Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 19:1—14

MÜNDƏRİCAT

  • Rəhbərlər üçün mərsiyə (1—14)

19  «İsrail rəhbərləri üçün mərsiyə  oxu: “Sizin ananız kim idi? Şirlər arasında dişi şir. Cavan şirlər arasında uzanar, balalarını bəsləyərdi.   O, balalarından birini bəsləyib böyütdü. Bala cavan, güclü bir aslan oldu.+ Şikarını parçalamağı öyrəndi. Hətta adamları da yeməyə başladı.   Onun səs-sorağı xalqların qulağına çatanda quyu qazıb onu tutdular, Onu qarmaqlayıb Misirə apardılar.+   Ana şir gözlədi, gözlədi, görəndə ki, balasının qayıtmağına ümid yoxdur, Başqa balasını güclü aslan kimi yetişdirib üzə çıxardı.   O da şirlər arasında gəzməyə başladı. Bəli, cavan, güclü aslan olmuş bu bala da şikarını parçalamağı öyrəndi və adamları yeməyə başladı.+   O, onların qalaları arasında gəzişir, şəhərlərini viranə qoyurdu. Kimsəsiz qalmış ölkə onun nəriltisindən lərzəyə gəlirdi.+   Buna görə ətraf xalqlar onu tora salmaq üçün üstünə hücum çəkdi. Şir onların hazırladığı quyuya düşdü.   Onu qarmaqlayıb qəfəsə saldılar və Babil hökmdarının yanına gətirdilər. Orada onu qapalı saxladılar ki, bir də İsrail dağlarında sədası eşidilməsin. 10  Sizin ananız su kənarında əkilmiş, qanınızda olan meynə+ kimi idi*. Bol su içdiyindən bəhərli, qollu-budaqlı oldu. 11  Onun budaqları elə möhkəm idi ki, onlardan hökmdar əsası düzəltmək olardı. O böyüyüb başqa ağaclardan hündür oldu. Boyu ilə, sıx yarpaqları ilə diqqəti cəlb etməyə başladı. 12  Amma onu qəzəblə kökündən çıxarıb+ yerə atdılar. Səmum yeli barını qurudub qaxaca döndərdi. Möhkəm budaqları qoparılıb qurudu,+ od düşüb onları yandırdı.+ 13  İndi o, səhrada, Susuz, quraq yerdə əkilib.+ 14  Alov budaqlarından yayılıb zoğlarını, meyvələrini məhv etdi, Hökmdar əsası olmaq üçün bir dənə də olsun möhkəm budağı qalmadı.+ Bu, mərsiyədir, gələcəkdə dillərdə dolaşacaq mərsiyə”».

Haşiyələr

Digər variant: bağınızdakı meynə kimi idi.