Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 12:1—28

MÜNDƏRİCAT

  • Sürgün haqda peyğəmbərlik (1—20)

    • Sürgün üçün boğça yığılacaq (1—7)

    • Başçı qaranlıqda sürgünə gedəcək (8—16)

    • Təşvişlə çörəyi ye (17—20)

  • Dillərdə gəzən məsəl yox olacaq (21—28)

    • Sözlərim təxirə düşməyəcək (28)

12  Yenidən mənə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, sən asilər evində yaşayırsan. Onların gözü var, amma görmürlər, qulaqları var, amma eşitmirlər,+ çünki üsyankar qövmdürlər.+  Sən isə sürgünə gedirmiş kimi boğçanı yığ. Sonra gün günorta olanda onların gözünün qabağında elə hərəkət et ki, sanki, sürgünə gedirsən. Onların gözünün qarşısında sürgünə gedirmiş kimi evindən çıx, başqa yerə get. Bəlkə, onlara nəsə çatdı, hərçənd üsyankar qövmdürlər.  Sürgünə getmək üçün hazırladığın şeyləri günorta vaxtı, onlar baxa-baxa bayıra çıxart, axşam, yenə də gözlərinin qabağında sürgünə aparılan adam kimi çıx get.+  Onların gözü qarşısında divarda deşik aç, əşyalarını oradan çıxart.+  Əşyaları onların gözləri önündə çiynində bayıra daşı. Bunu qaranlıq vaxtı elə. Üzünü ört ki, yeri görməyəsən. Mən səni İsrail evi üçün bir əlamət edirəm».+  Mənə nə buyurulmuşdusa, hamısını etdim. Günorta vaxtı əşyalarımı — sürgünə gedəndə aparılan şeyləri çıxartdım, axşam isə əlimlə divarda deşik açdım. Qaranlıq düşəndə düz onların gözü önündə əşyaları çiynimə götürüb bayıra çıxartdım.  Səhər yenə də mənə Yehovanın sözü nazil oldu:  «Bəni-adəm, İsrail əhli, o üsyankar qövm səndən: “Bu nədir belə edirsən?” — soruşmadı? 10  Onlara de ki, Külli-İxtiyar Yehova belə deyir: “Bu hökm Yerusəlimdə oturan başçıya və oradakı bütün İsrail əhlinə aiddir”.+ 11  Onlara de ki, sən bir əlamətsən.+ Etdiyin şeylər onların başına gələcək. Onlar sürgünə, əsirliyə gedəcəklər.+ 12  Aralarında yaşayan başçı əşyalarını çiynində daşıyacaq və qaranlıqda çıxıb gedəcək. O, divarda deşik açıb əşyalarını oradan çıxaracaq.+ Üzünü örtəcək ki, yeri görməsin. 13  Mən torumu onun üstünə atacağam və o, Mənim ov toruma düşəcək.+ Sonra onu Babilə, kəldanilərin ölkəsinə aparacağam, amma o, oranı görməyəcək, elə orada da öləcək.+ 14  Onun yan-yörəsində olanları, köməkçilərini və qoşununu dörd bir yana səpələyəcəyəm.+ Qılıncımı siyirib izlərinə salacağam.+ 15  Onları xalqlar arasına səpələyəndə, ölkələrə pərən-pərən salanda biləcəklər ki, Mən Yehovayam. 16  Lakin bir neçə adamı qılıncdan, aclıqdan, xəstəlikdən qurtarıb sağ saxlayacağam ki, murdar əməlləri haqda gedəcəkləri yerlərdə yaşayan xalqlara danışsınlar. Onda biləcəklər ki, Mən Yehovayam». 17  Mənə bir daha Yehovanın sözü nazil oldu: 18  «Ey bəni-adəm, çörəyini əsə-əsə ye, suyunu təşviş, səksəkə içində iç.+ 19  Ölkənin camaatına de ki, Külli-İxtiyar Yehovanın İsraildə, Yerusəlimdə yaşayanlara sözü budur: “Onlar çörəklərini təşvişlə yeyəcək, sularını qorxa-qorxa içəcəklər, çünki onların ölkəsi sakinlərinin törətdiyi zorakılıq səbəbindən+ kor qalacaq.+ 20  Yaşadıqları şəhərlər viranə qalacaq, ölkə çöl-biyabana çevriləcək.+ Onda biləcəksiniz ki, Mən Yehovayam”».+ 21  Mənə yenə Yehovanın sözü nazil oldu: 22  «Ey bəni-adəm, bu nə məsəldir İsraildə dillərdə gəzir: “günlər keçir, peyğəmbərliklər heç-puç olub gedir”?+ 23  Onlara söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Bu məsəli İsraildən yox edəcəyəm, daha heç kim onu dilə gətirməyəcək”. De ki, əksinə, o günlər yaxınlaşır,+ bütün peyğəmbərliklər gerçək olacaq. 24  Artıq İsrail evində yalan peyğəmbərlik, camaatı azdıran* falçılıq olmayacaq.+ 25  “Çünki danışan Mən Özüm olacağam, Yehova. Və hər dediyim söz yubanmadan yerinə yetəcək.+ Sizin günlərinizdə,+ ey asi qövm, sözümü deyəcəyəm də, yerinə yetirəcəyəm də”.  Külli-İxtiyar Yehova belə bəyan edir». 26  Mənə bir də Yehovanın sözü nazil oldu: 27  «Ey bəni-adəm, İsrail camaatı deyir ki, sənin aldığın vəhylərin gerçəkləşməsinə hələ çox var, peyğəmbərliklərin uzaq gələcəyə aiddir.+ 28  Buna görə onlara de ki, Külli-İxtiyar Yehovanın sözü budur: “Sözlərimin heç biri təxirə düşməyəcək, dediyim hər şey həyata keçəcək”. Külli-İxtiyar Yehova belə bəyan edir».

Haşiyələr

Yaxud qulağa xoş gələn.