.+ Lakin o, onların günahını yadından çıxarmayıb, odur ki, onları əsir aparacaq.+ 24  Buna görə də Külli-İxtiyar Yehova belə deyir: “Siz asiliyinizin üstünü açdınız, hərəkətlərinizlə günahlarınızı aşkara çıxardınız. Bununla təqsirinizi yada saldınız. İndi ki yada düşdünüz, mütləq əsir aparılacaqsınız”. 25  Ey İsrailin ölümcül yaralanmış mənfur rəhbəri,+ sənin vaxtın çatıb, son cəzan yetişib. 26  Külli-İxtiyar Yehova belə deyir: “Çalmanı çıxart, tacı başından götür.+ Daha belə davam etməyəcək.+ Alçaqda olanı yüksəlt,+ yüksəkdə olanı alçalt.+ 27  Məhv, məhv, məhv edəcəyəm! Qanuni sahibi gələnədək+ o, heç kimin olmayacaq. Onu qanuni sahibinə verəcəyəm”.+ 28  Bəni-adəm, peyğəmbərlik edib de ki, Külli-İxtiyar Yehova əmunilər və onların təhqiramiz sözləri haqda belə deyir: “Qılınc! Qılınc! — deyə haray sal. — O, qınından çıxarılıb ki, qanlar töksün, cilalanıb ki, şimşək kimi çaxıb məhv etsin. 29  Sizin barənizdəki boş vəhylərə, yalan fallara baxmayaraq, siz vaxtı çatmış, son cəzası yetişmiş şər adamların cəsədləri üstünə yığılacaqsınız. 30  Qılınc qınına qayıdacaq. Sizi yaradıldığınız yerdə, əslinizin mənsub olduğu yerdə mühakimə edəcəyəm. 31  Qəzəbimi üstünüzə tökəcəyəm, atəş püskürən qeyzimi üstünüzə üfürəcəyəm, sizi vəhşilərin, vurub-yıxmağa vərdiş edən adamların əlinə verəcəyəm.+ 32  Oda yem olacaqsınız,+ qanınız ölkədə axıb töküləcək. Bir də heç kimin yadına düşməyəcəksiniz. Bunu Mən Yehova deyirəm”».

Haşiyələr

Yəni qorxudan özlərini isladacaqlar.
Yəni Yehovanın qılıncı.
Yəni Yerusəlim sakinləri.