Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 17:1—24

MÜNDƏRİCAT

  • İki qartal və meynə haqda tapmaca (1—21)

  • Zoğ sidr ağacına çevriləcək (22—24)

17  Mənə yenə də Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, İsrail evinə aid bir tapmaca söylə, bir məsəl çək.+  Belə de: “Külli-İxtiyar Yehova deyir: “Qanadları iri, lələkləri uzun, tükləri sıx və rəngbərəng olan böyük bir qartal+ uçub Livana+ gəldi və sidr ağacının başını caynağına keçirdi.+  Onun lap yuxarısındakı zoğu qoparıb tacirlər diyarına* apardı. Onu tacirlər şəhərində əkdi.+  Sonra o diyardakı toxumdan+ götürüb münbit torpaqlı sahəyə, bol sulu hövzənin kənarında əkilən söyüd ağacı kimi əkdi.  O cücərib qol-budaq atdı və yarpaqları içəri baxan, kökləri də altında bitən balacaboy meynəyə+ çevrildi. Beləliklə, o, meynə oldu, zoğ verdi, qol-budaq atdı.+  Sonra yekə qanadlı, uzun lələkli başqa bir böyük qartal gəldi.+ Meynə böyük həvəslə köklərini əkildiyi ləkdən ona tərəf uzatdı və yarpaqlarını ona sarı çevirdi ki, qartal onu sulasın.+  O, artıq bərəkətli torpaqda, bol sulu yerdə əkilmişdi ki, budaqlansın, bəhrə gətirsin, böyük, gözəl meynə olsun”.+  “De ki, Külli-İxtiyar Yehova belə deyir: “Heç o, uğur qazanar? Gəlib onu kökündən qoparmazlar?+ Meyvələri çürüməz? Zoğları qurumaz?+ O elə quruyacaq ki, onu kökündən qoparmaq üçün nə güclü əl lazım olacaq, nə də ki çoxlu adam. 10  Başqa yerdə əkilsə də, uğur qazanar? Səmum yeli əsəndə onu qupquru qurutmaz? Elə cücərdiyi ləkdə quruyub qalar”». 11  Mənə yenə də Yehovanın sözü nazil oldu: 12  «Asi qövmə belə söylə: “Doğrudanmı, siz bunların mənasını başa düşmürsünüz?” De ki, Babil hökmdarı Yerusəlimə yürüş etdi, onun padşahını, əyanlarını tutub özü ilə Babilə apardı.+ 13  Şahzadələrdən biri+ ilə əhd kəsib ona and içdirdi.+ Sonra ölkənin nüfuzlu adamlarını apardı ki,+ 14  ölkə zəif düşüb bir daha özünə gələ bilməsin və yalnız əhdə vəfa etməklə mövcudluğuna davam etsin.+ 15  Ancaq padşah Babilə qarşı üsyan etdi,+ elçilərini Misirə göndərib ondan çoxlu at+ və böyük qoşun+ istədi. Heç o xeyir tapar? Belə iş tutan cəzadan qaça bilərmi? Əhdinə xilaf çıxan sağ qalarmı?+ 16  “Varlığıma and olsun, — deyə Külli-İxtiyar Yehova bəyan edir. — Anda xor baxan, əhdi pozan bu adam* Babildə, onu taxta çıxaran hökmdarın* yaşadığı yerdə öləcək.+ 17  Çoxlu qanlar tökmək üçün mühasirə bəndləri qurulanda, mühasirə divarları tikiləndə fironun böyük ordusunun, çoxsaylı qoşunlarının döyüşdə heç bir köməyi dəyməyəcək.+ 18  O, anda xor baxdı, əhdə xilaf çıxdı. Söz versə də, bütün bu işləri gördü; ona qurtuluş yoxdur!” 19  “Buna görə də Külli-İxtiyar Yehova deyir: “Varlığıma and olsun, andıma xor baxmağın, əhdimi pozmağın acısını ona çəkdirəcəyəm.+ 20  Torumu üstünə atacağam və o, ov toruma düşəcək.+ Mənə etdiyi xəyanətə görə onu Babilə aparıb orada onunla haqq-hesab çəkəcəyəm.+ 21  Ordunun bütün fərariləri qılıncdan keçiriləcək, sağ qalanlar isə dörd bir yana səpələnəcək.+ Onda biləcəksiniz ki, bunları Mən Yehova deyirdim”.+ 22  “Külli-İxtiyar Yehova belə deyir: “Hündür sidr ağacının təpəsindən bir budaq+ götürüb əkəcəyəm. Onun başındakı pöhrələrdən zərif zoğ qıracağam,+ gətirib hündür, əzəmətli dağda+ əkəcəyəm. 23  Onu İsrailin uca dağında əkəcəyəm, budaqları böyüyəcək, bəhrə gətirəcək və möhtəşəm sidr ağacına çevriləcək. Bütün quşlar ona sığınacaq, yarpaqlarının kölgəsində yaşayacaqlar. 24  Onda bütün meşə ağacları biləcək ki, hündür ağacı alçaldan, balaca ağacı yüksəldən Mən Yehovayam.+ Mən yaşıl ağacı qurutdum, quru ağacı canlandırıb çiçəklənən ağaca döndərdim.+ Mən Yehova dedim, dediyimi də etdim”».

Haşiyələr

Hərfən: Kənan diyarına.
Sidqiyyə.
Navuxodonosor.