Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Amus 6:1—14

MÜNDƏRİCAT

  • Arxayın kəslərin vay halına (1—14)

    • Şirmayı taxtlar; şərab dolu piyalələr (4, 6)

6  Siondakı arxayın kəslərin,Səməriyyə dağına güvənənlərin vay halına!+İsrail evinin üz tutduğu,Xalqların başı olan xalqın adlı-sanlı adamlarının vay halına!   Qəlnəyə gedib baxın, Oradan Böyük Həməsə+ keçin,Sonra filiştlilərin Cat şəhərinə enin. Məgər onlar bu iki padşahlıqdan* daha yaxşıdır?Yoxsa onların torpaqları sizin torpaqlardan genişdir?   Siz fəlakət gününü düşünməyib+Zorakılığı taxta çıxarırsınız.+   Onlar sürüdən toğluları, bəslənmiş danaları götürüb yeyir,+Şirmayı taxtlarda uzanır,+ divanlarda yayxanırlar.+   Çəng avazı altında nəğmələr qoşur,+Davud kimi, musiqi alətləri icad edirlər.+   Şərabı piyaləyə ləbələb süzüb içirlər,+Özlərinə ən yaxşı yağlarla sığal verirlər, Amma Yusifin fəlakətinə biganə qalırlar.+   Buna görə sürgünə başda onlar gedəcək,+Kef çəkənlərin şənliklərinə son qoyulacaq.   Ordular Allahı Yehova bəyan edir: “Külli-İxtiyar Yehova Öz varlığına and içdi.+Yaqubun təkəbbüründən zəhləm gedir,+Onun qalalarına nifrət edirəm.+Şəhəri və şəhərdəki hər şeyi düşmənə təslim edəcəyəm.+  Bir evdə on kişi qalarsa, onlar da öləcək. 10  Əmiləri onları çıxarıb yandıracaq, sümüklərini evdən bir-bir çıxaracaq. Sonra o, evin iç otaqlarında olan birisindən soruşacaq: “Yanında kimsə var?” O da cavab verəcək: “Yox”. Onda o deyəcək: “Sus! Artıq Yehovanın adını çəkmək gecdir”. 11  Budur, Yehova əmr edir,+İmarətlər yerlə yeksan olacaq,Daxmalar uçub dağılacaq.+ 12  Heç at qaya üzərində çapar?Kim orada öküzlə şum şumlayar? Siz ədaləti zəhərli bitkiyə,Salehlik bəhrəsini yovşana döndərmisiniz.+ 13  Siz mənasız şeylərə sevinirsiniz,Deyirsiniz: “Məgər bu qüdrətə qolumuzun gücüylə yetişmədik?”+ 14  Budur, Mən sizə qarşı bir xalq qaldırıram, ey İsrail evi!+Siz Ləbu-Həməsdən+ Ərəbə vadisinədək zülm altında olacaqsınız”, — ordular Allahı Yehova bəyan edir.

Haşiyələr

Görünür, İsrail və Yəhuda padşahlıqları nəzərdə tutulur.