Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 10:1—22

MÜNDƏRİCAT

  • Çarxların arasından götürülmüş od (1—8)

  • Kərrublarla çarxların təsviri (9—17)

  • Yehovanın calalı məbəddən aralanır (18—22)

10  Baxıb gördüm ki, kərrubların başı üstündəki fəzadan yuxarıda görünüşcə taxtı xatırladan, göy yaquta bənzər bir şey var.+  Allah kətan paltarlı adama+ dedi: «Kərrubların altındakı çarxların+ arasına gir, kərrubların arasından iki ovuc köz+ götürüb şəhərin üstünə səp».+ Gördüm ki, həmin adam ora girdi.  Adam ora girəndə kərrublar məbədin sağında durmuşdular. Bu vaxt bulud içəri həyətə doldu.  Yehovanın calalı+ kərrubların üstündən qalxıb məbədin astanasına gəldi. Məbəd tədricən buludla doldu.+ Həyəti isə Yehovanın calalının nuru bürümüşdü.  Kərrubların qanadlarının səsi bayır həyətdə eşidilirdi. Bu səs Qadir Allahın səsinə oxşayırdı.+  Sonra O, kətan paltarlı adama buyurdu: «Çarxların, kərrubların arasından od götür». O girib çarxların birinin yanında durdu.  Kərrublardan biri əlini uzadıb kərrubların arasından+ bir az od götürdü və kətan paltarlının+ ovuclarına qoydu. O da odu götürüb getdi.  Kərrubların qanadlarının altında, sanki, insan əli var idi.+  Baxıb kərrubların yanında dörd çarx gördüm, hər kərrubun yanında bir çarx. Çarxlar xrizolit daşı kimi bərq vururdu.+ 10  Çarxların görünüşünə gəlincə, dördü də bir-birinə oxşayırdı, sanki, çarx içində çarx var idi. 11  Onlar hərəkət edəndə sağa-sola dönmədən dörd səmtin hər birinə gedə bilirdilər, çünki baş baxan tərəfə gedirdilər. Gedəndə istiqaməti dəyişmirdilər. 12  Kərrubların bədəni, beli, əlləri, qanadları, eləcə də çarxlar, hər kərrubun yanındakı çarx gözlə dolu idi.+ 13  Mən çarxlara xitab edən bir səs eşitdim: «Çarxlar, irəli!» 14  Kərrubların hər birinin dörd üzü var idi. Birincisi kərrub, ikincisi insan, üçüncüsü şir, dördüncüsü isə qartal üzü idi.+ 15  Bunlar Kəbər çayının yanında gördüyüm+ məxluqlar idi. Kərrublar yuxarı qalxırdılar. 16  Kərrublar irəliləyəndə çarxlar onların yanı ilə irəliləyirdi. Kərrublar yerdən yüksəyə qalxmaq üçün qanadlarını qaldıranda çarxlar nə dönmür, nə də onların yanından ayrılmırdı.+ 17  Kərrublar dayananda çarxlar da dayanırdı, kərrublar qalxanda çarxlar da onlarla birgə qalxırdı, çünki məxluqları hərəkətə gətirən ruh çarxları da hərəkətə gətirirdi*. 18  Sonra Yehovanın calalı+ məbədin kandarının üstündən aralanıb kərrubların üstündə durdu.+ 19  Bu vaxt kərrubların qanadlarını qaldırıb yerdən aralandıqlarını gördüm. Onlar qalxanda çarxlar da onların yanında qalxdı. Onlar Yehovanın evinin şərq darvazasının ağzında dayandılar. İsrailin Allahının calalı onların üstündə idi.+ 20  Bunlar Kəbər çayının yanında, İsrailin Allahının taxtının altında gördüyüm məxluqlar idi.+ Ondan bildim ki, onlar kərrub imiş. 21  Dördünün də dörd üzü, dörd qanadı, qanadlarının da altında, sanki, insan əli var idi.+ 22  Üzləri Kəbər çayının yanında gördüyüm kimi idi.+ Kərrubların hər biri düz irəli gedirdi.+

Haşiyələr

Hərfən: məxluqların ruhu çarxlarda idi.