Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 16:1—63

MÜNDƏRİCAT

  • Allahın Yerusəlimə məhəbbəti (1—63)

    • Atılmış uşaq; Allah onu tapır (1—7)

    • Onunla izdivac bağlayır (8—14)

    • O, xəyanətkar çıxır (15—34)

    • Zinaya görə cəza alır (35—43)

    • Səməriyyə ilə Səduma bənzəyir (44—58)

    • Allah əhdini unutmur (59—63)

16  Mənə yenə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, Yerusəlimi murdar əməllərindən agah et.+  Söylə ki, Külli-İxtiyar Yehovanın Yerusəlimə sözü budur: “Sənin əslin kənanilərin ölkəsindəndir, orada doğulmusan. Atan amori+, anan hetdir+.  Sən doğulanda göbəkbağın kəsilməmişdi. Səni yuyundurub təmizləməmişdilər, bədəninə duz sürtməmişdilər, bələməmişdilər.  Heç kimin sənə yazığı gəlib bunları etməmişdi. Halına acıyan yox idi. Doğulduğun gündən səndən zəhlələri getdiyi üçün səni çöl-biyabana atmışdılar.  Mən yanından keçəndə səni qanının içində çırpınan gördüm. Sən qan içində uzanmışdın. Onda Mən dedim: “Yaşa!” Bəli, sən qanlı-qanlı uzanıb qalanda Mən sənə “yaşa!” dedim.  Səni çəməndəki bitki kimi çoxaltdım. Sən böyüyüb boya-başa çatdın, ən gözəl zinətləri taxdın, döşlərin böyüdü, saçların uzandı. Amma sən hələ də lümlüt idin”.  “Mən yanından keçəndə fikir verdim ki, artıq sevib-sevilən çağındasan. Libasımı üstünə atıb+ məhrəm yerlərini örtdüm. And içib səninlə əhd-peyman bağladıq. Sən Mənim oldun, — Külli-İxtiyar Yehova deyir. —  Səni yuyundurub qanını təmizlədim, bədəninə yağ sürtdüm.+ 10  Əyninə naxışlı paltar, ayağına dəri səndəl geyindirdim. Səni zərif kətana bürüdüm, sənə bahalı-bahalı libaslar geyindirdim. 11  Səni zinətlərlə bəzədim, qollarına bilərzik, boynuna boyunbağı taxdım. 12  Burnuna halqa, qulaqlarına sırğa taxdım, başına gözəl tac qoydum. 13  Sən özünü qızıl-gümüşlə bəzəyir, zərif kətandan, bahalı parçalardan paltarlar, naxışlı libaslar geyinirdin. Narın unla, yağ-balla bəslənirdin. Axırda qənirsiz gözələ çevrildin,+ şahzadə adını daşımağa layiq oldun”». 14  «Külli-İxtiyar Yehova belə deyir: “Gözəlliyinin sorağı xalqlar arasında yayıldı.+ Çünki sənə Öz calalımdan bəxş etmişdim, gözəlliyin kamil idi”».+ 15  «“Amma sən gözəlliyinə arxalanmağa başladın.+ Şöhrətin səni fahişəliyə sürüklədi.+ Hər yoldan keçənlə zina edib+ gözəlliyini ona verdin. 16  Libaslarından al-əlvan səcdəgahlar düzəltdin, orada fahişəlik etdin.+ Belə bir şey indiyədək olmayıb, olmayacaq da. 17  Sənə verdiyim qızıl-gümüşdən düzəldilən ləl-cəvahiratları götürdün, özün üçün kişi surətləri düzəldib onlarla fahişəlik etdin.+ 18  Naxışlı libaslarını götürüb onların üstünə saldın. Mənim yağımı, buxurumu onlara təqdim etdin.+ 19  Sənə verdiyim çörəyi, narın undan, yağdan və baldan bişirilmiş çörəyi onlara xoş ətir kimi təqdim etdin.+ Bəli, sən belə etdin”, — Külli-İxtiyar Yehova deyir». 20  «“Mənim üçün dünyaya gətirdiyin oğulları, qızları+ həmin bütlərə qurban gətirdin.+ Sənin fahişəliyin əndazəsini aşdı. 21  Sən Mənim oğullarımı öldürdün, onları odda yandırıb qurban gətirdin.+ 22  Bütün bu murdar əməlləri edəndə, fahişəliklə məşğul olanda gənclik günlərini, lüt-üryan olduğun, qan içində çırpındığın vaxtı yada salmadın. 23  Bu qədər şər işlərinə görə vay olsun, vay olsun sənin halına!+ — Külli-İxtiyar Yehova bəyan edir. — 24  Sən özün üçün hər meydanda bir təpə ucaltdın, bir səcdəgah qurdun. 25  Hər küçənin başında səcdəgahlar düzəltdin. Özünü hər yoldan keçənə təklif etməklə gözəlliyini çirkaba buladın.+ Getdikcə fahişəliyində lap azğınlaşdın.+ 26  Sən Misir oğullarıyla, şəhvətli qonşularınla zina etdin.+ Saya gəlməyən zinalarınla Məni təhqir etdin. 27  Əlim sənə qarşı qalxacaq, payını azaldacağam.+ Səni sənə nifrət edən qadınların, Filişt qızlarının ixtiyarına verəcəyəm.+ Hətta onlar da sənin abırsızlığından dəhşətə gəlir.+ 28  Sən doymaq bilmirdin, gedib Aşşur oğulları ilə də zina etdin.+ Amma bu da səni qane etmədi. 29  Tacirlər diyarında* da, kəldanilərlə də zina etdin.+ Lakin yenə də bəs olmadı. 30  Gör ürəyin nə qədər azğın imiş ki*, sən bütün bu əməlləri etdin, həyasız fahişə kimi davrandın!+ — Külli-İxtiyar Yehova bəyan edir. — 31  Küçələr başında təpələr düzəldəndə, meydanlarda səcdəgah quranda, sən adi fahişə kimi davranmırdın, çünki fahişəliyinin əvəzində haqq istəmirdin. 32  Sən, ey halalca ərini qoyub yad kişiləri yatağına salan xəyanətkar qadın!+ 33  Bütün fahişələrə hədiyyə verirlər,+ sən isə özün oynaşlarına hədiyyə verirsən.+ Hədiyyə verirsən ki, hər yerdən yanına gəlib səninlə zina etsinlər.+ 34  Sən fahişə qadınların etdiyinin tam əksini edirsən. Heç kim sənin kimi fahişəlik etmir. Camaat sənə haqq ödəməkdən sən onlara ödəyirsən. Səndə hər şey tərsinədir”. 35  Odur ki, ey fahişə,+ Yehovanın sözünü dinlə. 36  Külli-İxtiyar Yehova belə deyir: “Ehtirasın coşduğuna görə, oynaşlarınla və oğullarının qanını təqdim etdiyin+ iyrənc, murdar bütlərinlə zina edəndə+ eyib yerlərini açdığına görə 37  həzz verdiyin oynaşlarını da, sevgililərini də, nifrət etdiyin adamları da bir yerə yığacağam. Onları hər yandan sənə qarşı toplayacağam. Eyib yerlərini açıb onlara göstərəcəyəm. Onlar səni lümlüt görəcəklər.+ 38  Mən səni zina edən və qan tökən qadınların layiq olduğu cəza ilə cəzalandıracağam.+ Qəzəbimlə, hiddətimlə qanını tökəcəyəm.+ 39  Səni onların əlinə verəcəyəm. Onlar təpələrini yerlə yeksan edəcək, səcdəgahlarını uçuracaq,+ paltarlarını əynindən çıxaracaq,+ ləl-cəvahiratını götürəcəklər,+ səni lüt-üryan qoyacaqlar. 40  İzdihamı üstünə salacaq,+ səni daşqalaq edəcək,+ qılıncla doğrayacaqlar.+ 41  Evlərini yandıracaq,+ başqa qadınların gözü qabağında səni cəzalandıracaqlar. Mən sənin fahişəliyinə son qoyacağam.+ Daha heç kimə haqq ödəməyəcəksən. 42  Səndən acığımı çıxacağam,+ qəzəbim yatacaq,+ sakitləşəcəyəm, daha Özümü təhqir olunmuş hiss etməyəcəyəm”. 43  “Gənclik günlərini xatırlamadığın üçün,+ bütün bu əməllərlə Məni qəzəbləndirdiyin üçün sənə elədiklərinin altını çəkdirəcəyəm, — Külli-İxtiyar Yehova bəyan edir, — sən bir də abırsızlıq etməyəcək, iyrənc əməllərə yol verməyəcəksən. 44  Məsəllərlə danışanlar sənin üçün bu məsəli deyəcək: “Qızı da anasının tayıdır!”+ 45  Sən ərini və uşaqlarını heç yerinə qoyan ananın qızısan. Ərlərini və uşaqlarını heç yerinə qoyan qadınların bacısısan. Sənin anan het, atan amoridir”».+ 46  «“Böyük bacın qızları* ilə birlikdə səndən şimalda yaşayan Səməriyyədir.+ Kiçik bacın qızları ilə birlikdə səndən cənubda yaşayan Sədumdur.+ 47  Sən sadəcə onların yolu ilə getsəydin, iyrənc əməllərini təkrarlasaydın nə var idi ki. Qısa vaxt ərzində sən onlardan beşbetər oldun.+ — 48  Külli-İxtiyar Yehova bəyan edir. — Varlığıma and olsun ki, nə bacın Sədum, nə də onun qızları səninlə qızlarının etdiklərini etməyiblər. 49  Bacın Sədumun günahı o idi ki, o da, qızları da+ qürurlu idilər.+ Bəs deyincə yeməkləri var idi,+ qulaqları dinc, qayğısız yaşayırdılar.+ Ancaq onlar kasıb-kusuba, fağır-füqəraya kömək əli uzatmırdılar.+ 50  Qürurlarını sındırmır,+ gözümdə iyrənc olan əməllərindən dönmürdülər.+ Ona görə də Mən onları yox etməyi lazım bildim.+ 51  Heç Səməriyyə+ də sənin günahlarının yarısını etməyib. Sən murdar işlərinin sayını artırıb o dərəcəyə çatdırdın ki, bacıların sənin yanında saleh göründülər.+ 52  Sən bacılarına haqq qazandırdın, indi döz alçalmağına. Onlardan da iyrənc işlər görüb günah etdiyinə görə onlar səndən salehdirlər. İndi bacılarını özündən saleh çıxardığına görə utan və döz alçalmağına”. 53  “Sədumun və qızlarının əsir düşənlərini, Səməriyyənin və qızlarının əsir aparılanlarını bir yerə yığacağam. Onlarla bərabər sənin də əsirlikdə olanlarını toplayacağam ki,+ 54  alçalmağına dözə biləsən. Əməllərinlə onlara təsəlli verdiyin üçün utanıb yerə girəcəksən. 55  Bacıların Sədum və Səməriyyə qızları ilə bir yerdə əvvəlki vəziyyətinə qayıdacaq. Sən də öz qızlarınla birlikdə əvvəlki vəziyyətinə qayıdacaqsan.+ 56  Qürurlu günlərində bacın Sədumun adını çəkməyi belə, şəninə sığışdırmırdın. 57  Nə qədər ki mənfur olduğun ifşa edilməmişdi,+ vəziyyət belə idi. İndi Aramın qızları, qonşuları sənə tənə vurur, ətrafında olan Filişt+ qızları səninlə həqarətlə davranır. 58  Abırsız hərəkətlərinin, murdar əməllərinin altını çəkəcəksən”, — Yehova bəyan edir». 59  «Külli-İxtiyar Yehova belə deyir: “Necə ki sən bağladığımız əhd-peymana xəyanət edib andını pozdun,+ Mən də səninlə eyni cür davranacağam.+ 60  Ancaq Mən gəncliyində səninlə bağladığım əhdi yada salacağam. Səninlə həmişəlik əhd bağlayacağam.+ 61  Elədiklərini yadına salacaqsan, böyük və kiçik bacılarını qarşılayanda xəcalət çəkəcəksən.+ Onları sənə qızlığa verəcəyəm, ancaq bunu səninlə bağladığım əhdə görə etməyəcəyəm”. 62  “Səninlə əhdimi davam etdirəcəyəm, onda biləcəksən ki, Mən Yehovayam. 63  Sonra bütün elədiklərinə baxmayaraq, sənin üçün kəffarə verəndə+ əməllərini yada salacaq, xəcalətindən ağzını belə, açmayacaqsan”,+ — Külli-İxtiyar Yehova bəyan edir».

Haşiyələr

Hərfən: Kənan diyarında.
Digər variant: sənə qarşı qəzəbim alışıb-yanır.
Ehtimal ki, ətraf şəhərlər nəzərdə tutulur.