Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 2:1—10

MÜNDƏRİCAT

  • Hizqiyal peyğəmbər seçilir (1—10)

    • Qulaq assalar da, asmasalar da (5)

    • Mərsiyələr yazılmış tumar (9, 10)

2  O, mənə dedi: «Ey bəni-adəm, qalx ayağa, səninlə danışacağam».+  O, bu sözü deyəndə ruh daxilimə girdi və məni ayağa qaldırdı ki,+ mənimlə danışana qulaq asım.  O, sözünə davam edib dedi: «Ey bəni-adəm, Mən səni İsrail xalqının, Mənə asi çıxan üsyankar xalqların+ yanına göndərirəm.+ Onlar bu günə kimi Mənə qarşı çıxırlar. Ata-babaları da belə olub, özləri də belədirlər.+  Səni ötkəm, inadkar oğulların yanına göndərirəm.+ Onlara deyəcəksən: “Külli-İxtiyar Yehova belə-belə deyir”.  Onlar isə, istəyirlər qulaq assınlar, istəyirlər asmasınlar (çünki üsyankar qövmdürlər),+ amma bir şeyi dəqiq biləcəklər — aralarında peyğəmbər olub.+  Sən isə, ey bəni-adəm, hərçənd tikanlar, qanqallar+ arasında*, əqrəblər içində yaşayırsan, onlardan qorxma,+ qoy sözləri səni ürkütməsin.+ Onların sözlərindən çəkinmə, sifətləri səni vahiməyə salmasın,+ axı onlar üsyankar qövmdürlər.  Qulaq assalar da, asmasalar da, sözümü onlara söyləməlisən, çünki onlar üsyankar xalqdırlar.+  Eşit nə deyirəm, ey bəni-adəm. Bu üsyankar qövm kimi, sən də üsyan eyləmə. Ağzını aç, sənə verəcəyim şeyi ye».+  Bu dəm baxıb gördüm ki, mənə sarı bir əl uzanır,+ içində də yazılı tumar.+ 10  O, tumarı qarşımda açanda gördüm ki, hər iki tərəfi yazılıdır.+ Orada mərsiyələr, fəryad və ağı yazılmışdı.+

Haşiyələr

Digər variant: hərçənd camaat dikbaşdır səni sancır.