Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 15:1—8

MÜNDƏRİCAT

  • Yerusəlim yararsız meynədir (1—8)

15  Mənə yenə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, axı meşə ağacları ilə, hətta ağacların budaqları ilə müqayisədə meynə nədir?  Heç ondan bir işə yarayan çubuq çıxar? Kim bir şey asmaq üçün ondan asqı düzəldər?  Onu odun kimi ocağa atırlar. Ucları od tutub yanır, ortasını alov qarsıdır. İndi o, hansısa işə yarayır?  Hələ salamat ikən heç bir işə yaramırdısa, alov onu qarsıdıb yandırandan sonra nə işə yarayacaq?»  «Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Necə ki meşə ağacları içindən meynəni ocağa atmaq üçün vermişəm, Yerusəlim əhli ilə də eyni şeyi edəcəyəm.+  Üzüm onlardan dönəcək. Baxma ki, alovdan canlarını qurtarıblar, yenə də axırlarına alov çıxacaq. Üzüm onlardan dönəndə biləcəksiniz ki, Mən Yehovayam”».+  «Külli-İxtiyar Yehova belə bəyan edir: “Xəyanətkarlıqlarına görə+ ölkəni xarabazara döndərəcəyəm”».+

Haşiyələr