Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 13:1—23

MÜNDƏRİCAT

  • Yalançı peyğəmbərlərə qarşı hökm (1—16)

    • Malalı divarlar uçacaq (10—12)

  • Yalançı peyğəmbər qızlara qarşı hökm (17—23)

13  Mənə yenə də Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, İsrail peyğəmbərlərinin əleyhinə peyğəmbərlik et,+ özlərindən peyğəmbərlik uyduranlara+ belə de: “Eşidin, görün Yehova nə deyir.  Külli-İxtiyar Yehovanın sözü budur: “Heç nə görməyə-görməyə öz-özlərindən ilhamlanan axmaq peyğəmbərlərin vay halına!+  Ey İsrail, sənin peyğəmbərlərin xarabalıqlar arasında gəzişən tülkülərə oxşayır.  Yehovanın günündə+ İsrail döyüşdə duruş gətirə bilsin deyə, siz çıxıb İsrail evi üçün divardakı uçuq yerləri təmir edən deyilsiniz”.+  “Onlar yalan vəhylər alır, gələcəyə dair yalan xəbərlər söyləyirlər. Mən Yehova onları göndərmədiyim halda, “Yehova belə-belə deyir” söyləyirlər, hələ bununla bərabər, gözləyirlər ki, sözləri düz çıxsın.+  Sizə heç nə bildirmədiyim halda, “Yehova belə-belə deyir” söyləməyinizə daha nə ad vermək olar? Bu, yalan vəhy deyil, bəs nədir? Gələcək barədə yalandan xəbər vermək deyil?”  “Buna görə də Külli-İxtiyar Yehovanın sizə sözü budur: “Söylədiyiniz yalanlara, saxta vəhylərinizə görə Mən sizə qarşıyam”. Külli-İxtiyar Yehova belə bəyan edir.+  Əlim saxta vəhylər söyləyən, yalandan gələcək barədə xəbər verən peyğəmbərlərə qarşı qalxıb.+ Onlar Mənə yaxın olan insanların arasında olmayacaqlar, adları İsrail xalqının siyahısına düşməyəcək, daha İsrailə qayıtmayacaqlar. Onda biləcəksiniz ki, Mən Külli-İxtiyar Yehovayam.+ 10  Hamısı ona görədir ki, sülh olmadığı halda, onlar “sülh və əmin-amanlıqdır!” deyib xalqımı azdırırlar.+ Biri davamsız arakəsmə divar tikəndə onlar gəlib mala vururlar*”.+ 11  Onlara de ki, malaladıqları divar uçacaq. Leysan yağacaq, göydən dolu töküləcək, qasırğa qopub bu divarı uçuracaq.+ 12  Divar uçanda sizdən soruşacaqlar: “Bəs hanı vurduğunuz mala?”+ 13  Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Hiddətimdən şiddətli qasırğa qoparacağam, qeyzlənib leysan yağdıracağam, coşqun qəzəbimdən göydən dolu yağacaq. 14  Malaladığınız divarı uçurub yerlə yeksan edəcəyəm, bünövrəsi bayırda qalacaq. Şəhər dağılanda siz də onun içində məhv olacaqsınız. Onda biləcəksiniz ki, Mən Yehovayam”. 15  “Bütün qəzəbimi divarın və onu malalayanların üstünə tökəndə sizə deyəcəyəm: “Artıq nə divar var, nə də onu malalayanlar.+ 16  Yerusəlim üçün peyğəmbərlik edən, sülh olmaya-olmaya orada sülhün olacağı barədə vəhylər alan İsrail peyğəmbərləri+ yoxa çıxıb”. Külli-İxtiyar Yehova belə bəyan edir. 17  İndi isə, ey bəni-adəm, üzünü xalqının peyğəmbərlik uyduran qızlarına tut və onlara qarşı peyğəmbərlik et. 18  Onlara de: “Külli-İxtiyar Yehova belə deyir: “İnsanları ovlamaq üçün camaatın qoluna qol bağı* toxuyan, hər adama boyuna görə baş örtüyü tikən qadınların vay halına. Deməli, siz Mənim xalqımı ovlamağa, öz canınızı isə qurtarmağa çalışırsınız? 19  Siz bir ovuc arpadan, bir tikə çörəkdən ötrü xalqımın içində adıma ləkə gətirirsiniz.+ Çünki yalanlarınıza qulaq asan xalqıma yalan danışıb ölümə layiq olmayan adamları öldürür, ölməli adamları isə sağ saxlayırsınız”.+ 20  Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Ey qadınlar, camaatı quş kimi ovlamaq üçün işlətdiyiniz qol bağılarına qarşı ölçü götürəcəyəm. Onları qollarınızdan qoparıb atacağam. Quş kimi ovladığınız adamları azadlığa buraxacağam. 21  Baş örtüklərinizi cıracağam, xalqımı əlinizdən qurtaracağam, artıq sizin üçün şikar olmayacaqlar. Onda biləcəksiniz ki, Mən Yehovayam.+ 22  Mən saleh adama dərd vermədiyim halda, siz yalanlarınızla+ onu pərişan edirsiniz. Pis adamın isə qoluna qüvvət verirsiniz,+ qoymursunuz pis yolundan dönüb sağ qalsın.+ 23  Buna görə də siz, ey qadınlar, daha heç vaxt yalan vəhylər almayacaqsınız, falçılıq etməyəcəksiniz.+ Mən xalqımı sizin əlinizdən qurtaracağam. Onda biləcəksiniz ki, Mən Yehovayam”».

Haşiyələr

Yəni keyfiyyətsiz tikilən arakəsməni üzdən möhkəm göstərmək üçün mala vururlar.
Dirsəyə, yaxud biləyə bağlanan tilsimli bağ.