Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Amus 8:1—14

MÜNDƏRİCAT

  • Bir səbət yay meyvəsi (1—3)

  • Zülmkarlar məhkum edilir (4—14)

    • Ruhani aclıq (11)

8  Külli-İxtiyar Yehova mənə bunu göstərdi: bir səbət yay meyvəsi gördüm.  O, mənə dedi: “Amus, nə görürsən?” Mən dedim: “Bir səbət yay meyvəsi”. Onda Yehova mənə dedi: “Xalqım İsrailin sonu çatıb. Daha onları əfv etməyəcəyəm”.+  Külli-İxtiyar Yehova bəyan edir: “O gün məbəd nəğmələri ah-naləyə dönəcək.+ Hər yanda cəsədlər atılıb qalacaq.+ Sus!”   “Eşidin, siz, ey kasıbı əzənlər,Ölkədəki fağırların məhvinə bais olanlar.+   Siz deyirsiniz: “Bu təzə ay mərasimi+ qurtarsaydı, buğdamızı satardıq.Şənbə+ keçsəydi, taxılımızı satardıq. Çəkini azaldardıq,Qiyməti qaldırardıq,Əyri tərəzi ilə kələk gələrdik.+   Yoxsulu gümüşə,Kasıbı bir cüt səndələ alardıq,+Taxılın zirzibilini də satardıq”.   Yehova Yaqubun iftixarına and içib deyir:+“Onların əməllərini heç vaxt unutmayacağam.+   Buna görə ölkə tir-tir əsəcək,Hər bir sakin yas tutacaq.+ Hamı Nilin suları kimi qalxacaq,Misirdəki Nil kimi daşıb çəkiləcək”.+   Külli-İxtiyar Yehova bəyan edir:“O gün elə edəcəyəm ki, günün günorta çağı günəş batacaq,İşıqlı gündə ölkəni zülmətə qərq edəcəyəm.+ 10  Bayramlarınızı yasa,+Mahnılarınızı ağıya döndərəcəyəm. Bütün bellərə çul bağlayacağam, bütün başları daz edəcəyəm.Yeganə övladı üçün yas tutan adam kimi olacaqlar,O gün acı bir gün olacaq”. 11  Külli-İxtiyar Yehova bəyan edir: “Elə günlər gəlir ki,Mən ölkəyə aclıq göndərəcəyəm.Xalq çörəyə və suya yox,Yehovanın sözlərinə həsrət qalacaq.+ 12  Dənizdən-dənizəŞimaldan şərqə qədər sərgərdan gəzəcəklər. Onlar Yehovanın sözünü axtara-axtara dolaşacaqlar, lakin tapmayacaqlar. 13  O gün gözəl-göyçək qızlar,Cavan oğlanlar susuzluqdan huşunu itirəcək. 14  Onlar Səməriyyənin+ saxta allahlarına and içib deyirlər:“Ey Dan+, sənin allahın haqqı!” “Biir-Səbaya+ gedən yol haqqı!” Onlar hökmən yıxılacaq, bir daha durmayacaqlar!”+

Haşiyələr